/ / Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər uğurla davam etdirilir
Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər uğurla davam etdirilir
27.04.2019 [09:49]
Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər həm insanların rahatlığına, həm də iqtisadiyyatın və kənd təsərrüfatının inkişafına xidmət edir
Hər bir ölkənin inkişafını təmin edən çoxsaylı faktorlar mövcuddur. Bu amillər sırasında, heç şübhəsiz ki, səmərəli iqtisadi və siyasi kursun həyata keçirilməsi xüsusi yer tutur. Milli maraqlara və müasir çağırışlara uyğun strateji kurs həyata keçirən dövlətlər dayanıqlı inkişafa, ölkə qarşısında yeni perspektivlərin açılmasına nail olurlar. Bu baxımdan, Azərbaycanın müsbət təcrübəsi mütərəqqi nümunə kimi diqqəti cəlb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın dinamik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edib, ölkəmiz möhtəşəm uğurlara imza atıb. Azərbaycanın tərəqqisinin xarakterik xüsusiyyətlərindən biri bütün sahələrin inkişafının təmin olunmasıdır. Dünyaya nümunəvi tərəqqi modeli təqdim edən Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində də çox mühüm nailiyyətlər əldə edilib, ötən müddət ərzində bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişilib. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının müvəffəqiyyətlə icra olunması bu baxımdan xüsusi qeyd edilməlidir. Ötən müddət ərzində bölgələrdə mühüm infrastruktur layihələri də uğurla reallaşdırılıb və əhəmiyyətli nəticələr əldə olunub. Bu kontekstdə regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində həyata keçirilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlərin əhəmiyyətini də ayrıca vurğulamaq lazımdır. Şübhəsiz ki, Azərbaycanın bölgələrində infrastruktur quruculuğu çərçivəsində yeni yolların salınması, eləcə də avtomobil yollarının tikintisi və yenidən qurulması həm iqtisadi, həm də sosial baxımdan olduqca önəmlidir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər hazırda da uğurla davam etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev aprelin 16-da “Masallı rayonunun Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Aprelin 17-də isə dövlətimizin başçısı “Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. Bununla yanaşı, Prezident İlham Əliyevin aprelin 22-də imzaladığı “Qazax rayonunun Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən isə on üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində də infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin icrası, əhalinin rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir. Cəbhəyanı kəndlərdə əhalinin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində, dövlət başçısının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Bu layihələr sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir. Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda son illərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Prezident İlham Əliyev təkcə Ağdam rayonunun Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan hissəsində yerləşən yaşayış məntəqələrini birləşdirən yolların yenidən qurulması ilə bağlı ötən illərdə beş Sərəncam imzalayıb. Bu sərəncamlara əsasən rayonda ümumi uzunluğu 80 kilometrə yaxın olan Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli, Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolları yenidən qurulub. Doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Kolqışlaq-Mirəşelli-Əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi də bu günlərdə yekunlaşıb. Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşınmasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir.
Ölkənin yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 41 kilometr uzunluğa malik respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunda isə yenidənqurma işləri yekunlaşdırılıb. Layihəyə uyğun olaraq III texniki dərəcəli avtomobil yolunun 17-41-ci kilometrlik hissəsinin yenidən qurulması işləri ötən il ərzində başa çatdırılıb. Cari ildə isə təmir-tikinti işləri yolun 0-17-ci kilometrlik hissəsində aparılıb. Yenidənqurma işlərinin aparıldığı 17 kilometrlik hissənin təqribən 4 kilometri Tərtər şəhərinin ərazisinə düşür. Burada da təmir-tikinti və yenidənqurma işləri görülüb. Bu işlərə paralel olaraq sözügedən hissədə yeni piyada səkiləri inşa edilib. Bunun üçün yararsız beton səki daşları sökülüb, əvəzinə 4 min poqonmetrdən çox yeni səki daşı düzülüb. Ümumilikdə, layihə çərçivəsində çiyin hissələrin 80 min kvadratmetr sahədə optimal-çınqıl materialı ilə bərkidilməsi və yol birləşmələrinin 4 min kvadratmetrdən çox sahədə təmiri işləri aparılıb, 12 avtobus dayanacağı inşa edilib. Yolboyu hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Xaçmaz rayonunda isə 12 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik yolun tikintisinə başlanılıb. Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu yenidən qurulduqdan sonra 13 min nəfərə yaxın sakinin rayon mərkəzinə gediş-gəlişi asanlaşacaq. Dördüncü texniki dərəcəyə uyğun inşa edilən yolun hərəkət hissəsinin eni 6, çiyinləri ilə birlikdə isə 10 metr olacaq. Tikinti zamanı qrunt sularının axıdılması üçün lazım olan yerlərdə suötürücü qurğular yerləşdiriləcək. Hazırda yolun torpaq yatağının bərkidilməsi işləri aparılır. Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu turizm əhəmiyyətlidir. Gəndob-Yalama yolunun 24-cü kilometrliyindən başlayan yol yay mövsümündə yerli turistlərin Xəzər dənizinin Niyazoba çimərliklərinə getməsini rahatlaşdıracaq. Avtomobil yolunun tikintisinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.
Sadalanan işlərlə yanaşı, Balakən rayonunda uzunluğu 29 kilometr olan Balakən-Qazbinə-İtitala kəndlərarası avtomobil yolu yenidən qurulur. Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 18 min nəfərin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edəcək. Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğundur. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir. Yolboyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib. Hazırda yeni yol əsasının inşası işləri aparılır, yol əsası hazır olan hissələr isə asfaltlanır. Yolun böyük hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınıb. Ümumilikdə isə yolun 170 min kvadratmetrdən çox sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Layihə çərçivəsində yolboyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrli 21 ədəd suötürücü boru quraşdırılıb, həmçinin 5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metr uzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşınmasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.
Beləliklə, avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində həyata keçirilən səmərəli tədbirlər davamlı xarakter daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

