İsmayıllıda sahibkarlığın inkişafına böyük dəstək göstərilir
03.05.2018 [09:43]
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, iqtisadiyyatın dinamik inkişafı, sosial problemlərin uğurlu həlli, sahibkarlığa göstərilən qayğı, işsizliyin aradan qaldırılması üçün həyata keçirilən layihələr ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir. Sevindirici haldır ki, ölkənin tarazlı inkişafına yönəldilmiş sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionlar gündən-günə inkişaf edir, hər yerdə qurub-yaratmaq, inkişaf etmək ab-havası hökm sürür. Bu baxımdan İsmayıllı rayonunda son illərdə baş vermiş dəyişikliklərə nəzər salsaq, deyilənlərin real mənzərəsi qarşımızda canlanar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin özəl sektorun və sahibkarlığın inkişafına hərtərəfli kömək göstərilməsi barədə qarşıya qoyduğu tələblərə uyğun olaraq rayonda sahibkarlığın inkişafı üçün münbit zəmin yaradılıb. Rayon rəhbərliyi tərəfindən hər bir sahibkarın rəy və təklifləri diqqətlə öyrənilir və qanunvericiliyin tələblərinə uyğun olaraq onlara lazımi köməklik göstərilir. Bunun da nəticəsidir ki, füsunkar təbiətə və əsrarəngiz gözəlliyə malik olan İsmayıllıda son illərdə iş adamları tərəfindən xeyli sayda yeni istehsal, xidmət və sosial təyinatlı obyektlər istifadəyə verilib.
Sevindirici haldır ki, rayon mərkəzi ilə yanaşı, kəndlərdə də dinamik inkişaf müşahidə olunur, eyni zamanda, burada özəl sektor aparıcı rol oynayır. Belə ki, sahibkarlar və iş adamları tərəfindən regionda analoqu olmayan Velosiped İstehsalı Zavodu tikilib istifadəyə verilib. Rayon mərkəzində 3 ədəd 9 mərtəbəli və 2 ədəd 5 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılıb. Göyçay çayı üzərində iki ədəd Su Elektrik Stansiyası tikilib istifadəyə verilib. Xalça toxuculuğu ilə məşğul olan “Xoşbəxt-X” və “Sandal” ayaqqabı istehsalı müəssisələri fəaliyyətlərini getdikcə genişləndirir. Uzun fasilədən sonra Kərpic zavodu yenidən qurulub. Xanagah kəndi ərazisində dam örtükləri istehsal edən müəssisə işə salınıb. Rayon ərazisində un dəyirmanları, süd məhsullarının emalı sexləri, çoxsaylı ticarət, ictimai iaşə, xidmət, turizm və müxtəlif xalq sənətkarlıq obyektləri tikilərək istifadəyə verilib. Rayonda qabaqcıl texnologiyalar əsasında müxtəlif meyvə bağları, üzüm plantasiyaları, fındıq bağları salınıb. Bir sıra kəndlərdə tutumu 100 başa qədər olan fermalar inşa olunub. Rayonda özəl obyekt olan iki quşçuluq fabriki fəaliyyət göstərir. Cari ilin aprel ayında Sumağallı kəndində ildə 50-55 min baş cücə yetişdirmək imkanlarına malik inkubasiya müəssisəsi istifadəyə verilib.
İcra olunan layihələr daha çoxdur. Belə ki, Keyvəndi kəndində “AZZA AQRO” MMC tərəfindən iri heyvandarlıq təsərrüfatı, Tircan kəndi ərazisində sahibkar tərəfindən “Bədo” sanatoriya-müalicə müəssisəsi, İsmayıllı şəhərində sahibkar tərəfindən 5 mərtəbəli 4 ulduzlu hotel binası tikilir, Kürdmaşı kəndi ərazisində “Buta” şirkətlər qrupu tərəfindən Aqrokompleks, sahibkar tərəfindən “Günəş park” istirahət-əyləncə mərkəzi yaradılır. Bu obyektlər cari ilin buraxılış obyektləridir və yaxın günlərdə istifadəyə veriləcək.
Onu da qeyd etmək lazımdır ki, rayon üzrə sahibkarlar tərəfindən görülmüş işləri tam sadalamaq imkan xaricindədir. Görülmüş işlər, həqiqətən, çoxdur, qarşıda duran vəzifələr isə daha əzəmətlidir.
Rayonumuzun ölkənin ən gözəl turizm məkanlarının birinə çevrilməsi üçün müvafiq tədbirlər görülür. İnvestorların cəlb olunması məqsədilə lazımi tədbirlər həyata keçirilir. Hazırda rayonda çoxsaylı istirahət və turizm, xidmət, ticarət, ictimai iaşə obyektlərinin tikintisi davam etdirilir.
Onlarla müxtəlif təyinatlı obyektlərin tikintisi üçün layihə-smeta sənədləri hazırlanıb və yaxın günlərdə icrasına başlanması gözlənilir. Rayonda tikinti-quruculuq işlərinin sürətlə davam etməsi barədə bir faktı da qeyd etmək yerinə düşər ki, 2017-ci ildə əsas kapitala 86 milyon manat həcmində (əvvəlki illə müqayisədə 2,3 dəfə çox) investisiya qoyulub. Bu göstəriciyə görə rayonumuz on ən yüksək göstəriciyə malik rayonlar sırasındadır. Nəzərə almaq lazımdır ki, investisiya qoyuluşunda özəl sektorun payı 60 faizdən yüksək olub.
Cənab Prezident rayonumuza daima yüksək diqqət və qayğı ilə yanaşır. Lahıc qəsəbəsinin qazlaşdırılması, Lahıc qəsəbəsi tam orta məktəbi üçün yeni binanın tikilməsi və Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi üçün bir gündə üç Sərəncamın imzalaması dediklərimizə əyani sübutdur.
Təəssüf doğuran hal odur ki, sahibkarlara göstərilən bu qayğını qiymətləndirməyən, gözü götürməyən qüvvələr də vardır. Bu şəxslər yalnız vətənini sevməyənlər, onun nailiyyətlərinə xor baxanlar ola bilər.
Sahibkarlara və iş adamlarına müraciət edərək onların İsmayıllı rayonunda yaradılmış münbit şəraitdən bəhrələnmələrini arzu edirəm.
Sevil Əhmədova
YAP İsmayıllı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

