Azərbaycanın regionlarında üzüm yığımı uğurla davam edir
07.09.2019 [09:39]
Bu il bölgələrdə məhsuldarlığın ötən illərə nisbətən daha bol olacağı gözlənilir
(əvvəli ötən sayımızda)
Yerli kişmişi üzüm sortlarının dequstasiyası keçirilib
Onu da qeyd edək ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında yerli üzüm sortlarının dequstasiyası keçirilib. Dequstasiya prosesində son illər üzərində elmi-seleksiya işləri aparılan sortların dad, əmtəə görünüşü kimi keyfiyyət göstəricilərinə baxış olub, onlardan alınan şərabların xüsusiyyətləri qiymətləndirilib. Dequstasiyada məqsəd irigiləliyə görə yaxşılaşdırılma proqramına cəlb olunmuş yerli kişmişi və aztoxumlu süfrə üzüm sortlarının müsbət tərəflərinin fermer və istehsalçılara çatdırılmasıdır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, institutun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov yerli sortların genefondunun qorunması və daha da zənginləşdirilməsi istiqamətində ampeloqrafik tədqiqatların aparıldığını qeyd edib. “Azərbaycanda vaxtilə 600-ə yaxın üzüm sortu əkilib-becərilib. Onlardan təxminən 400-nü yerli üzüm sortları təşkil edir. Dünyanın ən yüksək məhsuldar və keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, ən qiymətli süfrə, texniki və kişmişi üzüm sortları məhz bizim ölkəmizdə bitir. Onlardan məhsuldarlığı, öz dadı, keyfiyyəti, rəngi, istifadə istiqaməti ilə fərqlənən Ağ və Qara şanılar, Təbrizi, Bayanşirə, Mədrəsə, Ağ Xəlili, Sarıgilə, Şirvanşahı, Həməşərə, Xindoqnı, Hüseyni, Nəqşəbi, Misqalı, Şamaxı mərəndisi, Qara və Ağ aldərələr, Ağ kişmişi, Ağ oval kişmişi, Çəhrayı kişmişi və s. çoxsaylı digər sortları göstərə bilərik. Ancaq bunların da içərisində elələri var ki, onlar dünyada da nadir sortlardır. Məsələn, yerli Şirvanşahı sortunun gilələrində tam yetişmə zamanı 27-33 q/100 sm3 şəkərlilik toplanır. Bayanşirə sortu isə dünyada ən yüksək məhsuldar sortlardan biri hesab olunur. Belə ki, formasından asılı olaraq bir tənəyin məhsulu orta hesabla 12-20 kiloqrama çatır, bu da hektardan 35-45 ton üzüm məhsulu deməkdir”, - deyə V.Səlimov bildirib.
Hazırda institut əməkdaşları tərəfindən üzüm sortlarının xarici sortlarla müqayisədə çatışmayan əlamətlərinin aşkarlanması istiqamətində, eləcə də rəqabətədavamlılığını yüksəltməyə yönəlmiş seleksiya işləri aparılır. Sortlarda müasir tələbatlarla uzlaşmayan əlamətlərin yaxşılaşdırılmasına yönəlmiş seleksiya proqramlarının həyata keçirilməsi təmin olunmaqdadır.
Şabranın üzüm bağlarında bol məhsul yetişib
Bu məqamda qeyd edək ki, hazırda bölgələrdə üzüm yığımı davam edir. Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabran rayonunda təsərrüfatçılar məhsul yığımını davam etdirirlər. Daha çox süfrə üzümü sortlarını becərməyə üstünlük verən şabranlı fermerlər bu mövsüm bol məhsul yetişdirməyə nail olublar. Builki hava şəraitinin üzüm istehsalı üçün əlverişli olması məhsuldarlığa müsbət təsirini göstərib.
Avqustun ikinci ongünlüyündən etibarən rayonda üzümün yığılmasına başlanılıb. Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə “Merlot”, “Kabarne”, “Tramil” və başqa texniki üzüm sortları əkilib. Rayonda bu sahədə müsbət təcrübə əldə etmiş nümunəvi müəssisələr var. Rayonun Gəndov, Ağbaş kəndlərində yüksək texnologiyalarla müasir tələblərə uyğun yeni üzümçülük təsərrüfatları salınıb.
Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib. Aqronom Polad Quliyev bildirir ki, avqust ayının 15-dən sonra üzüm bağlarından ilk məhsulun toplanmasına başlayacaqlar. Sahələrə son suvarma suyu verilib, aqrotexniki işlər görülür. Hər il buradakı üzümçülük təsərrüfatından 1000 tondan çox məhsul əldə olunur. Şabranlı fermerlər toplanan məhsulu Bakı şəhərindəki və respublikamızın digər bölgələrindəki satış mərkəzlərinə göndərirlər.
Üzümçülük Şabran rayonunda kənd təsərrüfatının ənənəvi inkişaf etmiş sahələrindən sayılır. Son illər üzümçülük sahəsində məhsul istehsalında artım müşahidə olunur. Rayonda ümumilikdə, 400 hektara yaxın üzüm bağı var. Bu bağlardan hər il 3 min tona yaxın məhsul əldə edilir.
Bu il Şəkinin üzüm bağlarından 4 min tondan çox məhsul yığılması planlaşdırılır
Şəki rayonunun təsərrüfatlarında da üzüm yığımı davam edir. Məhsul istehsalçıları ilk günlər bağlardan 90 tonadək üzüm yığıblar. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazarlara göndərilir. Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda rayonda 301 hektar barverən üzüm bağı var. Builki mövsümdə Şəkinin üzüm bağlarından 4 min tondan çox məhsul yığılması planlaşdırılır. Ötən il rayonda 4176 ton üzüm istehsal olunub.
Salyanın üzüm bağlarında məhsul ötən ildəkindən çox olacaq
Salyanda da kütləvi üzüm yığımı davam edir. Bu il təsərrüfat işləri üçün əlverişli keçdiyindən və bağlarda nümunəvi becərilmə işləri aparıldığından üzümlüklərdə bol məhsul yetişib. Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonda həyətyanı sahələrlə birgə 1102,5 hektar üzüm bağı mövcuddur. Bunun da 933,9 hektarı barverəndir. Ötən il bağlardan 4743,3 ton məhsul toplanıb.
Bu il də plantasiyalarda məhsul çoxdur. Bağbanlar ilk olaraq daha tez yetişən süfrə üzümünün yığımını aparıblar. Qısa müddətdə sahələrdən 80 tondan çox üzüm yığılıb. Toplanmış məhsul yerli bazarlarla yanaşı, xarici bazarlara da göndərilir. Təsərrüfat sahiblərinin dediyinə görə, bu il məhsul ötən ildəkindən 20-25 faiz çox olacaq.
Qeyd edək ki, salyanlı bağbanlar bu gəlirli sahəni daha da inkişaf etdirmək üçün yerli sortlarla yanaşı, xarici ölkələrdən də məhsuldar tinglər gətirib əkirlər. Rayonda Fransadan gətirilmiş tinglər hesabına yeni üzüm bağları da salınır. Gətirilən üzüm sortlarından “Prima”, “Dallas”, “Ora” və “Kardinal” yerli iqlim şəraitinə yaxşı uyğunlaşır və yüksək məhsul verir.
AQTA Cəlilabadın üzüm bağlarında monitorinqlərə başlayıb
Onu da qeyd edək ki, yetişdirilən məhsulların keyfiyyəti də diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Lənkəran Regional Bölməsinin əməkdaşları isə ölkəmizin cənub bölgəsində qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqləri davam etdirirlər. Cəlilabad rayonunun üzüm bağlarında aparılan monitorinqlərin məqsədi bazara çıxarılmazdan əvvəl məhsulun keyfiyyətini və kimyəvi tərkibini yoxlamaqdır.
Monitorinqlər zamanı üzüm bağlarından götürülən nümunələr müvafiq laboratoriyalara təqdim edilir. Laborator yoxlamalardan sonra qanunvericiliyə uyğun tədbirlər görüləcək. AQTA-nın keçirdiyi monitorinqlər məhsul yığımı başa çatanadək davam edəcək.
Üzümçü fermerlər üçün innovativ diferensial texnologiyalar mövzusunda seminar keçirilib
Xatırladaq ki, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində üzümçülük sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar üçün “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər” mövzusunda elmi-praktik seminar keçirilib. Seminar çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən hazırlanmış kitabın təqdimatı olub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov yeni kitabın əhəmiyyətinə toxunub. Bildirib ki, respublikamızda üzümçülüyün elmi əsaslarla inkişafını təmin etmək məqsədilə aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn yeni nəşrdə Azərbaycanın torpaq-iqlim şəraiti nəzərə alınaraq üzümlüklərin salınması üçün torpaq sahələrinin seçilməsi, əkinə hazırlıq zamanı həyata keçirilən tədbirlər, üzümün innovativ becərilmə texnologiyası, əsas xəstəlik və zərərvericiləri, onlara qarşı müasir inteqrir mübarizə üsulları, qida maddələrinin çatışmazlığından üzümdə yaranan xəstəliklər və onların aradan qaldırılması yolları, üzümün inkişaf və boyatmasına, məhsuldarlığına və məhsulun keyfiyyətinə torpaq-iqlim şəraitinin təsiri və s. amillər haqqında müfəssəl məlumatlar yer alıb. Həmçinin kitabda üzümün becərilməsi və üzüm-şərab istehsalı ilə məşğul olan müəssisələrdə effektli istehsalın təşkili üçün qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalamaq məqsədilə preventiv tədbirlər, üzümçülük-şərabçılıq müəssisələrinin məruz qaldığı müxtəlif növ risklər, təhlükələrin minimuma endirilməsi və neytrallaşdırılması üzrə üsullar öz əksini tapıb.
Fermerlərlə aparılmış müzakirədə üzümçülük sahəsində elmin son nailiyyətlərini özündə əks etdirən kitabın mühüm əhəmiyyətə malik olduğu vurğulanıb və şərabçılığa dair fikir mübadiləsi aparılıb.
Elmi-praktik seminarın sonunda “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər” kitabı istehsalçılara pulsuz paylanıb.
Daha sonra Şamaxı rayonunun Məlcək kənd sakini Qurbanəli Babaşova məxsus üzüm bağında istehsalçılar üçün tarla şəraitində “Üzüm bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilib və mövsümi aqrotexniki, aqrokimyəvi, inteqrir mübarizə tədbirlərinin aparılması barədə istehsalçılara praktiki məlumatlar verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13

