Qadın və kişi bərabərdirmi?
25.02.2023 [12:00]
Yanlış təbliğat, yanlış nəticə...
“Gender bərabərliyi inkişaf məqsədi olmaqla bərabər, həm də yoxsulluğun azaldılması üçün mühüm şərtdir”.
Kofi Annan, BMT-nin sabiq Baş Katibi Günümüzdə gender bərabərliyi mövzusu olduqca aktualdır. Cəmiyyətin diqqət mərkəzində olan bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir. Ölkəmizdə hər kəs cinsi, irqi, dini və milliyyətindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Lakin gender bərabərliyi cəmiyyətimizdə daha çox qadınlara qahmar çıxmaq, onlara xüsusi diqqət göstərmək kimi xarakterizə edilir. Əslində, bu, tam yanlış yanaşmadır...
Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət
Dünya praktikasına nəzər salsaq, Yeni Zelandiya 1893-cü ildə qadınlara seçki hüququ verən ilk dövlət olub. Avropada qadınlara seçki hüququnu verən ölkələr sırasında ilk yerləri isə müvafiq olaraq Norveç, Finlandiya və İslandiya tutur.
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Azərbaycan qadınları İslam dünyasında səsvermə hüququnu alan ilk qadın cəmiyyəti olaraq bu baxımdan avropalı və amerikalı həmcinslərini geridə qoyub.
Müasir Azərbaycan qadını
Azərbaycan qadınları qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyi bacarıblar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Qadınlarımızın siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur. Ölkəmiz 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. Sözügedən konvensiyada sadəcə cinsi əlamətinə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulub.
Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə və s. orqanlarda təmsil olunur, məsul vəzifələr daşıyırlar.
Gender bərabərliyi kişilərə də aiddir
“Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanunu mövcuddur. Ancaq ölkəmizdə qadınların kişilərlə bərabər hüquqa malik olduğu qanuni olaraq sənəddə əks olunsa da, adətən fikir ayrılıqları yaranır. Nədənsə, gender bərabərliyi dedikdə bu anlayışın yalnız qadınlara aid olduğu kimi yanlış təbliğatlar aparılır. Ancaq gender (cins) bərabərliyi, həmçinin kişilərin də hüquqlarının qorunması, kişilərlə qadınların bərabər olduqlarını özündə ehtiva edir. Təəssüf ki, bəzən müəyyən təbliğatlar fonunda “gender bərabərliyi” şüarı ilə feminist hərəkatlarına da rast gəlinir.
Bəzi hallarda isə qadınların müdafiəsi artdıqca kişilərin hüquqları pozulur. Qəribədir ki, ailədə qadınlar kimi kişilər də kifayət qədər fəallıq nümayiş etdirirlər. Amma bəzi hallarda qadınların kişiləri “istismarı” halları ilə də qarşılaşırıq. Məsələn, gününü gözəllik dsalonlarında, butiklərdə keçirməyi, qarderobunu bahalı brendlərlə doldurmağı sevən qadınlar heç bir yerdə işləmədikləri halda kişidən maddi tələbatını ödəməyini israr edir. Bax budur, istismar. Kişi bu tələbin qarşılığını ödəmə qabiliyyətində olmadığını anlasa da, çox vaxt ailənin dağılmaması üçün normadan çox işləməyə məcbur olur. Təbii ki, bu misal hər bir qadına aid edilmədiyi kimi, bütün kişilərə də şamil olunmur.
Kişi hüquqlarına dair beynəlxalq konvensiyalar
Qadın hüquqları ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlərin sayı-hesabı yoxdur. Bərabərlikdən danışırıqsa, əks-cinsin nümayəndələrini nəzərə almamaq mümkün deyil. Kişi hüquqları ilə bağlı hansısa beynəlxalq konvensiya, yaxud qurum varmı? Araşdırmamıza əsasən, dünyada kişi hüquqları ilə bağlı yeganə dövlət qurumu ABŞ-ın Nyu-Çersi ştatındakı kişilərin işlərinə dair komitədir. Kişilərin hüquqlarına bəzi hallarda regional müstəvidə baxılsa da, bir dəfə də olsun beynəlxalq müstəvidə baxılmayıb. Tədqiqatlar göstərir ki, kişi hüquqlarının ən çox pozulduğu cəmiyyət sovet cəmiyyəti olub və hazırda həmin sahədə estafet ABŞ-a keçib.
Feminist ruhda böyüyən və tərbiyə alan insanlar qadın hüquqlarının “müdafiəsi” zamanı nə qədər kişinin hüququnu pozduqlarını unudurlar. Ölkəmizdə qadınlara diqqət, onların sosial-iqtisadi baxımdan kişilərlə bərabər olması təmin edilir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

