Regionlarda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlər öz nəticəsini verir
27.07.2019 [01:31]
Ötən ildə olduğu kimi 2019-cu ildə də pambıq tarlalarından bol məhsul əldə ediləcəyi gözlənilir
Dinamik inkişafa malik olan Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində çoxsaylı nailiyyətlər qazanılıb. Və bu nailiyyətlərdən, uğurlardan kənd təsərrüfatı sahəsinə də pay düşüb. Daha dəqiq desək, ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sektorun inkişafı istiqamətində də aparılan uğurlu siyasət səmərəli nəticələr verməkdədir. Bu kontekstdə o da qeyd edilməlidir ki, respublikamızda aqrar sektorda bir sıra gəlirli sahələrin, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Yeri gəlmişkən, cari ildə 100 min hektarda pambıq əkilib və bu il ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır. Kənd təsərrüfatı naziri İnam Kərimovun qeyd etdiyi kimi, ötən il xam pambığın alış qiymətinin hər ton üçün 650 manat müəyyən edilməsi pambıq istehsalını fermerlər üçün sərfəli sahəyə çevirib: “Cari ildə taxıl və pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşıda duran vacib hədəflərdəndir”.
Xatırladaq ki, ölkəmizdə indiyədək pambıqçılığın inkişafı ilə bağlı aktual məsələlərin müzakirə edildiyi bir neçə müşavirə keçirilib, müvafiq Dövlət Proqramı qəbul edilib. Eyni zamanda, pambıqçılıqla məşğul olan fermerlərə dəstək tədbirləri gücləndirilib - onlara verilən subsidiyalar, tədarük olunan məhsulun alış qiyməti artırılıb. Bundan başqa, regionlarda pambıq əkib-becərən fermerlərə dövlət tərəfindən gübrə və texnika ilə təchizat sarıdan da hər cür köməklik göstərilir.
Eyni zamanda, bu günlərdə Sabirabad rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında pambıqçılıqda 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Rayon Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon İcra Hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıqçılıqla məşğul olan 100-dən çox fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər. Müşavirədə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini deyib. Sabirabadın kənd təsərrüfatı istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu vurğulayan S.Cabbarov aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.
Kənd təsərrüfatı naziri İ.Kərimov Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafının prioritet istiqamət kimi elan edildiyini deyib. Bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Təsadüfi deyil ki, həyata keçirilən tədbirlər nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə olunur. Məhz həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, bu ilin 6 ayında isə təxminən 13 faiz artıb”.
Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən nazir pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını diqqətə çatdırıb.
Nazir çıxışında Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib. İ.Kərimov həmçinin pambıqçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Pambıqçılığın inkişafı ilə bağlı 2019-cu təsərrüfat ilində görülmüş işlər, problemlər və qarşıda duran vəzifələr”, “Meliorasiya və Su Təsərrüfatı” ASC sədrinin müavini Zakir Quliyev “Pambıq əkinlərində suvarmanın mövcud vəziyyəti”, “MKT İK” MMC-nin direktoru Rövşən Həsənov, “Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalov, “P-Agro” MMC-nin direktoru Azər Əlizadə və “Az-Agro” MMC-nin direktoru Vahid Hüseynov “Pambıqçılığın inkişafı ilə bağlı cari ildə görülmüş işlər və problemlər” mövzularında məruzə ilə çıxış ediblər.
Verilən məlumata əsasən fermerlərlə aktiv dialoq formatında keçirilən görüş 3 saatadək davam edib. Müşavirə iştirakçıları “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.
Görüşdə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika təminatı, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandıran suallar nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Beləliklə yuxarıda da vurğulandığı kimi bütövlükdə, Azərbaycanın regionlarında pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu məqamda xatırlatmaq yerinə düşər ki, bir müddət öncə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Ucarda 10 hektar sahədə yaradılan model təsərrüfatında Çin texnologiyası ilə əkilən və hazırda becərmə işlərinin aparıldığı pambıq sahəsinə baxış keçirilib. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin, nazirliyin şöbə müdiri İmran Cümşüdovun iştirakı ilə təşkil olunan tədbirdə 10 rayonun pambıqçılıqla məşğul olan fermerləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, Tərtər Regional Aqrar Elm İnnovasiya Mərkəzinin mütəxəssisləri iştirak ediblər. Fermerlər cərgələnən pambıq tarlasında yeni texnologiyanın üstünlüklərini əyani şəkildə müşahidə ediblər. Nazirliyin mütəxəssisləri Çinə məxsus innovativ texnologiya əsasında əkilən və hazırda becərmə işlərinin aparıldığı pambıq tarlası ilə əyani tanışlıq zamanı iştirakçılara respublikada pambıqçılıqla bağlı üç model təsərrüfatın yaradıldığını bildiriblər.
Belə ki, Çin texnologiyası ilə yanaşı, Beyləqanda və Tərtərdə türk və yunan model təsərrüfatları da təşkil olunub. Vurğulanıb ki, bu innovativ texnologiya fermerlərin daha az əziyyət çəkmələrinə, alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərcləmələrinə səbəb olur. Ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır. Yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə də fərqlənir. Belə ki, Çin texnologiyası əsasında cərgəarası 90 santimetr olmaqla, hər hektara 200-220 min bitki düşür. Halbuki ənənəvi üsulla aparılan tarlanın hər hektarında 100-110 min pambıq bitkisi olur.
Fermerlərə Çin texnologiyası ilə yetişdirilən sahədə polietilen örtükdən istifadənin əhəmiyyəti əyani şəkildə göstərilib. Belə ki, nümunə üçün polietilen çəkilməyən 5 metr sahədə çıxış müqayisəolunmaz dərəcədə zəif idi. Pambıqçılıqda yeni innovativ texnologiyadan istifadənin məhsuldarlığa ciddi təsir edəcəyi, hər hektardan məhsuldarlığın ən azı 50-60 sentner təşkil edəcəyi diqqətə çatdırılıb. Tarlanın hazırkı vəziyyəti də Ucar torpaqları üçün qeyri-adi görünən bu göstəricini təsdiqləyir.
Tədbir iştirakçılarına bildirilib ki, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahəsinin az olması intensiv üsulla məhsuldarlığın artırılmasını zəruri edir. Hazırda əsas məqsəd yüksək məhsuldarlığa imkan verən bu cür texnologiyaların gələcəkdə daha geniş ərazilərdə tətbiqinə nail olmaqdır. Bu, əlbəttə, fermerlərə daha az zəhmətlə yüksək gəlir əldə etməyə imkan verir.
Hazırda bölgələrdə pambıqçılıqda yüksək nəticələrin əldə olunması üçün davamlı işlər görülür. Bunu Goranboy rayonunun timsalında da demək olar. Qeyd edək ki, Goranboy rayonunda cari ildə 3102 hektarda pambıq əkilib.
Goranboyda ənənəvi sahələrdən sayılan pambıqçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün rayon pambıqçıları tərəfindən bitkinin becərilməsinə lazımi qulluq göstərilib. Bu məqsədlə, bütün pambıq sahələrinin suvarılması tam təmin edilib, tələb olunan aqrokimyəvi və digər aqrotexniki tədbirlər görülüb. Goranboy pambıqçıları bu ilin məhsul yığımı üçün bol məsul və ötən ilə nisbətən daha yüksək nəticə gözləyirlər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

