Mirzəcan Xəlilov: Cənub Qaz Dəhlizi bütün regionun enerji xəritəsini dəyişəcək
08.06.2018 [17:32]
"Bu gün nəinki ölkəmizin, o cümlədən regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük strateji əhəmiyyətə malik olan Cənub Qaz Dəhlizini XXI əsrin qlobal layihəsi kimi dəyərləndirə bilərik. Zəngin "Şahdəniz" yatağının ehtiyatlarının işlənməsinə və Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan bu layihənin təşəbbüskarı rolunda məhz Azərbaycan çıxış edib". Bunu Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib. Millət vəkilinin sözlərinə görə, Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində ən mühüm və ən genişmiqyaslı layihələrdən biri kimi Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirən Milli Məclisin deputatı qeyd edib ki, hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. "Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Cənub Qaz Dəhlizi Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə, regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfə olacaq", - deyə qeyd edən M.Xəlilov həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizinin açılışı Azərbaycanın təməlini Ümummilli lider Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən çox dəqiqliklə həyata keçirilən ölkənin uzunmüddətli inkişafına hesablanmış enerji strategiyasının növbəti parlaq səhifəsidir. O, xatırladıb ki, Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsünü 2015-ci ildə irəli sürüb.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2,6 trilyon kubmetrə bərabər olduğunu söyləyən Mirzəcan Xəlilov bildirib ki, proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Hazırda Avropada Azərbaycan qazına çox böyük ehtiyac olduğunu deyən deputat əlavə edib ki, Cənub Qaz Dəhlizi vasitəsilə ilk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. "Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Bu isə bir daha Azərbaycanın regionun lider dövləti kimi, beynəlxalq münasibətlər sistemində də etibarlı tərəfdaş imicini möhkəmləndirəcək, həmçinin ölkəmizin daha geniş coğrafiyada güclü aktor kimi iştirakını təsdiqləyəcək", - deyə M.Xəlilov qeyd edib.
Millət vəkili M.Xəlilovun fikrincə, Cənub Qaz Dəhlizinin rəsmi açılışı ölkəmizin inkişafına da yeni töhfələr verəcək. Belə ki, dəhlizin istismarı onilliklər ərzində ölkəmizə, xalqımıza böyük fayda gətirəcək. İstehlakçıları şaxələndirilmiş enerji mənbəyi və marşrutu ilə təmin edən Azərbaycanın Avropa ölkələri ilə əlaqələri yeni mərhələyə yüksələcək. Bütövlükdə Cənub Qaz Dəhlizi regional və qlobal miqyasda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsində öz müsbət rolunu oynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41

