/ / Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı layihələr uğurla icra olunur
Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı layihələr uğurla icra olunur
11.03.2020 [08:59]
Hazırda əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət, həmçinin müxtəlif sahələr üzrə reallaşdırılan müvafiq Dövlət proqramları və layihələr ölkəmizin hərtərəfli inkişafını təmin edib. Təbii ki, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində görülən işlərin də bu inkişafda xüsusi payı var. Məlumat üçün bildirək ki, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına uyğun olaraq son illərdə ölkəmizdə yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir.
Belə layihələrdən biri də Samuxun Gürcüstan ilə sərhəddə yerləşən beş kəndini rayon mərkəzi ilə birləşdirən Yenikənd-Poylu-Qarabağlı-Salahlı-Kəsəmən yolunun tikintisidir. Samux Rayon İcra Hakimiyyətindən bildirilib ki, keçən il rayonda Yenikənd-Köbər-Qaraağaclı yolu üzərində biraşırımlı körpünün tikintisinə başlanılıb və ümumi uzunluğu 24 metr, eni 8,4 metr olan körpünün tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib. Həmçinin Samux şəhərində Şah İsmayıl Xətai, Şahlar Rüstəmov, Xəzər və Hacı Zeynalabdin Tağıyev küçələrinə yeni asfalt örtüyü salınıb və su keçidləri quraşdırılıb. Şəhərin bir sıra küçələrində cari təmir işləri aparılıb. Eyni zamanda, Molla Pənah Vaqif, 28 May və Arif Nəbiyev küçələrində su keçidləri quraşdırılıb və cari təmir işləri görülüb.
Öz növbəsində Gədəbəy rayonunda da ötən il yol infrastrukturunun qurulması ilə bağlı layihələr davam etdirilib. Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2019-cu ildə Gədəbəyin Arıqdam-Söyüdlü-Soyuqbulaq (22,2 kilometr) və Gədəbəy-Novosaratovka-Qaravəlilər (38 kilometr) - İsalı-Zamanlı (23,48 kilometr) avtomobil yollarının, o cümlədən Çalburun kəndində Qarıkənd-Miskinli-Çalburun avtomobil yolu üzərindəki körpünün tikintisi başa çatdırılıb.
2019-cu il ərzində Masallı rayonunda da yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib. Masallı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Prezident İlham Əliyevin 2019-cu il 16 aprel tarixli Sərəncamına əsasən 38 min nəfər əhalinin yaşadığı, 15 yaşayış məntəqəsini birləşdirən və 38 min əhalinin yaşadığı Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisində asfalt-beton işləri başa çatdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 47 nömrəli Yol İstismarı İdarəsi tərəfindən Ələt-Astara avtomobil yolunun 154-179-cu kilometrliyində, Masallı-Yardımlı avtomobil yolunda təmir işləri aparılıb. Yerli əhəmiyyətli Boradigah-Rüdəkənar, Həsənli-Xırmandalı, Stansiya-Masallı-Viləş, Şıxlar-Viləş avtomobil yolunda da təmir işləri aparılıb, Təzəkənd avtomobil yoluna asfalt döşənib. Bundan başqa, ötən il Masallı şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Göygöl rayonunda da yol infrastrukturu yenidən qurulur. Hazırda rayonda həm avtomobil yolları, həm də kənddaxili yollarda təmir işləri davam etdirilir. Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, keçən il Toğanalı, Əzgilli, Nadil, Zurnabad avtomobil yollarında, Çaykənd, Qarabulaq, Quşçu, Quşqara kənddaxili yollarda təmir işləri aparılıb.
Məlumatda deyilir ki, səkkiz yaşayış məntəqəsini birləşdirən, Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Göygöl ərazisindən keçən 42,3 kilometrlik hissəsinin yenidən qurulması işlərinə başlanılıb və tamamlama işləri aparılır.
Son illər eyni zamanda Sabirabadda da yol infrastrukturunun yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir, kəndarası yolların yenidən qurulması və əsaslı təmiri istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayon Memarlıq və Tikinti şöbəsindən bildiriblər ki, yola saldığımız 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına 22 min əhalinin yaşadığı, 15 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 43 kilometr olan Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun tikintisi başa çatdırılıb, Sabirabad-Muradbəyli avtomobil yolunun 3 kilometrlik hissəsinə asfalt döşənərək əsaslı təmir işləri aparılıb, əksər kəndlərdə kənddaxili və kəndarası yollar qrederlə hamarlanaraq çınqıl-qum döşənib. Şirvan-Axtacı Muğan-Sabirabad avtomobil yolunun 10-46-cı kilometr hissəsində, Cavad-Narlıq, Axısxa-Qaraqaşlı, Hacıbəbirli, Moranlı-Bala Həşimxanlı, Surra-Qarasu avtomobil yollarında cari təmir işləri aparılıb. Həmçinin Sabirabad şəhərinin 11 küçəsinə 62 min kvadratmetrdən çox asfalt-beton vurulub.
Əhalinin rahatlığının təmin edilməsi məqsədilə cari ildə də rayonun bir sıra kəndarası və kənddaxili yollarında əsaslı və cari təmir işlərinin aparılması nəzərdə tutulub.
Cari ildə Ağdam rayonunda 3 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətində yenidənqurma işlərinə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 15 kilometr olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yoludur. Yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolu uzun illər istismar olunduğundan və təmirarası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulub. Qeyd olunanlar nəzərə alınaraq yolun dağılmış hissələrinin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması məqsədilə hazırlanmış layihəyə uyğun olaraq yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 150 min kvadratmetrdir.
Tikinti norma və standartlarına uyğun olaraq hazırda yolboyu torpaq işləri aparılır, yolun mövcud dağılmış örtüyü sökülür, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülür. Layihə çərçivəsində yolboyu yol əsasın alt layının karxana çınqılı, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin də eyni materialla təmiri nəzərdə tutulur. Bundan sonra 12 santimetr hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.
Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən müxtəlif diametrlərə malik boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri də layihədə nəzərdə tutulub. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi planlaşdırılır.
Bu məqamda qeyd edək ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərin ardıcıl və keyfiyyətlə davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biridir. Bu işlər, eyni zamanda, davamlı tərəqqinin əsas amillərindən hesab olunur. Vurğulandığı kimi, son illərdə respublika əhəmiyyətli yolların müasir səviyyədə yenilənməsinə xüsusi diqqət göstərilir. Mühüm məqamlardan biri də odur ki, bu layihələr qısa müddətə və yüksək keyfiyyətlə icra olunur. Qazaxın Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun əsaslı təmiri də bunu bir daha təsdiqləyir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, yolun uzunluğu 16 kilometrdir. İki hərəkət zolaqlı yolun tikintisi dövlətimizin başçısının ötən ilin aprelində imzaladığı Sərəncama əsasən həyata keçirilib və onun inşası üçün investisiya xərclərindən 6,8 milyon manat vəsait ayrılıb. Avtomobil yolunun tikintisi 3 yaşayış məntəqəsinin və orada yaşayan 13 mindən çox əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Bildirmək yerinə düşər ki, Qazax rayonunun yaşayış məntəqələrinin 85,71 faizini əhatə edən (işğal olunmuş 7 kənd istisna olmaqla) 8 avtomobil yolu yenidən qurulub. Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda Avtomobil Yolları Dövlət Agentliyi “28 nömrəli Yol İstismarı” MMC Qazax rayonunda 16 körpü və 148 kilometr uzunluğunda yola xidmət edir. Bunun 14 kilometri respublika əhəmiyyətli yollardır.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

