Azərbaycanda İKT sektorunun gəlirləri 15 faiz artıb
16.07.2011 [14:55]
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilərək dövlət strukturlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, bir sözlə, bütövlükdə insanların həyatını əhatə edib. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindən birinə çevrilib. Həmçinin, bu gün dünya bazarında elektron ticarətin rolu da artmaqdadır.
Azərbaycan dövləti də gələcəkdə İKT sektorundan əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına müsbət təsirini nəzərə alaraq sözügedən sahənin inkişaf etdirilməsinə xüsusi önəm verir. Son 15 ildə sözügedən sahənin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib və bu istiqamətdə mühüm addımlar atılıb. Əlbəttə ki, bu sahədə qanuni bazanın yaradılması və müvafiq sahənin inkişaf etdirilməsi istiqamətində ardıcıl dövlət proqramlarının həyata keçirilməsi nəticəsiz qalmayıb. Xüsusilə, İKT sektorunda cari ilin birinci yarısında əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz artıb. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2 dəfə çoxdur.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycanda İKT sektorunun inkişafına da toxunub: “Bu sahəyə biz çox böyük diqqət göstəririk. Həm MDB, həm də dünya miqyasında götürsək, Azərbaycanda İKT-nin inkişafı ilə bağlı çox böyük addımlar atılmışdır. Burada deyilən rəqəmlər onu göstərir ki, biz dünya miqyasında da qabaqcıl ölkələr sırasındayıq”.
Qeyd etmək lazımdır ki, 2005-2008-ci illərdə respublikada rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən mükəmməl fəaliyyət konsepsiyası rolunu oynayan Dövlət Proqramı, eyni zamanda, informasiya təhlükəsizliyini təmin edib. Bununla yanaşı, ölkənin regionlarında rəqəmsal sistemin tətbiqi, internetin, müasir rabitə və kommunikasiya texnologiyalarının inkişafı olduqca vacibdir. Bu, təkcə sosial-iqtisadi deyil, həm də mədəni-intellektual inkişafa, insan kapitalının formalaşmasına xidmət edir.
Eyni zamanda, Azərbaycanda mobil rabitə və internet xidməti də inkişaf edir. Son altı ayda mobil telefon xidmətlərinin qiyməti 30 faiz, rouminq xidmətlərinin qiyməti isə istiqamətlər üzrə 20-50 faiz azaldılıb. İndi ölkəmizdə mobil telefon xidmətlərinin qiymətləri təxminən Şərqi Avropa ölkələri səviyyəsindədir.
ölkəmizdə internet istifadəçilərinin sayı da artıb. Hesabat dövründə təkcə genişzolaqlı sürətli internet istifadəçilərinin sayı təxminən 30 faizə yaxınlaşıb ki, bu da ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir.
Digər mühüm addım kimi Azərbaycanın yerətrafı orbitə peyk çıxarmaq təşəbbüsünü də qeyd etmək lazımdır. Bu peyk ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiya olunmasında, Qərblə Şərq arasında informasiya fərqinin aradan qaldırılmasında və regionun aparıcı dövlətlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayacaq. Dövlət başçısının da qeyd etdiyi kimi, bu, həm də ölkənin nüfuzu üçün çox vacib olan məsələdir: “Biz indi çalışırıq ki, birinci peykin buraxılması ilə məhdudlaşmayaq. İkinci peykin orbitə buraxılması layihəsi də işlənilir. Bütövlükdə bu sahədə indi bizdə təcrübə yaranır. Xarici mütəxəssisləri də cəlb etmişik. Aparıcı xarici şirkətlərlə işləyirik və Azərbaycanda güclü kosmik sənayenin yaranmasına nail olacağıq”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

