Pərviz Şahbazov: TAP İtaliyanın mənbələri şaxələndirməsinə xidmət edəcək
19.07.2018 [09:44]
“Trans-Adriatik” (TAP) boru kəməri Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən və istehlakçıları tərəfindən ən çox qaz pulu ödəyən ölkə kimi İtaliyanın mənbələri şaxələndirməsinə xidmət edəcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri nazir Pərviz Şahbazov İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirib. Görüşdə müxtəlif sahələri əhatə edən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı, İtaliya şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələr və perspektiv əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.
P.Şahbazov İtaliya Prezidenti Sercio Mattarellanın səfəri çərçivəsində sənədlərin imzalanmasını, eləcə də “Maire Tecnimont” şirkətinin iştirakı ilə inşa edilən polipropilen zavodunun açılışını iki ölkənin münasibətlərinin gələcək inkişafını müəyyən edən hadisələr kimi qiymətləndirib.
Azərbaycan ilə İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sədri kimi nazir ölkə iqtisadiyyatının bir çox istiqamətləri, o cümlədən bərpaolunan enerji sahəsi üzrə gələcək əməkdaşlıq üçün imkanlar haqqında məlumat verib. Bildirib ki, Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində yüksək potensiala malikdir və bu potensialın reallaşdırılması üçün hazırda beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır, təcrübələr öyrənilir. Bu sahənin özəl sektor, xarici investorlar üçün cəlbediciliyinin təmin edilməsi məqsədilə əlverişli biznes mühitinin yaradılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də dövlət-özəl əməkdaşlığı modelinin tətbiqi ilə bağlı tədbirlər görülür.
Enerji sahəsində İtaliya ilə əməkdaşlığın mühüm elementi kimi TAP boru kəməri layihəsindən bəhs edən nazir TAP-ın İtaliya üçün əhəmiyyətini artıran məqamları da vurğulayıb. Nazir bildirib ki, TAP Avropa İttifaqı ölkələri arasında ən çox qaz idxal edən və istehlakçıları tərəfindən ən çox qaz pulu ödəyən ölkə kimi İtaliyanın mənbələri şaxələndirməsinə xidmət edəcək. Ölkənin dekarbonizasiya tədbirlərinə dəstək olacaq.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi isə iki ölkə arasında uzunmüddətli əməkdaşlığın əsasında enerji sektorunun mühüm rol oynadığını deyib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayan nazir müavini enerji ilə yanaşı ölkəsinin digər sahələrdə də əməkdaşlığın dərinləşdirilməsi üçün maraqlı olduğunu bildirib. O, Azərbaycanın həyata keçirdiyi nəqliyyat dəhlizləri və infrastruktur layihələrinin Avropa və Asiya arasında ticarət əlaqələrinin möhkəmlənməsində rolu ilə maraqlanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36

