/ / Regionlarda istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində davamlı addımlar atılır
Regionlarda istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində davamlı addımlar atılır
06.03.2020 [09:32]
Son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb
Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Eyni zamanda, son 16 ildə ölkəmizdə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən energetika sektorunda ciddi nailiyyətlər əldə edilib. İstər regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində atılan addımlar, istərsə də konkret olaraq enerji sektoruna dair reallaşdırılan layihələr nəticəsində regionlarımız fasiləsiz elektrik enerjisi ilə təmin olunur.
Yeri gəlmişkən, bu istiqamətdə 2019-cu ildə də mühüm addımlar atılıb. Bildirmək yerinə düşər ki, ötən il Azərbaycanda elektrik enerjisi sahəsində istehsal gücü 400 meqavat olan “Şimal-2” elektrik stansiyası istismara verilib. Bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində ölkəmiz təxminən 400 meqavat itirilmiş generasiya gücünü bərpa edib. Elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən tədbirləri nəzərə alsaq, demək kifayətdir ki, bu istiqamətdə çox ciddi iş aparılıb və proses 2020-ci ilin ilk aylarında da davam etdirilib. Belə ki, yanvar ayında ölkəmizdə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 195,4 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni ayı ilə müqayisədə istehsalın həcmində 6,4 faizlik artım müşahidə olunub.
Beləliklə, istər ötən il əldə edilən nəticələr, istərsə də hazırda atılan addımlar ölkəmizdə regionların fasiləsiz elektrik enerjisi ilə təminatının diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Elə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda da bu məqama toxunulub. Prezident İlham Əliyev konfransdakı çıxışında, eyni zamanda, energetika sektorunun inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq deyib: “İnfrastruktur layihələrinin icrası ilə ciddi məşğul olmuşuq, xüsusilə elektrik enerjisi sahəsində. Bu sahədə də ciddi irəliləyiş olubdur. Deyə bilərəm ki, keçən il biz əlavə 800 meqavat elektrik enerjisi ala bilmişik. Bunun 400 meqavatı yeni tikilmiş “Şimal-2” stansiyasının hesabına, 400 meqavatı isə itirilmiş güclərin bərpası nəticəsində əldə olunub. Çünki vaxtilə stansiyaların düzgün istismar olunmaması səbəbindən bu güclər itirilmişdi”.
Dövlətimizin başçısı, həmçinin yaxın iki-üç il ərzində enerji gücünün böyük dərəcədə artırılacağını vurğulayaraq bildirib ki, transformatorların quraşdırılması, yeni yarımstansiyaların fəaliyyətə başlaması, elektrik xətlərinin təzələnməsi gündəlikdə duran məsələlərdir.
Bu məqamda bildirmək yerinə düşər ki, istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 2019-cu ildə Qax Elektrik Şəbəkəsi tərəfindən də zəruri tədbirlər həyata keçirilib. Belə ki, ötən il 10 kilovoltluq elektrik verilişi xəttində 82 ədəd, 0,4 kilovoltluq xətlərdə isə 139 ədəd dayaq yenisi ilə əvəz edilib. İl ərzində 107 ədəd transformator yarımstansiyası cari, 3 yarımstansiya isə əsaslı təmir olunub. Bundan əlavə, elektrik xətlərinin mühafizə zonasının 86,2 kilometrlik hissəsi təmizlənib, 299 ədəd yeni sayğac quraşdırılıb, 3524 ədəd sayğac isə yenisi ilə əvəzlənib.
Rayonun Güllük kəndində 10 və 0,4 kilovoltluq şəbəkənin yenidən qurulması işləri davam etdirilərək, ümumilikdə 1490 metr uzunluğunda yeni SİP kabel xətti çəkilib, 22-si dəmir-beton olmaqla, 56 ədəd dayaq basdırılıb. Eyni zamanda, Əlibəyli kəndində 10 və 0,4 kilovoltluq şəbəkənin yenidən qurulması işləri çərçivəsində 41 ədəd metal dayaq basdırılıb, 5686 metr uzunluğunda SİP kabel xətti və 1100 metr uzunluğunda A-35 markalı naqil çəkilib, 111 ədəd sayğac dəyişdirilib.
Qəbələ və Şəki rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində isə elektrik təchizatı şəbəkəsinə qoşulmanın sadələşdirilməsi üzrə Texniki Şura yaradılıb. Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanına uyğun olaraq, Qəbələ və Şəki rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində Texniki Şura fəaliyyətə başlayıb. Texniki şuraların əsas fəaliyyəti bölgələrdə kiçik və orta sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması proseslərinin daha da sadələşdirilməsindən ibarətdir.
Qeyd edək ki, Azərbaycanın paytaxt və regionlarındakı 12 “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki şuraların fəaliyyəti tam şəkildə təmin olunub. Bunlar 1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt “ASAN xidmət”, Gəncə “ASAN xidmət”, Sabirabad “ASAN xidmət”, İmişli “ASAN xidmət”, Masallı “ASAN xidmət”, Quba “ASAN xidmət”, Bərdə “ASAN xidmət”, Mingəçevir “ASAN xidmət”, Qəbələ “ASAN xidmət” və Şəki “ASAN xidmət” mərkəzlərində yaradılan Texniki şuralardır. Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanına uyğun olaraq, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində mövcud Texniki şuraların tərkibində dəyişikliklər edilməsi və yeni Texniki şuraların formalaşdırılması haqqında Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun 2019-cu il 22 iyul tarixli Əmri ilə təsdiq olunub.
Əhalinin, eləcə də digər istehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün 2019-cu ildə Balakən Elektrik Şəbəkəsi tərəfindən zəruri tədbirlər davam etdirilib. Belə ki, ötən il 6/10/0,4 kilovoltluq 6 yeni transformator yarımstansiyası istismara verilib, 12 transformator əsaslı, 22 transformator cari təmir olunub. Rayonun Meşəşəmbul və Püştətala kəndlərində 2 yeni güc mərkəzi yaradılaraq əhalinin istifadəsinə verilib. Bundan əlavə, yüksək və aşağı gərginlikli elektrik veriliş xətlərində 354 ədəd dayaq yenisi ilə əvəz edilib, 5,2 kilometr məsafədə təmir işləri aparılıb, 37,7 kilometr uzunluğunda yeni naqil çəkilib.
Bu ilin ilk aylarında regionlarda görülən işlərə gəlincə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində digər elektrik stansiyalarında olduğu kimi, modul tipli “Xaçmaz” elektrik stansiyasında da “itirilmiş” gücün bərpa edilməsi istiqamətində kompleks təmir-bərpa işləri həyata keçirib. ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzindən bildirilib ki, 2018-ci ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Xaçmaz” elektrik stansiyasında mövcud 10 aqreqatdan 2-si ümumiyyətlə fəaliyyətini dayandırmışdı, qalan 8 aqreqat isə kəsirlə işləyirdi. Fəaliyyəti dayandırılan aqreqatlar da daxil olmaqla 10 aqreqatın hamısında təmir işləri aparıldıqdan və ehtiyat hissələri dəyişdirildikdən sonra, hazırda stansiya tam gücü ilə işləyir. Stansiyanın 50 faizdən çox “itirilmiş” gücü bərpa edilməklə yanaşı, etibarlılıq və dayanıqlılıq təmin edilib.
“Azərenerji” “Xaçmaz” elektrik stansiyası ilə yanaşı, ümumilikdə 12 elektrik stansiyasında “itirilmiş” gücün bərpa edilməsi istiqamətində yenidənqurma və təmir işləri aparır ki, həmin elektrik stansiyalarından 6-sı məhz modul tipli elektrik stansiyalarıdır. Bu günə qədər ümumilikdə 12 elektrik stansiyasında “itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı, etibarlılıq və dayanıqlılığın təmin edilməsi qarşıya əsas məqsəd kimi qoyulub.
Bölgələrin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində Abşeron rayonunda da işlər görülür. Belə ki, Xırdalan şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün 2 ədəd 35 kilovoltluq yarımstansiya inşa edilib və mövcud 35 kilovoltluq elektrik şəbəkəsi ilə əlaqələndirilib. Bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O bildirib ki, ölkə üzrə elektrik enerjisi şəbəkəsinin fəaliyyətini yaxşılaşdırmaq istiqamətində işlər davam etdirilir: “Xırdalan şəhərinin və ətraf qəsəbələrinin dinamik sosial-iqtisadi inkişafına uyğun olaraq kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, ərazidə yeni inşa edilən çoxsaylı sosial infrastrukturların, o cümlədən əhalinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə yeni güc mənbələrinin inşa edilməsi, istismar müddəti keçmiş transformator məntəqələrinin, komplekt transformator məntəqələrinin, elektrik verilişi xətlərinin və digər elektrik qurğularının yenisi ilə əvəz olunması istiqamətində “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən irihəcmli işlər həyata keçirilir. “Azərişıq” ASC tərəfindən yeni inşa edilən 110 kilovoltluq “Xırdalan” yarımstansiyasının ərazisində 35/10 kilovoltluq yarımstansiya inşa edilərək şəbəkəyə qoşulub. 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyasından elektrik enerjisi ilə təmin olunan 10 kilovoltluq kabel xətlərinin yeni 35 kilovoltluq yarımstansiyaya köçürülməsi işləri davam etdirilməkdədir. Bu gün Abşeron rayonunun Xırdalan qəsəbəsində Quşçuluq massivi ərazisində, Masazır, 28 May qəsəbələri, Atyalı, Qobu və Hökməli qəsəbələrində işlər yekunlaşmaq üzrədir”.
(davamı növbəti sayımızda)
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

