2026-cı ilədək...
29.09.2023 [11:09]
İşğaldan azad edilən ərazilərə 34 min 500 ailənin köçürülməsi nəzərdə tutulur
2020-ci il Vətən müharibəsi işğal altındakı torpaqlarımızın azadlığını təmin etdi və artıq 3 ildir ki, doğma yurdlarımız öz doğma, əzəli və əbədi sakinlərini qarşılayır. Vətəndaşlarımız 30 il əvvəl gözü yaşlı və məcburən qovulduqları dədə-baba torpaqlarına bu gün sevinc hissi ilə qayıdır. Qarabağda, sözün əsl mənasında həyat yenidən canlanır. Görülən işlərin, həyata keçirilən infrastruktur layihələrinin genişliyi isə göz oxşayır. Təbii ki, 30 illik ayrılıqdan sonra azad olunmuş yurdlarımızın yenidən əvvəlki çağlarına qayıtması üçün zaman tələb olunur. Prezident İlham Əliyev hər zaman bildirib ki, biz Qarabağın keçmiş şöhrətini özünə qaytaracağıq. Qarabağ bölgəsində həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası, sürəti və keyfiyyəti hər kəsi heyrətə gətirir. Yaradılan yeni sağlamlıq mərkəzləri, təhsil ocaqları, sosial təminat müəssisələri insanların rahat yaşaması üçün geniş imkanlar açır. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, xəstəxana tikintisi sürətlə davam edir.
Hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpası və “Böyük Qayıdış”ın təmin edilməsi dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib. Qalib Azərbaycan işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Artıq bir sıra kənd və şəhərlərin əhalisi doğma torpaqlarına köçürülüblər.
Hədəflər müasir çağırışlara uyğundur
Millət vəkili Ceyhun Məmmədov işğaldan azad edilmiş ərazilərdə qısa vaxtda həyata keçirilən böyük abadlıq və quruculuq işləri barədə “Yeni Azərbaycan”a danışıb. Deputat qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələdə qədəm qoyub: “Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması üçün mühüm işlər görülüb. O cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində lazım olan addımlar atılıb.
Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında imzaladığı Sərəncam bunun bariz nümunəsidir. Dövlət Proqramın əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir çağırışlara uyğundur. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən infrastruktur tamamilə dağıdılıb. Hazırda onun yenidən qurulması istiqamətində işlər gedir. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub”.
İqtisadi aktivliyin təmin olunması
Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsi, əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyinin təmin olunması istiqamətində mühüm işlər görülür: “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət Proqramının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaq. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. İlkin nəticələr Dövlət Proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edir”.
2026-cı ilədək...
C.Məmmədov qeyd edib ki, “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən tədbirlərin sayəsində 2026-cı ilədək işğaldan azad edilən ərazilərə 34 ??? 500 ailənin köçürülməsi nəzərdə tutulur: “2025-ci ilə qədər Ağdam-Xankəndi qaz kəməri çəkilib istifadəyə veriləcək. Bu günə qədər azad edilmiş ərazilərin bərpası üçün 9 milyard 700 milyon manat vəsait xərclənib.
Görülən işlər, həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, Qarabağda və Şərqi Zəngəzurda quruculuq-bərpa işlərinin gündən-günə sürətlənməsi sayəsində insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20

