Regionlarda fermerlərə dəstək tədbirlərinin əhatə dairəsi genişlənir
29.10.2019 [09:28]
Cari mövsümdə respublikanın ayrı-ayrı bölgələri üzrə 3367 fermer səyyar gübrə satışından bəhrələnib
Cari ilin 9 ayı ərzində respublikanın bölgələrində aqrar sektorda məhsul istehsalında yüksək artım dinamikası müşahidə edilib. Bu barədə bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə məlumat verilib. Dövlət başçısı müşavirədə söylədiyi nitqində ötən doqquz ayda aqrar sektorda 7 faiz artıma nail olunmasını ciddi irəliləyiş kimi səciyyələndirib.
Müşavirədə qeyd olunduğu kimi, əvvəllər aqrar sektorda illik artım cəmi 2-3 faiz səviyyəsində olurdu. 2019-cu ilin əvvəlindən aqrar sektorda məhsul istehsalının yüksək sıçrayışla artması isə heç də təsadüfi deyil. Bu, ilk növbədə, aqrar sektorun ölkəmizin inkişaf paradiqmaları sırasında yer alması ilə bağlıdır. Respublikamız üçün həm iqtisadi, həm də sosial məna daşıyan kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu strateji kursa uyğun olaraq aqrar sektorda çalışan fermerlərə göstərilən dəstək tədbirlərinin əhatə dairəsi getdikcə genişləndirilir ki, bu da öz növbəsində onlarda əkin sahələrini artırmağa, daha böyük həcmlərdə keyfiyyətli məhsul yetişdirməyə ciddi maraq yaradır.
Məlum olduğu kimi, cari ilin sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Sentyabr ayının 10-dan indiyədək Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlax, Şabran, Masallı, Zaqatala, Qax, Oğuz, Qəbələ, Beyləqan, Füzuli, Saatlı, İmişli, Zərdab və Balakən rayonları üzrə 312 kənd daxil olmaqla səyyar gübrə satışından 3367 vətəndaş yararlanıb. Səyyar gübrə satışı respublikanın bütün regionları əhatə olunmaqla mövsümün sonuna kimi davam etdiriləcək.
Güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir. Beləliklə, ödənişlər üçün fermerin banklara müraciət etməsinə ehtiyac yaranmır.
Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzinə və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin xidmətlərin təşkil olunacağı kəndlər barəsində “Aqrolizinq” ASC-nin rəsmi sosial şəbəkələrini izləyərək məlumat almaq mümkündür.
Fermerlərə dəstək tədbirləri çərçivəsində həmçinin istehsalçılara yetişdirdikləri məhsulları satış bazarlarına çıxarmalarına kömək göstərilir. Bu baxımdan “Kənddən Şəhərə” layihəsinin önəmini xüsusi qeyd etmək lazımdır.
“Kənddən Şəhərə” Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılan və həyata keçirilən layihədir. Layihənin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarını inkişaf etdirmək, yerli qida və kənd təsərrüfatı məhsulları istehsalçılarını dəstəkləmək və paytaxt sakinlərinin təbii məhsullara olan ehtiyacını daha dolğun şəkildə ödəməkdir.
Hazırda Bakı şəhərində “Kənddən Şəhərə” adı altında iki satış məntəqəsi fəaliyyət göstərir. Səbail rayonunda olan satış məntəqəsi Nizami küçəsi 154B, Əhmədli qəsəbəsində olan satış məntəqəsi isə Məhəmməd Hadi küçəsi 23/24 ünvanında yerləşir. Bu satış mərkəzlərində tamamilə yerli istehsal olan kənd təsərrüfatı və ərzaq məhsullarının satışı həyata keçirilir. Burada satılan kənd təsərrüfatı məhsulları birbaşa yerli fermerlərdən tədarük edilir. Cari ilin 9 ayı ərzində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti “Kənddən Şəhərə” layihəsi çərçivəsində respublikanın müxtəlif regionlarından olan 324 fermerlə əməkdaşlıq edib və bu say gündən-günə artmaqdadır. Fermerlərlə edilən əməkdaşlıq çərçivəsində onların yetişdirdikləri 56 adda və 71 növdə, ümumi çəkisi 1557 ton olan kənd təsərrüfatı məhsulu “Kənddən Şəhərə” satış mərkəzlərində paytaxt sakinlərinə təqdim olunub. Həmçinin satış mərkəzlərində “Kənddən Şəhərə” adı altında qablaşdırılan qida məhsullarının satışı da həyata keçirilir. İstehlakçılar “Kənddən Şəhərə” adı altında qablaşdırılmış məhsulları eyni adlı satış mərkəzi ilə yanaşı, paytaxtda fəaliyyət göstərən market şəbəkələrdən də əldə edə bilərlər.
Qeyd edək ki, satış mərkəzləri yalnız regionlarda fəaliyyət göstərən fermerlər üçün deyil, eləcə də paytaxt sakinləri üçün də əlverişlidir. Belə ki, burada satılan məhsulların qiymətləri digər bazar və mağazalarda olan qiymətlərlə müqayisədə daha münasibdir. İnsanların təbii və yerli məhsullara daha çox üstünlük verməsi də “Kənddən Şəhərə” satış mərkəzlərinə marağın artmasına gətirib çıxarır.
Xatırladaq ki, “Kənddən Şəhərə” mağazalarından onlayn şəkildə alış-veriş etmək də mümkündür. Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, satış mərkəzlərindən əlavə olaraq mütəmadi qaydada paytaxtın müxtəlif yerlərində həftəsonu “Kənddən Şəhərə” yarmarkaları da təşkil olunur. Bu yarmarkalarda fermerlər yetişdirdikləri məhsulları alıcılara birbaşa satmaq imkanı qazanırlar.
Dövlət həmçinin müxtəlif seminar və təlimlər vasitəsilə də fermerlərə dəstək göstərir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, eləcə də Azərbaycan Aqronomlar İttifaqının təşəbbüsü ilə Salyan rayonunun Qarabağlı kəndində “İstixana təsərrüfatlarında bitki mühafizə tədbirləri və elmi təminat” mövzusunda təlim və sahə nümayişi keçirilib. Tədbirdə çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli fermerlərə sağlam toxum materiallarından istifadə və bitki mühafizə tədbirlərinin əhəmiyyəti barədə məlumat verərək deyib: “Salyanın ən böyük kəndlərindən biri olan Qarabağlı kəndində son illər istixanalar genişlənməkdədir. Lakin əhali tərəfindən sağlam toxum materiallarından istifadə və bitki mühafizə tədbirlərinin təmin edilməsi aşağı səviyyədə olduğu üçün kəndin əksər təsərrüfatlarında xəstəliklər baş verir, zərərvericilərin aktiv hərəkəti fermerlərin iqtisadi ziyanla üzləşməsinə səbəb olur”.
Mütəxəssis kənd adamlarının aqrar sahədə mövcud xidmətlərdən aktiv şəkildə bəhrələnmələrini tövsiyə edib. Nicat Nəsirli aqrar sahədə çalışanları dövlət dəstəyi ilə yenidən qurulmuş Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə fəal əməkdaşlıq etməyə çağırıb və bildirib ki, institutun alimləri fermerlərə ödənişsiz məsləhət xidməti göstərməyə, eyni zamanda, rayonlaşdırılmış tərəfəz toxumları ilə təmin etməyə hazırdırlar.
Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizə Mərkəzinin şöbə müdiri Xoşqədəm Ələsgərova isə istixanalarda xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə metodları haqqında geniş məlumat verib. “Salyan rayonunun torpaqları ağır torpaqlar qrupuna aid olduğu üçün burada həddindən artıq mineral gübrələrdən, dərman və pestisidlərdən istifadə yolverilməzdir. İlk növbədə hər bir fermer Salyanda fəaliyyət göstərən aqrokimya laboratoriyasına müraciət edərək torpaqlarını analiz etdirməli, analizin nəticəsində təyin olunmuş normalar çərçivəsində gübrələmə tədbirlərini həyata keçirməlidir. Ən vacib məsələlərdən biri istixanalarda qeydiyyat sisteminin qurulmasıdır, yəni fermerlər şitillərin əkildiyi günü, xəstəlik və zərərvericilərin hərəkətini qeydiyyata almaqla yalnız elmi baxımdan əsaslandırılmış xidmətlərdən istifadə edərək mübarizə sistemini həyata keçirməlidirlər”, - deyə Xoşqədəm Ələsgərova bildirib.
Daha sonra mütəxəssislər tərəfindən fermerlər üçün sahə nümayişi keçirilib. İstixana şəraitində keçirilmiş nümayişdə şitillərin düzgün əkini, gübrələmə, xəstəlik və ziyanvericilərlə mübarizə metodları əyani göstərilib, iştirakçılara metodiki materiallar paylanılıb.
Regionlarda kənd təsərrüfatının inkişafı, həmçinin fermerlərə dəstək tədbirləri çərçivəsində görülən işlərdən söz düşmüşkən Kənd Təsərrüfatı Nazirliyində Barama İstehsalçıları Şurasının yaradılmasına həsr olunmuş toplantı keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, ölkənin qabaqcıl kümçüləri və baramaqurdunun bəslənməsi üzrə məsləhətçilər iştirak ediblər.
İclasda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrində böyük nailiyyətlər əldə olunub. Vurğulanıb ki, 2016-cı ildən başlayaraq respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb, baramaçılığın yem bazasının bərpa olunması üçün Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi gətirilib, əvəzi ödənilmədən 38 rayonda barama istehsalı ilə məşğul olan kümçülərə paylanılıb. Tədbirdə vurğulanıb ki, mütəxəssislərin nəzarəti altında 350 hektara yaxın sahədə yeni tut bağları salınıb, tinglərinin əkilməsi və budanması qaydaları barədə fermerlərə müvafiq məsləhətlər verilib. Həyata keçirilən tədbirlər nəticəsində respublikada 2007-ci ildən bəri ilk dəfə olaraq 2016-cı ildə 70,7 ton, 2017-ci ildə 245 ton, 2018-ci ildə 514 ton, 2019-cu ildə 641 ton yaş barama məhsulu istehsal edilib.
İclasda 11 nəfərdən ibarət olmaqla Barama İstehsalçıları Şurasının üzvləri formalaşdırılıb. Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktoru İmran Cümşüdov Barama İstehsalçıları Şurasının sədri seçilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

