Fəxriyyə Xələfova: Dubayda ölkəmi ətriyyat kimi eksklüziv sahədə təmsil etdiyimə görə çox şadam
17.01.2019 [10:15]
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Azərbaycan Ticarət Evi”nin açılması, bu meydançada Azərbaycan istehsalçılarının təqdimatı çox əlamətdar hadisədir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dubayda “Azərbaycan Ticarət Evi”nin açılışında iştirak edən, burada öz ətriyyat məhsullarını nümayiş etdirən tanınmış azərbaycanlı rəssam-dizayner, yerli ətirlərin ilk istehsalçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bildirib.
F.Xələfova deyib ki, artıq müəyyən vaxtdır yerli məhsulların xarici ölkələrdə tanıdılması üçün “Made in Azerbaijan” konsepsiyasının yaradılması istiqamətində böyük işlər gedir, ölkənin İqtisadiyyat Nazirliyinin nəzdindəki Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə çoxlu konsultativ tədbirlər keçirilir. “Biz istehsalçı qismində bu tədbirlərdə tez-tez iştirak edirik. Burada hər diskussiya ona gətirib çıxarır ki, biz istehsal etdiyimiz məhsulun üzərində onun beynəlxalq reklamı müstəvisində işləyirik. Bununla belə, qablaşdırmanın üzərində hansı məlumatın göstərilməsindən başlayaraq, dizayn və əlbəttə ölkə hüdudlarından kənara çıxdığına görə dünya standartlarına cavab verən məhsulun keyfiyyəti kimi bir çox nüanslar böyük əhəmiyyət kəsb edir”, - deyə F.Xələfova bildirib.
Fəxriyyə Xələfova beş qadın ətrindən ibarət kolleksiyasını Dubayda təqdim etməkdən çox məmnun olduğunu qeyd edib. Bu kolleksiyalardan üçü “Nuray”, biri “Caspian Rose”, digəri isə “Rosede L’amour” adlanır. Onun sözlərinə görə, ətirlərin hazırlanmasında istifadə edilən bütün notlar Azərbaycan təbiətini, məhz bu diyarda bitən çiçəkləri təcəssüm etdirir. “Məsələn, Xəzər qızılgülü - dünyanın heç bir ölkəsində olmayan unikal Azərbaycan çiçəyidir. Yaxud al qızılgülümüz - bu xüsusi növdür ki, özünəməxsus, təkraredilməz iyə malikdir. Hələ dahi Nizami bu al qızılgülü tərənnüm edib. Bu səbəbdən də öz ətirlərimi yaradarkən mən məhz Azərbaycan rayihələrindən istifadə edirəm. Birləşmiş Ərəb Əmirliklərinə və ümumiyyətlə ərəb dünyasına gəlincə, bunu deyə bilərəm ki, burada qədim ətir mədəniyyəti mövcuddur və ictimaiyyəti Azərbaycan ətirləri ilə tanış etmək hər iki tərəf üçün faydalı olacaq. Mən öz tərəfimdən ərəb rayihələrini öyrənirəm. Onu da qeyd etmək istərdim ki, Ticarət Evinin açılışına gələn və mənim ətirlərimlə maraqlanan ziyarətçilərə yeni rayihələrlə, yeni çalarlarla tanış olmaq çox maraqlı idi. Rəylər çox müsbət idi, mənim ətirlərimi hamı bəyənirdi, bütövlükdə, kolleksiyama böyük maraq göstərilirdi”, - deyə kolleksiya müəllifi bildirib.
Ətirlərin hazırlanması ilə bağlı fəaliyyətindən danışan Fəxriyyə Xələfova vurğulayıb ki, onların yaradılması üçün ətriyyatçı olmalı və bu sənətin sirlərinə sahib olmalısan. Onun sözlərinə görə, ətriyyatçı olmaqdan ötrü o, bu peşəni öyrənib, bu istiqaməti mənimsəyib. “Bu sənəti öyrənməkdən ötrü mən Nitsa və Monako arasında yerləşən məşhur ətriyyat mərkəzində - Qrassda əsas biliklərə yiyələnmişəm. Hazırda mən öz ətriyyat şəbəkəmi genişləndirməyi və yeniləri üzərində işləməyi planlaşdırıram. Diqqətəlayiq haldır ki, Azərbaycan Ticarət Evinin açılışında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsurinin irəli sürdüyü bir neçə konseptual ideyanın nəticəsi bizimlə ərəb istehsalçıları arasında inteqrasiyanın zəruriliyini göstərir. Ətriyyat sahəsində xeyli maraqlı birgə layihələr həyata keçirmək olar, əsasən də ətirlərin birgə istehsalı mümkündür. Əgər müştərək istehsala, ətriyyat məhsullarının istehsalına maraq varsa, o zaman müəyyən addımlar atmaq olar. Çünki Dubayın ərazisində və ümumiyyətlə Birləşmiş Əmirliklərdə ətir istehsal edən bir neçə böyük fabrik var və orada peşəkar kadrlar çalışır. Siz bilirsiniz ki, ərəb bazarı parfümeriya məhsulları ilə zəngindir. Ayrı-ayrı istehsalçılar, alıcılar üçün nəzərdə tutulan müxtəlif qiymətlər mövcuddur. Lakin bazarda bolluqdur və əhali üçün ilk yerdə məhz öz məhsulu dayanır. Bu da müsbət amildir ki, vətəndaşlar öz ətirlərinə, öz istehsalına, öz incə rayihələrinə daha çox üstünlük verirlər. Hesab edirəm ki, bu, çox mühümdür, çünki ətir emosional-psixoloji məqamdır və onu istifadə edən şəxsə yaxın olmalıdır. Məsələn, mən özümə emosional cəhətdən yaxın olan ətirləri Azərbaycan qadınları üçün yaradıram, bu səbəbdən də onlar tərəfindən sevilir”, - deyə F.Xələfova vurğulayıb.
BƏƏ-də öz məhsullarının irəlilədilməsi perspektivlərindən danışan F.Xələfova qeyd edib ki, Dubay və ərəb dünyası turizm mərkəzidir, buraya dünyanın hər bir yerindən ziyarətçilər gəlir. “Mən daim çalışıram ki, ətirlərim bəyənilsin. Mən Dubayda öz ətir stendimin yanımda idim. Müsbət rəyləri qəbul etmək çox xoş idi. Maraqlıdır ki, mənim məhsullarım barədə müsbət rəy bildirənlərin əksəriyyəti ərəblər və digər əcnəbilər idi. Mən istehsalın xüsusi növü sayılan ətriyyat kimi eksklüziv sahədə öz ölkəmi təmsil etdiyimə görə çox şadam. Bu, çox məsuliyyətli işdir. Bu səbəbdən öz çıxışımda qeyd etdim ki, mənim ətrimi alan və istifadə edən alıcılara nə qədər yaxın olduğumu başa düşürəm, sanki bunu hiss edirəm. Mən bu prosesə çox məsuliyyətlə yanaşıram ki, öz brendimə, məhsuluma inam ən yüksək səviyyədə olsun”, - deyə sonda Fəxriyyə Xələfova bildirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20

