Pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr regionlarda uğurla icra olunur
11.04.2020 [20:36]
Vaxtında görülmüş aqrotexniki tədbirlər bu il daha yüksək məhsuldarlığın olacağını deməyə əsas verir
Ölkəmizdə 2004-cü ildən etibarən həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı" Dövlət proqramları, həmçinin reallaşdırılan çoxsaylı layihələr aqrar sahənin inkişafını sürətləndirib, regionlarda əmək ehtiyatlarından, iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb. Ölkəmizdə ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər isə öz növbəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafında mühüm nəticələrin əldə olunmasına təkan verib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində də aqrar sahənin inkişafı ilə bağlı məsələlərə və ölkəmizin regionlarında aqrar sahədə məhsuldarlığın artırılması üçün görülən tədbirlərə toxunub: "Biz indi aqroparkların timsalında görürük ki, burada məhsuldarlıq daha yüksəkdir. Çünki yeni texnologiyalar tətbiq olunur, texnika gətirilir, dövlət tərəfindən dəstək göstərilir".
Onu da qeyd edək ki, sözügedən konfransdakı çıxışında Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafında əsas rol oynayan sahələrdən biri olan pambıqçılığın birbaşa emal sənayesini şərtləndirdiyini də vurğulayıb. Sahibkarların bu sahəyə xüsusi əhəmiyyət verməsinin vacibliyindən danışan dövlət başçısı "Pambıqçılıq birbaşa emal sənayesini şərtləndirir. Bizdə pambıqçılıqda 46 faiz artım var. İxrac keçən il 158 milyon dollar olubdur. Ancaq biz pambığın 50 faizini ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri",-deyə vurğulayıb.
Nəzərə alınmalıdır ki, Azərbaycan uzun illərdir ki, pambıqçılıq ənənəsi olan dövlətlərdən sayılır. Münbit coğrafi şərait "ağ qızıl"ın ölkəmizdə yüksək səviyyədə yetişdirilməsinə imkan yaradır və ötən illərdə olduğu kimi, bu il də sözügedən istiqamətdə davamlı addımlar atılır. Verilən məlumata əsasən artıq regionlarımızda şum-arat işləri yekunlaşdırılmaq üzrədir. Hətta bəzi rayonlarda çiyid səpininə də start verilib. Məsələn, ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədidə pambıqçılar cari ilin çiyid səpininə başlayıblar. Bu il rayonda 1754 istehsalçı, 4761,93 hektarı "MKT İstehsalat Kommersiya" MMC, 4157,63 hektarı "Azərpambıq" MMC və 1420 hektarı "P-Aqro" MMC ilə olmaqla 10 min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. İlk olaraq səpinə rayonun Pərioğlular kəndinin ərazisində başlanılıb. Növbəti günlərdə kütləvi səpin işlərinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib. Səpin işlərinin aprel ayının sonuna qədər başa çatdırılacağı planlaşdırılır. Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 99 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.
Ağsu rayonunda da çiyid səpininə hazırlıq işləri tam başa çatdırılıb. Qeyd edək ki, cari mövsümdə 500 hektarda çiyid səpini planlaşdırılıb. "P-Aqro" MMC bununla bağlı əkin üçün 33 nəfər fiziki şəxslə müqavilə bağlayıb. Artıq hər yerdə şum hazırdır. Sahələrin disklənməsi də başa çatdırılıb. Kifayət qədər liftli və liftsiz çiyid gətirilib. Habelə, amofos və fosfor gübrələri də tədarük olunub ki, bunu əkinçilər "Fermer kartı" ilə ala biləcəklər. Səpin üçün 9 ədəd texnika, o cümlədən 6 səpin aqreqatı tam hazır vəziyyətdədir. Verilən məlumata əsasən, ən çox səpin rayonun Çaparlı icra nümayəndəliyində "Aqrofreş" MMC tərəfindən aparılacaq. Belə ki, burada 300 hektarda əkin nəzərdə tutulub. Habelə Ərəbmehdibəy, Bozavand, Rəhimli ərazi dairələrində də fiziki şəxslər səpinə tam hazırdırlar. Pambıqçılar aprelin ikinci ongünlüyünün sonunadək çiyid səpinini başa çatdırmağı nəzərdə tutublar.
Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr Neftçala rayonunda da uğurla icra olunur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il 16 min 71 ton pambıq istehsal edən rayonun "ağ qızıl" istehsalçıları bu mövsüm məhsul istehsalını 18 min tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bu məqsədə nail olmaq üçün əkinçilər 5 min 987 hektar sahədə şum aparıb, sahələrə kifayət qədər üzvi gübrə verib, arata qoyublar. Həmçinin 1311 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb, səpin üçün lazım olan bütün texnika baxışdan keçirilərək hazır vəziyyətə gətirilib. Kifayət qədər "Bəyaz Altun", "Karlo Karizma", "Gəncə 100", "Gəncə 114" kimi yüksək reproduksiyalı toxum sortları tədarük olunub. Hazırda çiyid səpiləcək sahələrdə malalama işləri sona çatdırılır və səpin kampaniyasına hazırlıq görülür.
Kürdəmirin Yenikənd kəndindən olan fermer Zamiq Yunusov da pambıqçılıqla məşğuldur. Vurğulamaq lazımdır ki, pambıqçılıq kənddə ənənəvi təsərrüfat sahəsidir və 5 nəfər ailə üzvü hər il, "ağ qızıl" yetişdirib satmaqla məşğuldur. Ötən il hər hektardan 20 sentner olmaqla, 40 ton pambıq istehsal edən fermer cari ildə 20 hektarda səpin aparacaq və bunun üçün "P-Aqro" MMC-nin Kürdəmir filialı ilə müqavilə də bağlayıb. Fermer əkinə hazırlıq işlərini, demək olar ki, başa çatdırıb. Sahələrin təkrar şumlanması yekunlaşıb. Toxum, gübrə və texnika sahəsində heç bir problem olmayacaq. Müqaviləyə görə, "P-Aqro" MMC bütün işləri öz üzərinə götürüb. Gübrənin də dəyəri "Fermer kartı" ilə ödəniləcək. Artıq çiyid əkini üçün əlverişli günü gözləyən fermer Zamiq Yunusov vaxtında və keyfiyyətli aparılan səpinin gələcək yüksək məhsuldarlıq üçün mühüm şərt olduğunu söyləyib: "Bizim torpaqlar pambıqçılıq üçün əlverişli olsa da, ağır torpaqlardır. Sahələrin ikilənməsi (təkrar şumlanma) vacibdir. Yoxsa nə çiyid normal dərinliyə düşər, nə də alağın öhdəsindən gəlmək olar",- deyə o vurğulayıb. Fermer təcrübəsinə əsaslanaraq bu yerlərdə çiyid səpininin aprel ayının birinci ongünlüyündən sonra aparılmasının səmərəli olduğunu bildirib.
Respublikanın ən böyük pambıqçılıq rayonu olan Saatlıda da çiyid səpininə hazırlıq işləri görülüb. Bu il Saatlıda 13 min 648 hektar sahədə pambıq yetişdirmək nəzərdə tutulur. Ötən il ölkə üzrə ən çox "ağ qızıl" istehsal edən pambıqçılar bu il də məhsul istehsalında fərqlənmək üçün bütün lazımi tədbirləri vaxtında görüblər. Bu məqsədlə rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi 1362 məhsul istehsalçısı ilə müqavilə bağlayıb, sahələrdə qış şumu aparılaraq arata qoyulub, suvarma kanalları lildən təmizlənib. Hazırda çiyid səpiləcək sahələrdə malalama işlərinə hazırlıq görülür və bəzi ərazi nümayəndəliklərində işə başlanılıb. Qeyd edək ki, ötən il Saatlıda 13 min 741 hektar pambıq sahəsindən 41 min 813 ton məhsul yığılıb. Pambıqçılar cari ildə məhsul istehsalını 43-45 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.
Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Bərdə pambıqçıları da cari ilin çiyid səpini işinə start veriblər. Bərdəli fermerlər 2020-ci təsərrüfat ilinə daha inadla başlayıblar. Artıq 1894 istehsalçı ilə 4 min 529 hektarı "MKT İstehsalat Kommersiya" MMC, 3 min 900 hektarı "Azərpambıq" MMC və 1700 hektarı "P-Aqro" MMC ilə olmaqla, 10 min 129 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələrin 9 min 914 hektarı qış aylarında şumlanıb, arata qoyulub, şumun malalanması işləri həyata keçirilib. Aprelin əvvəlindən çiyid səpininə başlanılıb. Qeyd edək ki, 2019-cu ildə rayonda 10 min 140 hektar sahədə pambıq becərilib, 34 min 190 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33,7 sentner olub. 2015-ci ilə nisbətən 2019-cu ildə pambıq əkini sahəsi 9 dəfə, pambıq istehsalı 12 dəfə artıb.
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda da fermer və torpaq mülkiyyətçiləri tərəfindən çiyid səpininə start verilib. Bundan başqa, artıq 1687 istehsalçı ilə 4466,32 hektarı "MKT İstehsalat Kommersiya" MMC, 2940 hektarı "Azərpambıq" MMC və 850 hektarı "P-Aqro" MMC ilə olmaqla, 8256,32 hektarda pambıq əkini üçün müqavilə bağlanılıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub, şumun malalanması işləri yekunlaşdırılıb. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə, yaxın zamanda başlanacaq. Qeyd edək ki, 2019-cu ildə Beyləqan rayonunda 9706,1 hektar sahədə pambıq əkilib, 29,4 min ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,3 sentner olub. Ötən il pambıq istehsalı 2018-ci illə müqayisədə 7523 ton çox olub.
Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları sırasında birinci yerdə dayanan Tərtər pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər. İndiyədək 974 istehsalçı ilə 1632 hektarı "MKT İstehsalat Kommersiya" MMC, 1000 hektarı "Azərpambıq" MMC olmaqla, 2632 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub. Hazırda şumun malalanması işləri yekunlaşdırılıb. Qeyd edək ki, Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 924 ton məhsul tədarük ediblər. Hər hektar üzrə orta məhsuldarlıq 34,8 sentner olub. 2018-ci ilə nisbətən rayonda pambığın əkin sahəsi 3,9 faiz, pambıq istehsalı 45,6 faiz, hər hektardan orta məhsuldarlıq 40,3 faiz artıb.
Beləliklə, pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr regionlarda uğurla icra olunur.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18

