Ölkəmizdə sahibkarlığın inkişafı...
18.09.2024 [10:02]
Görülən işlər hədəfə çata bilirmi?
Ölkəmizdə sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda sahibkarlar əlverişli hüquqi mühitdən tam şəkildə faydalanırlar. Çünki sahibkarlığın inkişafına dəstəyin ilkin şərtlərindən biri əlverişli hüquqi zəminin yaradılmasıdır. Məlumdur ki, son illər ölkəmizdə sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb.
Azad sahibkarlıq və liberal iqtisadiyyatdan danışarkən öncə onu xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmini xüsusi vurğulamaq olar. Demək olar ki, ölkəmizdə özəl sektorun dinamik inkişafı üçün lazım olan bütün addımlar atılır.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən iqtisadçı Fuad İbrahimov bildirib ki, sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkədə sahibkarlığın inkişafı üçün vacib olan qanunvericilik bazası yaradılıb: “Nəzərə alsaq ki, bununla bağlı 2022-2026-cı illəri əhatə edən strategiyada xüsusi prinsiplər var. Bir tərəfdən gizli iqtisadiyyata qarşı mübarizənin güclənməsi iqtisadiyyatın liberallaşmasına xüsusi töhfə verir. Bu da təbii ki, rəqabətin güclənməsi, azad iqtisadi sistemin genişləndirilməsi baxımdan vacib hesab olunur. Digər tərəfdən də liberal iqtisadiyyatın inkişafı özəl sektorların payının artmasında özünü göstərir”.
İqtisadçı qeyd edib ki, 20 il əvvəlki dövrlə indiki dövr arasında müqayisədə ildən-ilə azad sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi istiqamətində xeyli inkişaf var: “Bu həm ayrı-ayrı dövlət qurumlarının sahibkarlara olan münasibətində hiss olunur, həm sahibkarlara yönəlik dəstək alətlərinin, təşviq mexanizmlərinin artımında, eyni zamanda rəqabət mühitinin dəstəklənməsində hiss olunur. Ölkədə azad sahibkarlığın olması üçün vacib şərtlərdən biri əlverişli qanunvericilik bazasının olmasıdır”.
F.İbrahimovun sözlərinə görə, son illər Azərbaycanda dövlət-sahibkar münasibətlərində xeyli şəffaflaşmaya və etimad mühitinin yaranmasına nail olunub: “Belə ki, bu gün dövlət orqanları ilə sahibkarların davranışlarında bir etimad mühiti var. Bunun da əsas səbəbi qanunun tələblərinə əməl edərkən sahibkarların daha çox inkişaf imkanlarını görməsidir. Hal-hazırda özəl sektorun təşəbbüslərinin daha da artması ilə bazarda daha çox investisiya qoymaq üçün dövlət orqanları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Yeni qanunvercilik aktlarının hazırlanması gözlənilir. Amma bütün bunlarla yanaşı, özəl sektorun daha da inkişaf etməsi üçün sahibkarın özünün təşəbbüslərlə çıxış etməsi çox vacibdir. Hazırda Azərbaycanda bütövlükdə, özəl sektorda çalışan müəssisələrin yalnız 65%-də kompüter var, onların yalnız 55%-i internetdən istifadə edir. Bu gün internetdən istifadə edən sahibkar subyektlərinin yalnız 1%-i öz xidmət və məhsullarını online formada əhaliyə təqdim edir. Bu rəqəmlər onu göstərir ki, bu sahədə özəl sektorun görməli olduğu xeyli işlər var. Düşünürük ki, bir tərəfdən dövlətin yaratdığı imkanlar vacibdir, amma digər tərəfdən özəl sektor özü də öz təşkilatlanmasında, strateji planlara sahib olmasında, bazar araşdırmasında daha yaxşı rəqabət aparmaq üçün inkişaf etməli, öz əməkdaşlarını yetişdirməli, yeni məhsullar və xidmətlərlə bazarda çıxış etməlidir. Çünki bu gün dünya qlobaldır, hər bir Azərbaycan vətəndaşı xidmət və məhsul aldığı zaman onu hər hansı digər bir ölkənin məhsulu və yaxud xarici sahibkarlıq subyekti ilə müqayisə edir. Özəl sektor bu istiqamətdə daha çox inkişaf etmək, daha çox məhsul yaratmaq, daha yaxşı xidmətlər təklif etmək və Azərbaycan vətəndaşlarının məmnuniyyət gözləntilərini doğrultmaq üçün xeyli işlər görməlidir. Bu istiqamətdə yaxşı nümunələr kifayət qədərdir. Bizim xeyli özəl sahibkarlarımız və müəssisələrimiz var. Amma eyni zamanda görməli işlərimiz də kifayət qədər çoxdur”.
Yeganə BAYRAMOVA,
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

