Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
14.12.2019 [08:02]
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, indiyədək təxminən 410 min fermer EKTİS-də qeydiyyatdan keçib və özünün şəxsi kabinetini yaradıb
Son illərdə Azərbaycanın regionları üçün iqtisadiyyatın ənənəvi sahəsi olan aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlib. Respublikamızın bir sıra mühüm pozisiyalar üzrə ərzaq məhsullarına olan daxili tələbatını sırf yerli istehsal hesabına ödəməyə nail olması böyük uğurdur. 2019-cu ilin 9 ayı ərzində kənd təsərrüfatında 7 faiz artım müşahidə edilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, cari təsərrüfat ilində respublikamızda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən tədbirlərin nəticəsində məhsuldarlıq əvvəlki illərlə müqayisədə daha yüksək olub və ölkədə taxıl istehsalı 40 faiz artıb. Son günlərədək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 293 min 880 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsinin məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz çoxdur.
Eyni zamanda, respublikamızdan kənd təsərrüfatı məhsullarının ixracı da artıb. İqtisadi İslahatlar və Kommunikasiya mərkəzinin hazırladığı “İxrac icmalı”na əsasən, 2019-cu ilin 10 ayı ərzində respublikamızdan 455,5 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artım deməkdir.
Aqrar sektorda belə yüksək nəticələrin əldə olunmasına müsbət təsir göstərən mühüm amillər sırasında ardıcıllıqla həyata keçirilən islahat tədbirlərinin önəmini xüsusi vurğulamaq lazımdır. Məhsuldarlığın artırılmasına hesablanan islahatlar həm institusional sferanı, idarəetmənin çevikliyinin artırılmasını, həm də fermerlərə dəstək tədbirlərinin genişləndirilməsini əhatə edir.
2020-ci ildən fermerlərə subsidiyalar yeni qaydalar əsasında veriləcək
Son illərdə ölkənin kənd təsərrüfatı sistemində aparılan islahatların bir qismi dövlətin fermerlərə göstərdiyi dəstəyin daha şəffaf mexanizmlər vasitəsilə həyata keçirilməsinə, məmur-fermer təmaslarının minimuma endirilməsinə və beləliklə də neqativ halların aradan qaldırılmasına hesablanıb. 2020-ci ildən fermerlərə subsidiyaların yeni qaydalar əsasında verilməsinin nəzərdə tutulması deyilənlərə daha bir misaldır. Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. “Yeni subsidiya mexanizmi kənd təsərrüfatının inkişafını daha da stimullaşdıracaq. Aqrar Subsidiya Şurası əkin, məhsul, toxum subsidiyaları üçün əmsal və kvotaları müəyyənləşdirən zaman ərzaq təhlükəsizliyinin təmin olunması və aqrar məhsulların ixrac potensialının yüksəldilməsi amillərinə əsaslanıb”.
Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Neftçala və Hacıqabulda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı keçirdiyi görüşlərdə deyib. Nazir müavini bildirib ki, Aqrar Subsidiya Şurası artıq əmsalları açıqlayıb: “Məsələn, fermerlər pambıq becərilməsinə görə həm əkin, həm məhsul subsidiyası alacaqlar. Pambığa görə 1,1 əmsal müəyyənləşib, bu o deməkdir ki, pambıq əkilmiş sahənin hər hektarına görə fermerə 220 manat subsidiya veriləcək. Bundan başqa, dövlət qəbul məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerə 100 manat ödəyəcək. Yəni əgər fermer bir hektar sahədən orta hesabla 30 sentner məhsul götürərsə, dövlətdən 520 manat subsidiya alacaq. Aqrar sahəyə dövlət dəstəyinin genişləndirilməsi sayəsində kənd təsərrüfatının bütün istiqamətlərində inkişaf təmin ediləcək”.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlər üçün bir sıra yeni imkanlar açıb
Bu günlərdə Biləsuvarda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüş keçirilib. Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri aparılır və əsaslı infrastruktur layihələri həyata keçirilir. Ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini deyən icra başçısı qeyd edib ki, nəticədə digər sahələr kimi aqrar sahə də öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.
Nazir İnam Kərimov əlavə edib ki, aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemini bu üç prinsipi özündə birləşdirən innovativ bir təşəbbüs adlandıran İnam Kərimov bildirib ki, məqsəd aqrar xidmətlərin fermerlərə əlçatanlığını və bu xidmətlərin göstərilməsində şəffaflığı təmin etməkdir. “Fermerlər EKTİS-dən subsidiya, toxum, gübrə almaqla yanaşı, öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklər”, - deyə İ.Kərimov bildirib.
Ümumiyyətlə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə fermerlərə təqdim olunan xidmətlərin əhatə dairəsi kifayət qədər genişdir. Subsidiyaların elektron qaydada verilməsi EKTİS-in fermerlərə yaratdığı imkanlardan yalnız biridir. Bundan başqa, fermerlər evdən çıxmadan, təsərrüfatdan ayrılmadan, mobil telefon, planşet, masaüstü kompüter vasitəsilə baytarlıq, fitosanitar xidmətlər sifariş edə biləcəklər. Fermerlərin EKTİS üzərindən aqrar kredit almaq üçün müraciət etmək imkanı da olacaq. Bundan başqa, onlar gübrə və sertifikatlı toxumu da yeni sistem üzərindən ala biləcəklər.
Fermerlər EKTİS-ə böyük maraq göstərirlər
Fermerlər onlar üçün yaradılan imkanlardan bəhrələnmək üçün EKTİS-də qeydiyyatdan keçməli, özlərinə şəxsi kabinet yaratmalıdırlar. Qeyd etmək yerinə düşər ki, fermerlər yeni sistemə böyük maraq göstərirlər. Belə yüksək marağın nəticəsidir ki, artıq ölkə üzrə fermerlərin yeni sistemdə qeydiyyat prosesi, demək olar ki, başa çatmaq üzrədir. İndiyədək təxminən 410 min fermer EKTİS-də qeydiyyatdan keçib və özünün şəxsi kabinetini yaradıb. “Noyabr ayından etibarən EKTİS-də qeydiyyatdan keçən fermerlər növbəti il üçün əkdikləri məhsulları bəyan etməyə başlayıblar. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyindən ibarət nümayəndə heyəti də rayonlarda EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüşlər keçirir. Bu günə qədər 34 rayonda belə görüşlər keçirilib. Biləsuvar rayonu bu qəbildən olan görüşlərin təşkil edildiyi 35-ci rayondur. Son günlərə olan məlumatlara görə, 190 minə yaxın fermer payızlıq əkinləri bəyan edib. Fermerlər tərəfindən 364 min hektar əkin sahəsində əkilmiş məhsul barədə məlumat sistemə daxil edilib”, - deyə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bildirib.
İ.Kərimov fermerləri aqrar subsidiyalardan yararlanmaq üçün payızlıq əkinləri bəyan etməkdə daha aktiv olmağa çağırıb. O, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarla birgə fermerlərə hərtərəfli dəstək göstəriləcəyini bəyan edib.
Xatırladaq ki, fermerlər payızlıq əkinləri bəyan etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinə, bölgələrə ezam olunmuş səyyar qruplara, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və informasiya-məsləhət xidməti ala bilərlər.
Subsidiyaların ilin əvvəlində verilməsi aqrar sektorun inkişafına müsbət təsir göstərəcək
Daha bir mühüm yenilik isə ondan ibarətdir ki, bundan sonra subsidiyalar fermerlərə ilin əvvəlindən təqdim olunacaq. Mütəxəssislər bu fikirdədirlər ki, subsidiyaların verilmə vaxtının dəyişdirilməsi son nəticədə aqrar sektorun inkişafına müsbət təsir göstərəcək. “Subsidiyaların ilin əvvəlində verilməsi aqrar sektorun inkişafını stimullaşdıracaq. İndiyədək kağız sənəd dövriyyəsi ilə əlaqədar subsidiyaların verilməsi sentyabr-oktyabr aylarına təsadüf edirdi. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqindən sonra yeni maliyyə ili başlayan kimi əkin subsidiyasının vəsaitləri payızlıq əkinləri bəyan etmiş fermerlərin “Fermer kartı”na köçürüləcək. Bununla da təsərrüfat ili öncəsi fermerin vəsaiti olacaq ki, aqrotexniki tədbirləri həyata keçirsinlər”.
Bunu Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Tovuz və Şəmkir rayonlarında Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi prosesinə həsr olunmuş görüşlərdə deyib. Görüşdə vurğulanıb ki, subsidiyaların ödənilməsi mexanizminin təkmilləşdirilməsi istiqamətində gələcəkdə digər tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

