Yeni pul siyasəti...
17.12.2022 [10:23]
Reallıqlar nəzərə alınır
M.ABDULLAYEV
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılıb, faiz dəhlizinin yuxarı həddi 9.25% səviyyəsində dəyişməz saxlanılıb. Mərkəzi Bankdan “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, faiz dəhlizinin eninin daraldılması qərarı 2022-ci ilin avqust ayında qurumun İdarə Heyəti tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilib.
Faktiki göstəricilər və yenilənmiş proqnozlar
Mərkəzi Bankdan bildirilib ki, bu qərar, eyni zamanda, faktiki göstəricilər və yenilənmiş makroiqtisadi proqnozlara əsaslanır. Son 2 ayda faktiki illik inflyasiya sabitləşsə də, hələ də ikirəqəmli olaraq qalır. Növbəti il üzrə inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksəkdir. Cari ilin sonuna pul bazasının ikirəqəmli səviyyədə artımı proqnozlaşdırılır. Bu şəraitdə məcmu tələbin izafi genişlənməsini məhdudlaşdırmaq üçün pul siyasətinin sərtləşdirilməsi məqsədəuyğun sayılıb. Maliyyə sektorunda likvidliyin idarə olunması və faiz dəhlizinin parametrlərinin qısamüddətli pul bazarında faiz dərəcələrinə təsirlərinin gücləndirilməsi məqsədilə faiz dəhlizinin eninin daraldılması istiqamətində qərar qəbul olunub. Faiz dəhlizinin parametrlərinin dəyişdirilməsi, eyni zamanda milli valyutada yığımların cəlbediciliyini qorumağa xidmət edir.
Bildirilir ki, pul siyasətinin sərtləşdirilməsi tempi, səviyyəsi və bu səviyyədə qalma müddəti qarşıdakı dövrdə illik inflyasiya göstəricilərindəki dinamikadan və yenilənmiş proqnozlardan asılı olacaq. İllik inflyasiya göstəricilərinin və proqnozlarının azalması halında ilk olaraq pul siyasətinin sərtləşdirilməsi üzrə pauza və sonra onun azaldılması imkanları nəzərdən keçiriləcək.
Profisitli tədiyə balansı
Bəhs olunan qərarın qəbul olunmasında əsas götürülən mühüm amillərdən biri ölkənin tədiyə balansının real vəziyyətidir. Profisitli tədiyə balansı valyuta bazarında təklif kanallarını dəstəkləməkdə davam edir. Respublikamızda həm neft-qaz sektoru, həm də qeyri-neft-qaz sektoru üzrə ixracın artım tempi yüksək olaraq qalır. Bu şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 10 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3.1 dəfə artaraq 23.1 mlrd. ABŞ dollarına çatıb. Bu dövrdə qeyri-neft-qaz ixracının həcmi 16.2% genişlənib və 2.4 mlrd.dollar təşkil edib.
Mərkəzi Bankdan bildirilir ki, 2023-cü ildə də cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnoz dəyişməz qalır. Enerji daşıyıcılarının qiymətləri hazırkı səviyyəsində qalarsa, növbəti ildə də cari hesab profisitinin ümumi daxili məhsula nisbətinin ikirəqəmli səviyyədə qalacağı gözlənilir.
Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsi ilə müşayiət olunur. Bu da Dövlət Neft Fondunun vəsaitlərinə daha çox qənaət etməyə imkan verir.
Eyni zamanda, rəsmi və alternativ statistika ölkədə iqtisadi aktivliyin yüksək olaraq qaldığını göstərir. 2022-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 4.8%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 9.2% artıb. Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə, noyabrda əvvəlki aya nəzərən qeyri-neft-qaz sənayesi müəssisələrində faktiki istehsal və istehsal güclərinin yüklənməsi səviyyəsi artıb.
İqtisadi artıma daxili tələbin həm istehlak, həm də investisiya komponentləri dəstək verir. 2022-ci ilin 11 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3%, qeyri-neft-qaz investisiyalarının həcmi isə 24.5% artıb. Bu dövrdə dövlət büdcəsi xərclərinin 16.4% artması daxili tələbi stimullaşdıran əsas amillərdən biri olub.
Monetar şəraitin inflyasiyaya azaldıcı təsiri
Respublikamızda mövcud monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam edir. Manatın nominal effektiv məzənnəsinin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdıran mühüm amillərdən biri olaraq qalır. 11 ayda nominal effektiv məzənnənin möhkəmlənməsi tempi 7.9% təşkil edib. Sterilizasiya əməliyyatlarının həcminin genişlənməsi pul təklifinin artımını məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaldır. 11 ayda manatla pul bazası cəmi 7.3% artıb. Dekabr ayında pul bazası başlıca olaraq fiskal əməliyyatlardan təsirlənəcək.
Yeni əməliyyat çərçivəsinə uyğun olaraq Mərkəzi Bankın müxtəlif müddətli (1, 3, 6 və 9 aylıq) notlarının yerləşdirilməsi adekvat gəlirlik əyrisinin formalaşmasına şərait yaradır. Oktyabr-noyabr aylarında dövriyyədə olan notların həcmi 660 mln. manat və ya 2.3 dəfə artıb. Not bazarında iştirak edən bankların sayı da artır. Dövr ərzində notların ikinci bazar seqmentində 194 mln. manatlıq əməliyyat baş tutub.
Eləcə də banklararası pul bazarında fəallıq yüksəlməkdədir. 2022-ci ilin noyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 1%, ilin əvvəlinə nəzərən 18.1%, ötən ilin eyni ayına nəzərən isə 21.1% artıb. 11 ayda bank sistemi üzrə biznes kreditləri 12.7%, istehlak kreditləri 27.7%, ipoteka kreditləri isə 21.9% artıb.
Risklər balansı
Son təhlillər inflyasiyanı artıran və azaldan faktorlar arasında tədricən balansın yarandığını göstərir. Qlobal iqtisadiyyatda aktivliyin azalması və əksər ölkələrdə pul siyasətinin sərtləşməsi inflyasiyanın azalması prosesinə dəstək verir. Bununla belə, resessiya ehtimalının reallaşması bir çox inkişaf etməkdə olan ölkələrin xarici balansında əhəmiyyətli dəyişiklik yarada bilər.
Daxili inflyasiya risklərinə ilk növbədə məcmu tələbin izafi genişlənməsi aiddir. Mərkəzi Bankdan bildirılib ki, artan xərclərin inflyasiyaya transformasiyasını məhdudlaşdırmaq üçün fiskal və monetar siyasətlər arasında effektiv koordinasiya bundan sonra da davam etdiriləcək, dayanıqlı məcmu tələb və təklif balansının yaradılması üçün zəruri qərarlar veriləcək.
Mərkəzi Bank inflyasiya hədəf diapazonuna daxil olanadək məcmu tələbin izafi genişlənməsini məhdudlaşdıracaq monetar şəraitin yaradılmasını təmin edəcək. Pul siyasəti və faiz dəhlizi ilə bağlı növbəti qərarlar inflyasiya mühitində müşahidə olunan amillər və bu amillər üzrə gözlənilən dəyişikliklərin miqyasından asılı olaraq veriləcək. Pul siyasətinin yeni əməliyyat çərçivəsinin maliyyə sektorunda faizlərə təsir imkanlarından asılı olaraq faiz dəhlizinin eninin bundan sonra da daraldılması nəzərdən keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

