Respublikamızın bölgələrində tikinti-quruculuq işləri uğurla davam edir
31.10.2019 [09:22]
Bu sahədə görülən işlər regionların sosial-iqtisadi inkişafına böyük töhfələr verir
(əvvəli ötən sayımızda)
Prezident İlham Əliyev respublikada idmanın maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına və gənc nəslin hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərir. Azərbaycanda yeni olimpiya idman kompleksləri, beynəlxalq yarışların keçirildiyi böyük stadion və idman arenaları, digər idman qurğuları istifadəyə verilir. Ölkədəki olimpiya idman kompleksindən biri də Tovuzda yerləşir. AFFA-nın Tovuz Futbol Akademiyası yaradılması barədə qərarını tovuzlular, idmansevərlər böyük razılıqla qarşılayıblar.
Hazırda Tovuz Şəhər Mərkəzi Stadionunun yaxınlığındakı əlavə geniş ərazidə yeni yaradılmış Futbol Akademiyası üçün ministadionun tikintisinə başlanılıb, eyni zamanda, idman qurğularının, təlim-məşq meydançaları və otaqlarının yaradılması davam etdirilir. Kiçikyaşlı futbolçuların hər cür hava şəraitində idman məşğələləri və məşq keçməsi üçün nəzərdə tutulan açıq və örtülü ministadionun da tikintisi təsdiq edilmiş qrafikə uyğun aparılır.
Astara şəhərində də istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının, “Zirvə” Beynəlxalq İdman Klubu tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün 120 nəfərlik tamaşaçı tutumuna malik, sahəsi 714 kvadratmetr olan basketbol meydançasının, Siyaku kəndində bal emalı məntəqəsinin tikintisi yekunlaşmaq üzrədir. Hazırda rayon ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə 36 mənzilli yaşayış binasının tikintisindən ötrü hazırlıq işlərinə başlanılıb.
Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Taxtakörpü ərazisində də abadlıq-quruculuq işləri davam etdirilir. Cari ildə Taxtakörpü qəsəbəsindəki Heydər Əliyev adına meydanda və parkda əsaslı abadlıq-quruculuq işlərinə başlanılıb. Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası önündə ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünün ətrafına mərmər üzlük döşənib, ərazidə 23,5 metr hündürlükdə bayraq dirəyi quraşdırılaraq ətrafında abadlıq işləri aparılıb. Heydər Əliyev meydanında şəbəkə tipli giriş qapısı inşa edilib, ərazinin işıqlandırılması üçün işıq dirəkləri quraşdırılıb. Meydanın ərazisinə 1800 kvadratmetr tamet döşənib. Hazırda ərazidə abadlıq işləri davam etdirilir.
Taxtakörpü ərazisindəki idarə və müəssisələrin inzibati binalarının fasad hissələri təmir edilərək rənglənib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, 1900-dən çox gül-çiçək əkilib. Qayğı qəsəbəsinin daxili yollarına və küçələrə qum-çınqıl qarışığı tökülərək hamarlanıb. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə 10 min nəfərdən çox rayon sakininin müvəqqəti məskunlaşdığı Ərdəşəvi-2 obasında 10,8 kilometr, Qarakeçdi-Şəlvə layihəsi üzrə 14,5 kilometr, Ərdəşəvi, Fingə, Mişni obaları üzrə isə 30,9 kilometr uzunluğunda çınqıl örtüklü avtomobil yollarında əsaslı bərpa və təmir işləri aparılıb. Yaxın vaxtlarda Vağazin-Mal yatağı-Qarağac obaları, Qarıqışlaq, Qılışlı, Ağbulaq-1, Ağbulaq-2 və Hacılar, Sadınlar layihələri üzrə avtomobil yollarının da təmirinə başlanılması nəzərdə tutulub.
Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktura malik yeni qəsəbələrin tikintisinə başlanılıb. Ərazidə xalça istehsalı müəssisəsinin də inşa edilməsi nəzərdə tutulub.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan üç yeni qəsəbənin inşası da yekunlaşmaq üzrədir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun texniki nəzarətçisi Ramiz Həsənov bildirib ki, 645 evdən ibarət qəsəbələrin inşası üçün 132 hektar torpaq sahəsi ayrılıb. Vağazin obasında məskunlaşan məcburi köçkünlər üçün inşa edilən qəsəbə 256 evdən, Qarakeçdi obasında məskunlaşan məcburi köçkünlər üçün qəsəbə 245 evdən, Şeylanlı obasında məskunlaşan məcburi köçkünlər üçün qəsəbə isə 144 evdən ibarətdir. Mənzillərin 62-si birotaqlı, 260-ı ikiotaqlı, 260-ı üçotaqlı, 63-ü dördotaqlıdır. Qəsəbədəki evlərin hər birinin 12 sot həyətyanı sahəsi var. Hər bir ev fərdi sanitar qovşaqla təmin edilib. Mənzillərdə kombi istilik sistemi də quraşdırılacaq. Ərazidə bundan əlavə ikisi 192 yerlik, biri isə 108 yerlik olmaqla üç məktəb binası, həmçinin inzibati bina, tibb məntəqəsi də tikilib.
Artıq evlərdə və sosial obyektlərdə hörgü işləri başa çatıb. Evlərin dam örtükləri, döşəmə və tavan vurulub, pəncərələr qoyulub. Qəsəbədə infrastruktur işləri də həyata keçirilib. Hər biri 500 kubmetr olan üç ədəd içməli su anbarının inşasında son tamamlanma işləri görülür, 35/10 Kv-lıq elektrik yarımstansiyası tikilir. Xarici və daxili qaz xətləri, həmçinin elektrik yarımstansiyasından hava xətti çəkilib, işıq dirəkləri basdırılıb. Qrunt sularının kənarlaşdırılması üçün drenaj xətti inşa edilib, mənbəyini Yuxarı Qarabağ kanalından götürən içməli və təsərrüfat suyu xətti çəkilib. Qəsəbələri birləşdirən ümumi uzunluğu 8700 metr olan avtomobil yolunun 3500 metr hissəsinə asfalt örtük salınıb.
Hazırda sosial obyektlərin dam örtüyü vurulur, mənzillərdə rəngsaz və santexnik işləri aparılır, divarlar rənglənir. Nasosxana və sudurulducu qurğunun, qəsəbələrin daxilində yağış sularının axıdılması üçün 27 kilometr uzunluğunda beton arxların tikintisi davam etdirilir. Qəsəbədaxili kabelləşmə işləri aparılır, yollara asfalt örtük salınır.
Tikintidə əsasən yerli sakinlər və məcburi köçkünlər olmaqla mindən artıq işçi, 100-ə yaxın texnika çalışır. İşlərin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.
Ağdam rayonunun Əhmədağalı kəndindəki uşaq bağçası da əsaslı təmir edilir. Ötən əsrin 60-cı illərində inşa edilmiş 55 yerlik uşaq bağçası indiyədək əsaslı təmir olunmayıb. Rayonun daxili imkanları hesabına aparılan təmir işləri zamanı binanın dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələri dəyişdirilib, elektrik xətti çəkilib, yanğın əleyhinə siqnalizasiya və istilik sistemləri quraşdırılıb.
Uşaq bağçasının həyətində abadlıq işləri aparılacaq, oyun qurğuları quraşdırılacaq. Əsaslı təmir işlərinin noyabr ayında başa çatdırılması nəzərdə tutulur.
Oktyabrın 28-də isə Xaçmaz rayonunun Xudat şəhərindəki uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycan hökuməti, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində yenidən qurulan bağça 55 yerlikdir. USAID-in ölkəmizdə həyata keçirdiyi “Sosial-İqtisadi Layihələrə Dəstək Proqramı” (SEDA) çərçivəsində təmir olunan bağçada uşaqların təlim-tərbiyəsi, kiçik yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova ölkəmizdə, o cümlədən Xaçmazda həyata keçirilən quruculuq işlərindən, yeni infrastruktur layihələrindən danışıb.
USAID-in Azərbaycandakı missiya rəhbəri Cey Sinqx bildirib ki, İqtisadiyyat Nazirliyi ilə birgə reallaşdırılan bu kimi layihələrin icrası insanların öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlmiş səylərinə dəstək məqsədi daşıyır.
Çıxışlardan sonra tədbir iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
SEDA layihəsi çərçivəsində Qusar rayonunun Çiləgir kəndində qurulan yeni suvarma sistemi də oktyabrın 28-də istifadəyə verilib. Kəndin su ilə təminatı üçün beton su anbarı tikilib, 770 metr uzunluğunda polietilen boru çəkilib. Qurulan yeni sistem kənddəki 300-dək ailənin suvarma suyuna olan tələbatını ödəməyə şərait yaradıb. SEDA USAID-in maliyyə vəsaiti və Azərbaycan hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (ŞQİİ) tərəfindən Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə əməkdaşlıq əsasında həyata keçirilir. Proqram çərçivəsində 2011-ci ildən bu günə kimi 160-dan çox layihə icra olunub.
Tikinti-quruculuq işləri Ağdaş rayonunda da uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində Ağdaş rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilib, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı, Habil Əliyev adına 500 şagird yerlik yeni musiqi məktəbi inşa edilib, 39 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılıb. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X25 MVA gücündə “Ağdaş” yarımstansiyası yenidən qurulub, Biyan Sənaye Parkının biyan tədarükü və emalı, bitki ekstraktı və sirop istehsalı zavodları və digər iri istehsal və emal müəssisələri yaradılıb, 13 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Oktyabrın 29-da isə Prezident İlham Əliyev “Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ağdaş rayonunun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Həmçinin Prezident İlham Əliyev “Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ağdaş şəhərində fin tipli, istismara yararsız evlərdə və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan “Qarabəy karvansarayı”nda ötən əsrin ortalarında məskunlaşmış sakinlərin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq. Bu məqsədlə Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

