Azərbaycan regionda neft-kimya məhsullarının mühüm ixracatçısına çevriləcək
29.09.2009 [10:24]
Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkəmizdə neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı ilə bağlı Sərəncam imzalayıb. Sənədə əsasən neft-qaz emalı və neft-kimya müəssisələrinin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur. Neft emalı və neft-kimya sənayesi məhsullarının keyfiyyətinin dünya standartlarına çatdırılması üçün zəruri tədbirlər həyata keçiriləcək. Dövlət başçısının tapşırığına uyğun olaraq müvafiq orqanlar neft-qaz emalı və neft-kimya sahəsinin gələcək inkişafı yollarının əsas prioritet istiqamətləri ilə bağlı təkliflər hazırlayacaq. ümumiyyətlə, qeyd olunan strateji sənaye komplekslərinin inkişaf etdirilməsi üçün mühüm dövlət proqramlarının həyata keçirilməsi də başlıca məqsədlərdən hesab olunur.
Xatırladaq ki, son beş ildə Azərbaycanın neft emalı və kimya sənayesi müəssisələrinin inkişafı ilə əlaqədar mühüm layihələr həyata keçirilib. Layihələrin əsas istiqamətləri strateji əhəmiyyətə malik neft emalı, maşınqayırma, metallurgiya və kimya sənayesi müəssisələrinin yenidən qurulmasını əhatə edib və bu sahədə aparılan tədbirlər nəticəsində mühüm dəyişikliklər baş verib. Məlum olduğu kimi, respublikamız neft və qazla yanaşı, emal olunmuş neft məhsullarının ixracatçısı kimi regionda aparıcı mövqeyə malikdir. Azərbaycanın neft məhsulları Fransa, İtaliya, Rumıniya, Yunanıstan, Albaniya, Bolqarıstan, Malta, Türkiyə, Ukrayna, İran, İraq, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixrac edilir. Hazırda ölkəmizin emal olunmuş məhsullarının həcmi 7,5 milyon tona bərabərdir. Buna görə də qeyd olunan emal sənayesi kompleksinin yenidən qurulması və emal zavodlarında məhsulun keyfiyyətinin yüksəldilməsi üçün işlər gücləndirilib. Məsələn, emal müəssisələrində İtaliyanın “Qlitc” və Rusiyanın “NPT Corp. LTD” şirkətlərinin istehsalı olan ED-AVT-6 qurğusu tətbiq olunur. Bu cür modernləşdirmə məhsulun keyfiyyətinin artması ilə bərabər, onun maya dəyərinin aşağı salınmasına imkan verib. Eləcə də digər neft emalı və kimya müəssisələrində ən modern emal qurğuları, Alkilen OksiPro və AVT-2 texnologiyaları tətbiq olunmaqdadır.
Bütün bu işlərin həyata keçirilməsinə baxmayaraq emal müəssisələrində modernləşdirilmə işlərinin davam etdirilməsi zəruridir. Bu məqsədlə “Yanacaq-Energetika Kompleksinin İnkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” həyata keçirilməkdədir. Azərbaycan ən qabaqcıl texnologiyaları tətbiq etməklə yaxın illərdə istehsal edilən benzinin və digər neft məhsullarının keyfiyyətini Avropa bazarına uyğun “Avro-4” Və “Avro-5” standartlarına çatdırmağa nail olacaq.
Respublikamızda neft-kimya sənayesinin inkişafı ilə bağlı həyata keçirilən strategiyanın əsas hədəfləri alüminium, polad, maşınqayırma, yeyinti və yüngül sənaye obyektlərinin yaradılmasından ibarətdir. Azərbaycanın sənaye potensialının “onurğa sütunu” olan “Azərkimya” Dövlət Şirkətinin tərkibində olan sənaye müəssisələrinin yenidən qurulması hökumətin diqqət mərkəzindədir. Hökumət yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan yeni zavodların tikintisini planlaşdırır. Eyni zamanda, Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması da prioritetlərdən hesab olunur.
Onu da qeyd edək ki, Sumqayıtdakı neft-kimya kompleksinə xarici sərmayəçilər böyük maraq göstərirlər. Xarici investorlardan Rusiya şirkətlərinin kimya kompleksi ilə yaxından tanış olmaq niyyətləri son bir ildə daha çox artıb. Hətta Rusiyanın “Qazprom” şirkətinin də investisiya planlarının olması istisna deyil. “Qazprom” 4 il əvvəl Sumqayıtdakı Sintetik - Kauçuk zavodunun yeni istehsalat bölməsinin əsaslı təmirinə kapital xərcləyib. Rusları cəlb edən strateji müəssisələr sırasında Superfosfat zavodu dayanır. Bu müəssisə ilə xammal mübadiləsi aparan Rusiya şirkətləri son dövrlər sulfat turşusunun və superfosfatın dünya bazarında yaxşı satılmasını nəzərə alaraq müəssisənin özəlləşdirilməsinə də cəhd göstərir. Bir müddət əvvəl Türkiyənin “Sabançı” şirkətlər qrupunun bu bölgə ilə maraqlandığını gizlətməyən hökumət üzvləri həmin məsələnin yenidən müzakirə ediləcəyinə inanırlar. Fransanın “Technik” şirkəti də araşdırmalara başlayıb. Eləcə də çin və İranın iş adamları Sumqayıtda gübrə istehsalı müəssisəsinin yenidən qurulmasına maraq göstərirlər.
Neft-kimya kompleksinin yaradılması Azərbaycanın sənayesinə çox güclü təkan verəcək və ölkəmiz ən yüksək dünya standartlarına cavab verən məhsulları dünya bazarına ixrac edəcək. Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, yeni sənaye müəssisələrinin yaradılması iqtisadi siyasətin başlıca istiqamətlərindən biri olacaq. Hökumət bu sahəyə hər il investisiyaları artıracaq, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanları təmin ediləcək. Respublikamızın ən zəngin təbii ehtiyatlara malik olması sənaye potensialından maksimum faydalanmağa zəmin yaradır. Xüsusilə də Gəncə şəhərində və bura yaxın zonalarda xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin yaradılmasına əlverişli şərait yaradıb. Gəncədə polad kompleksinin və Det-al alüminium zavodunun təməlinin qoyulması da bu layihələrin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu iki zavod kompleksinin tikintisi nəticəsində Azərbaycan çox böyük iqtisadi imkanlara nail olacaq. Təkcə bu sahəyə qoyulan investisiyaların həcmi 1 milyard dollardan çox olacaq.
ümumiyyətlə, neft-qaz emalı və neft-kimya sənayesinin inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi həmin məhsulların istehsal göstəricilərinin daha da artırılmasına, həm də respublikamızın neft məhsulları ixrac etdiyi ölkələrin coğrafiyasının genişlənməsinə imkan vermiş olacaq. Bu tədbirlərin reallaşması yeni neft emalı və kimya kompleksinin formalaşmasına səbəb olacaq və Azərbaycan regionda neft və kimya məhsullarının mühüm ixracatçısına çevriləcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43

