Gəncə terroru Sevil, Hüseyn, Nilay kimi neçə-neçə uşağın gələcəyini məhv etdi
13.10.2022 [10:39]
MÜŞFİQƏ
11 oktyabr 2020-ci il, gecə saat 02:00... Ermənistan ordusu Gəncədə dinc sakinləri növbəti dəfə raket atəşinə tutdu. O gecə düşmənin ballistik raket zərbəsi şəhərdə təkcə dağıntılar törətmədi. Düşmənin ölüm saçan gülləsi isti yatağında yatan ailələrin ümidlərini də puç etdi. 4-ü qadın olmaqla, 9 nəfər şəhid oldu, 35 nəfər yaralandı. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat etdi.
“Dağıntıların altından atamı axtarıram, tapa bilmirəm”
Müharibənin nə demək olduğunu bilməyən körpələrin gələcəyini, valideynlərin isə arzularını əlindən aldı. O gecədən geriyə yarım həyatlar qaldı. Bir gecədə həm anasını, həm atasını, həm də evlərini itirən Sevil və Hüseynin acı xatirəsinə çevrildi, yaddaşlarına qanla yazıldı.
Eləcə də Ələsgərovlar ailəsi bir gecədə 3 can verdi. 62 yaşlı ata, 55 yaşlı ana və 30 yaşlı oğlun gələcəyi, arzuları ən əsası həyatları əlindən alındı. Faciə bir ailəni, hətta bir soyadı beləcə tarixdən sildi.
Sonuncu dəfə ana və atasının qayğısı ilə şirin yuxuya getmişdi, ayılanda isə nə baş verdiyini körpə ağlı kəsmirdi. Yanında nə anası vardı, nə də atası. 2 yaşlı Nilay haradan bilsin ki, atılan raket zərbəsi onu bu dünyada kimsəsiz qoymuşdu. Atası Adil Əliyev və nənəsi Afaq Əliyeva həmin gecə dünyasını dəyişdi. Anası Günay isə dağıntılar altından çıxarılandan bir gün sonra xəstəxanada həyata gözlərini yumdu. Dünya mətbuatının əsas manşetinə çevrildi Nilay. Təəssüf ki, beynəlxalq təşkilatlar yenə susdu və olub-bitəni, sadəcə seyr etdi. Tarix göstərdi ki, əliyalın insanlara qarşı törədilmiş terrorun qisası yerdə qalmadı. İgid Azərbaycan əsgəri bütün günahsız insanların qisasını döyüş meydanında aldı. Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuzun rəşadəti sayəsində ölkəmiz 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarına qovuşdu. Tarixi Zəfərə imza atdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.
Gəncə terrorundan 2 il ötdü
İstintaq tərəfindən Gəncə şəhəri üzrə 113 dağılmış və ya qəzalı, 522 təmir və ya bərpa olunmalı evə, 73 nəqliyyat vasitəsinə, eləcə də 1 fermer təsərrüfatına baxış keçirilib, ümumilikdə 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Əmlakına zərər dəymiş şəxslərə Azərbaycan Prezidentinin 14.12.2020-ci il tarixli Sərəncamı əsasında Ermənistan silahlı qüvvələrinin cinayətləri nəticəsində mülki şəxslərə dəymiş ziyanla bağlı ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4 959 000 manat kompensasiya ödənilib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasının ikinci ildönümü ilə bağlı paylaşım edib. Hikmət Hacıyev bu barədə tvitterdə yazıb ki, həmin hadisə müharibə cinayətidir: “2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın hərbi rəhbərliyi mülki əhali arasında maksimum itki vermək məqsədi ilə Gəncə, Bərdə, Tərtər, Azərbaycanın digər şəhərlərini qəsdən və ayrı-seçkilik etmədən ballistik raket zərbələri ilə bombalamağı əmr etdi”.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğalı dövründə çoxsaylı müharibə cinayətləri törədilib. İki il əvvəl Gəncədə törədilən terror hadisəsindən danışan Leyla Abdullayeva raket hücumlarının məqsədli şəkildə törədildiyini diqqətə çatdırıb.
O deyib ki, raket hücumları daha çox insana ziyan vurmaq məqsədilə bilərəkdən məhz gecə vaxtlarında həyata keçirilib: “Bu, birmənalı şəkildə müharibə cinayətidir, Ermənistanın özünün də üzvü olduğu Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Konvensiyanın maddələrinə əsasən, Gəncəyə edilən məqsədli raket hücumları Azərbaycan xalqına nifrət zəminində törədildiyi üçün beynəlxalq təşkilatlar bu məsələyə ədalətli münasibət bildirməli və Ermənistana təzyiq etməlidirlər. Gəncə terrorunu törədənlər ədalət qarşısında cavab verməlidirlər”.
Azərbaycan Respublikasının Baş Prokurorluğu isə iki il öncə Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

