Pensiyalar nə qədər artacaq?
11.01.2024 [10:40]
Elbrus Cəfərli
Hazırda ölkədə yaşayan 1,1 milyondan çox pensiyaçını düşündürən əsas mövzu 2024-cü ilin yanvar ayından pensiyaların nə qədər artacağı ilə bağlıdır. Bununla bağlı müxtəlif rəqəmlər səsləndirilir. Pensiyaların artımı əmək qanunvericiliyinə əsasən, ölkədəki illik orta aylıq əməkhaqqının illik artımı tempinə əsasən indeksasiya edilir. Ona görə də pensiyaların indeksləşdirilərək artımı əvvəlki ildəki, yəni 2023-cü ilin yekun illik orta əməkhaqqı artımına uyğun həyata keçiriləcək.
Dövlət Statistika Komitəsi hələlik 2023-cü ilin yekun sosial-iqtisadi makroiqtisadi göstəricilərini açıqlamadığından ötən ilin orta aylıq əməkhaqqı barədə tam rəqəm məlum deyil. Komitənin açıqladığı sonuncu məlumata əsasən, 2023-cü il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat təşkil edib. Təxmini proqnozlara görə, 2023-cü il üzrə yekun artım rəqəmi 11-12 faiz civarında olacaq. Bu o deməkdir ki, ölkə üzrə bütün növ əmək pensiyalarının artımı 11-12 faiz nisbətində götürüləcəkdir. Məsələn, 2023-cü ilin dekabr ayında 400 manat pensiya almış şəxs 2024-cü ilin yanvar ayından etibarən ən azı 440 manat pensiya alacaq. Artım 12 faiz təşkil edəcəyi halda onun pensiyası 450 manata yaxın olacaqdır.
Onu da qeyd edək ki, pensiya artımları bütün növ əmək pensiyaçılarına, o cümlədən də xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına da şamil olunacaq. Pensiya alanların say tərkibinə təkcə, əmək pensiyaçıları daxil deyil, bura əlillər, müavinət alanlar və sair kateqoriyadan alan pensiyaçılar da daxildir. Yəni, artım onları da əhatə edəcək. Son bir ildə əmək və pensiya qanunvericiliyinə edilmiş dəyişikliklər sayəsində əmək pensiyası hüququ əldə edənlərin sayı artıb. “Əmək pensiyaları haqqında” qanuna (Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) edilmiş dəyişikliklərdən sonra incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin pensiya yaşı həddinin 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ alması, eləcə də hərbi qulluqçuların hərbi xidmət dövrü üzrə müddətə görə, güzəştli pensiya hüququ qazanması sayəsində son bir ildə xüsusi şərtlərlə pensiya alanların da sayında əhəmiyyətli artımlara səbəb olub. Həmçinin, 2023-cü ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə yaşa və əlilliyə görə müavinət alanların, ailə başçısını itirməyə və digər müavinət növləri ilə əhatə edilənlərin də sayında artım qeydə alınıb.
Qeyd edək ki, 2024-cü ildə sosial müdafiə xərclərinin çəkisi 230 milyon manat artımla nəzərə alınıb. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsində xərclər 6, 9 milyard manat nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 651 milyon manat çoxdur. Yəni, icmal və dövlət büdcəsində pensiyaların artımın maliyyələşdirilməsi üçün əsaslı maliyyə təminatı yaradılıb. Hazırda Azərbaycanda sosial dövlət modelinin bariz ifadəsi olaraq büdcədə sosial xərclərin çəkisi ümumAvropa göstəricilərinə yaxınlaşıb. 2024-cü ilin dövlət büdcəsində təsdiq edilmiş 36,7 milyard manata bərabər olan büdcə xərclərinin struktiurunda sosialyönümlü xərclərin xüsusi çəkisi 43 faiz təşkil edir.
Bir məqamı da xüsusi olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanda artıq inflyasiya birrəqəmli həddə düşüb, bu isə orta aylıq pensiya məbləğinin artım tempinin inflyasiya rəqəmini üstələməsinə səbəb olacaq. Yəni artımlar nominal dəyər baxımından alıcılıq qabiliyyətinin yaxşılaşmasına imkan verəcək. Bir məqamı da xatırladaq ki, Azərbaycan hazırda minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Paritetinə əsasən, MDB ölkələri və Gürcüstan üzrə sıralamada ilk yeri tutur, ümumi sıralamada ikinci yerdə qərarlaşır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda (Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət) Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sisteminin təkmilləşdirilməsi və pensiyaların artırılması əsas hədəf kimi müəyyən edilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yüksək və ədalətli sosial təminat ən başlıca prinsiplərdən biri kimi müəyyən edilib. Hədəfə uyğun olaraq, sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına bütün kateqoriyalar üzrə sosial müdafiə və sosial təminatın gücləndirilməsi nəzərdə tutulub, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunması, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığının gücləndirilməsi, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin artırılması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31

