Avropa İttifaqı - Dünya Bankı və Azərbaycanın birgə Çevik Sazişi
17.02.2022 [10:20]
Sənəd hansı sahələri əhatə edir?
E.CƏFƏRLİ
Məlum olduğu kimi Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə saziş proqramını imzalayıb. AZTAF proqramı yeni iqtisadi çağırışları əhatə edən çoxvektorlu sənəd hesab edilə bilər. Həm Aİ, həm də DB-nın ötən illərdə Azərbaycan hökuməti ilə birgə gerçəkləşdirdiyi institusional islahatlar və biznesə təşəbbüslər layihələrinə əsasən, infrastrukturların və kommunikasiyaların bərpası, logistika və bazar infrastrukturunun idarə olunması, ekologiya, yol, nəqliyyat və eləcə də dövlət idarəetmə sistemlərində yeni texnologiyaların tətbiqi və biznesə dəstək istiqamətləri üzrə birgə əməkdaşlıq edib və əhəmiyyətli nəticələr də əldə edilib. İndiki saziş isə əsas etibarilə yeni rəqəmsal iqtisadiyyat quruculuğuna töhfə verməyə fokuslanıbdır. Saziş proqramının hədəf çərçivəsi kifayət qədər genişdir, sosial-iqtisadi həyatın təkamül yollarını müəyyənləşdirməklə post-neft iqtisadiyyatına əsaslanan biznes cəmiyyətinin quruculuğunun prioritetlərini elan edir. Belə ki, dövlət müəssisələrinin idarəçiliyinin sağlamlaşdırılması, dövlət satınalmalarının təkmilləşdirilməsi, rəqəmsal inkişaf, inklüzivlik kimi geniş spektrli prioritetləri birbaşa Azərbaycan hökumətinin hədəf seçdiyi şəffaflıq və hesabatlılıq prinsipləri ilə üst-üstə düşür.
Azərbaycan Hökuməti bir müddət əvvəl yaxın onilliyin inkişaf trayektoriyasını əks etdirən strateji konseptini - “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ini açıqlayıb və bu sənədlə təbii ki, beynəlxalq iqtisadi institutlar, o cümlədən Dünya Bankı, Avropa İttifaqı da yaxından tanışdır. Bu baxımdan, Azərbaycanın yeni inkişaf magistralının ideoloji tezislərini müəyyən edən həmin milli prioritetlərdə hədəf seçilmiş istiqamətlər DB və Aİ üçün də maraqlı olduğundan AZTAF çərçivəsi də bu reallıqlara uyğun hazırlanıbdır. Buna görə də, yeni saziş Azərbaycanın beynəlxalq iqtisadi icma ilə birlikdə rəqabətqabiliyyətli iqtisadiyyat və dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu, rəqabətli insan kapitalı və müasir innovasiyaların təminatı, “yaşıl artım” meyarlarına çatmaqda əhəmiyyətli sənəd kimi dəyərləndirilə bilər. Belə ki, dövlət satınalmalarının açıqlığı, məhkəmə-hüquq sistemində şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alınması, iqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikasının formalaşması sahəsində əsaslı nəticələr əldə etmək mümkündür. Beləliklə, əməkdaşlıq proqramı ən ali meyarlardan biri olan şəffaflıq prinsipinin tam oturuşmasına da möhkəm zəmin verəcək.
AZTAF sazişinin ən əhəmiyyətli müddəalarından biri də azad biznes üçün təşəbbüslərin artırılmasına dəstəkdir. Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, şəffaf özəlləşmə strategiyasının həyata keçirilməsi, biznesin təşviqi mexanizmlərinin yaradılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi mühüm fayda verəcək. Burada xüsusilə də sahibkar qadınların fəaliyyətinə xüsusi önəmin verilməsi də diqqətedicidir.
Saziş, həmçinin sosial mahiyyət kəsb edir. Belə ki, COVID-19-un vurduğu sosial-iqtisadi təsirlərinin yumşaldılması və post-pandemiya dövründə müxtəlif sosial xidmət sahələrində əvvəlki rentabelliyin tam bərpasını təmin etməklə həssas əhali qruplarına mühüm fayda verəcək.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

