Azərbaycanın regionlarında abadlıq vətikinti-quruculuq işləri davam etdirilir
05.05.2020 [11:43]
Bölgələrdə yeni məktəblər və bağçalar tikilir, yaxud əsaslı təmir olunur, iaşə obyektləri istifadəyə verilir
Yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, həyata keçirilən uğurlu strateji kurs ölkəmizin qüdrətinin daha da artmasına xidmət edir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.
Təbii ki, Azərbaycanın inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik siyasət dayanır. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi siyasət respublikamızın hərtərəfli inkişafını təmin edib. Şübhəsiz ki, ölkəmizdə xüsusilə son 16 ildə bütün sahələrdə əldə edilən uğurlarda 2004-cü ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının xüsusi payı var. Çünki indiyə qədər üçünün icrasının tamamlandığı, dördüncüsünün icrasının isə davam etdiyi bu Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən genişmiqyaslı layihələr ölkəmizin bütün regionlarının sürətli inkişafı və yüksəlişini təmin edib.
Yeri gəlmişkən, bu məsələyə Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də geniş toxunulub. Dövlət başçısı müşavirədəki çıxışında bildirib ki, ölkəmizdə əsas infrastruktur layihələri icra edilib. Prezident İlham Əliyev qeyd edib ki, növbəti illərdə də bu layihələrin icrasına ehtiyac var: "Bizdə əhali artır, ona görə yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar, yol infrastrukturu, kommunikasiyalar - bütün bunlar daim diqqət tələb edir. Ona görə birinci vəzifə budur".
Bundan başqa, ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxış edən dövlət başçısı qeyd edib ki, bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək.
Müvafiq proqramlar çərçivəsində regionlarda genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri də davam etdirilir. Ümumiyyətlə, respublikamızın bölgələrində aparılan abadlıq və quruculuq işlərindən danışılan zaman məktəb və məktəbəqədər təhsil müəssisələrinin tikintisinə dair görülən işlərə toxunmaq məqsədəmüvafiqdir. Ölkəmizdə təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən yeni çoxsaylı təhsil müəssisələri tikilib istifadəyə verilir. Məlumat üçün bildirək ki, son 16 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Eyni zamanda, 2019-cu ildə ölkə üzrə 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilib.
Göyçay rayonunda da abadlıq və quruculuq işləri uğurla davam etdirilməkdədir. Vurğulayaq ki, rayon ərazisində bir sıra obyektlərin, o cümlədən məktəb və bağçaların inşası davam edir. Hazırda Göyçay şəhərində yeni inşa olunan 3 və 4 saylı uşaq bağçalarının tikintisi davam etdirilməkdədir. Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan məktəbəqədər tədris müəssisinin tikintisinə 2019-cu ilin sonlarında başlanılıb. Şəhərin Atatürk və Nizami küçələrində inşa olunan uşaq bağçalarının müasir standartlara uyğun olaraq tikilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğuların quraşdırılması, bağçaların yeni inventar və texniki vasitələrlə təmin olunması da planlaşdırılır.
Neftçala rayonunda da son dövrlərdə tikinti-quruculuq işləri geniş vüsət almaqdadır. Belə ki, istər rayon mərkəzində, istərsə də kəndlərdə yeni iaşə obyektləri, məktəb və bağçalar tikilir və ya yenidən qurulur. Belə məktəblərdən biri də rayonun Xıllı qəsəbəsi ərazisindədir. Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunan məktəbdə yenidənqurma işləri uğurla davam etdirilir. Qeyd edək ki, əsaslı təmir işləri aparılan 864 şagird tutumu olan 1 saylı Xıllı qəsəbə tam orta məktəbinin yenilənməsi Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində həyata keçirilir.⠀⠀
Salyan rayonunda da abadlıq-quruculuq işləri ardıcıl xarakter daşıyır. Qeyd etmək lazımdır ki, son dövrlərdə rayonun bəzi kəndlərində Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra mühüm işlər görülməkdədir. Belə ki, rayonda hər biri 60 uşaq yerlik şəhər 3 və 9 saylı uşaq bağçalarının tikintisi uğurla davam edir. Bundan başqa, rayonun Aşagı Kürkənd kəndində 360 şagird yerlik tam orta məktəbinin də tikintisi yekunlaşmaq üzrədir. Eləcə də Arbatan kənd tam orta məktəbinin təmiri də davam etdirilməkdədir.
Son zamanlar Lənkəran rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb, çoxmənzilli yaşayış binalarında təmir-bərpa və bərkitmə işləri aparılır, dam örtükləri dəyişdirilir. Hazırda Lənkəran şəhərində daha 5 çoxmərtəbəli yaşayış binasında təmir-bərpa və bərkitmə işlərinə başlanılıb. Çoxmərtəbəli yaşayış binalarının yaraşıqlı görkəmi həm binada yaşayanlar, həm də rayon sakinləri tərəfindən razılıqla qarşılanır.
Qeyd edilməlidir ki, abadlıq-quruculuq işləri ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığına əsasən Ordubad şəhərindəki qədim Cümə məscidində bərpa işlərinə başlanılıb. Bərpa işləri zamanı abidənin memarlıq quruluşu saxlanılacaq, burada dindarlar üçün lazımi şərait yaradılacaq. Sahəsi 890 kvadratmetr olacaq məsciddə axund otağı, qadın və kişi ibadət zalları və digər otaqlar yerləşəcək. Bundan başqa, məscidin həyətində dəstəmaz yeri yaradılacaq, geniş abadlıq işləri aparılacaq, müasir istilik, işıqlandırma və suvarma sistemləri qurulacaq. Məscidin bərpası zamanı əsasən milli memarlıq elementlərindən istifadə ediləcək. Vurğulayaq ki, Cümə məscidi orta əsrlərə aid bir abidədir. Qədim Cümə məscidinin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşıyır. Tikili şəhərin ən hündür yerində ucaldılıb. Qeyd edək ki, son illər ərzində muxtar respublikanın Babək rayonunun Nehrəm, Culfa rayonunun Əbrəqunus, Ordubad rayonunun Yuxarı Əylis, Şərur rayonunun Aralıq kəndlərində olan ibadət ocaqları, eləcə də ötən il Dırnıs kəndində "Allahşükür məscidi" istifadəyə verilib. 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunan Naxçıvan şəhərində hazırda İslam mədəniyyətinin incilərindən olan yeni məscid kompleksinin inşası davam etdirilir.
Bunlarla yanaşı, muxtar respublikada yeni parklar, istirahət məkanları salınır, mövcud olanlar isə müasir səviyyədə yenidən qurulur. Bu işlərin davamı olaraq Naxçıvan şəhərinin Naxçıvançay sahilində 20,6 hektar ərazini əhatə edən "Sahil parkı" yaradılıb. "Sahil parkı" ötən ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılıb. Park müasir layihə əsasında abadlaşdırılıb. Burada çoxillik ağaclar əkilib, yaşıllıqlar salınıb. Müasir dairəvi işıqlandırma sistemi qurulan parkda velosiped yolları çəkilib, açıq idman və tennis meydançası yaradılıb. Parkın mərkəzində kafe tikilib, dekorativ oturacaqlar quraşdırılıb, şəlalə və avtoparklar da yaradılıb. Parkın yaxınlığında Naxçıvan memarlıq üslubunda tikilən müasir istirahət və əyləncə mərkəzinin inşası da davam etdirilir. Müasir üslubda tikilən istirahət və əyləncə mərkəzi zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olacaq. Binada kafelər, istirahət otaqları, əyləncə obyektləri, idman zalı, üzgüçülük hovuzu və aquaparkın da yaradılması nəzərdə tutulub. Mərkəzdə müasir şadlıq evi də inşa edilir. Qeyd edək ki, Mərkəzin yerləşdiyi ərazi abadlaşdırılır, müasir işıqlandırma sistemi qurulur.
Naxçıvan Muxtar Respublikasının ən gənc rayonu olan Kəngərli rayonunda da bütün yaşayış məntəqələri abadlaşdırılır, sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılır. Rayonda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan layihələr rayonun simasını tamamilə dəyişib. Bunun nəticəsində Kəngərli rayonunun, demək olar ki, bütün kəndləri abadlaşdırılıb, rayonda ümumilikdə 5 min 382 şagird yerlik 12 məktəb, 224 yerlik uşaq bağçası tikilib, Mədəniyyət Sarayı, 2 muzey, Şahmat məktəbi, 11 tibb müəssisəsi, 2 uşaq musiqi məktəbi, 10 kənd və 10 xidmət mərkəzi istifadəyə verilib. Hazırda rayonun Rabitə İdarəsinin tikintisi davam etdirilir. Qeyd edək ki, rayon mərkəzi Qıvraq qəsəbəsində də geniş quruculuq işləri aparılıb, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib. Ötən il yaradılmasının 15 illiyini qeyd edən rayonda 7 mərtəbəli, 48 mənzilli yeni yaşayış binası istifadəyə verilib. Qıvraq qəsəbəsindəki həmin yaşayış binasında hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş bir nəfərə üçotaqlı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxsə isə ikiotaqlı mənzil təqdim olunub.
Beləliklə, Azərbaycanın regionlarında sosial infrastruktur layihələri uğurla reallaşdırılır, eyni zamanda, tikinti, quruculuq-abadlıq işləri davamlı xarakter daşıyır. Bu isə sakinlərin rahatlığını təmin edir, həyat şəraitinin yaxşılaşmasını şərtləndirir, həmçinin bölgələrin simasının daha da yaxşılaşmasına xidmət göstərir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

