Gənclər yüksək dövlət qayğısı ilə əhatə olunub
23.02.2024 [10:33]
Gənclər Fondunun Naxçıvan filialı yaradıldı
Gənclər siyasəti müstəqil Azərbaycanın dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Gəncliyin inkişafına böyük əhəmiyyət verən dövlətimiz onlara geniş imkanların yaradılmasına, milli şüurun, yüksək vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirir. Görülən effektiv tədbirlərin, göstərilən yüksək səviyyəli diqqət və qayğının nəticəsidir ki, hazırda idarəetmə strukturlarında, o cümlədən, qanunverici orqanda, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artıb. Habelə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə
gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması xüsusilə diqqəti cəlb edir.
Qeyd edildiyi kimi gənc nəslin inkişafı müvafiq qanunverici aktlarla da təmin edilir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi gənclərin ictimai fəaliyyətinin, yaradıcılığının və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsinin bariz göstəriciləridir.
Bu kimi, uğurlu və gələcək perspektivə hesablanan addımların nəticəsidir ki özünün inkişaf dövrünü yaşayan Azərbaycan gəncliyi cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edir, milli dəyərlərə və maraqlara müvafiq səmərəli fəaliyyət göstərir. Bütün bunlar, eyni zamanda, gənclər təşkilatlarının fəaliyyətinə xüsusi stimul və töhfələr verməkdədir.
Bu baxımdan Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənclərin intellektual potensialından istifadə olunması, onların elmi-intellektual və digər sahələrdə fəallığının artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Ölkəmizdə yüzlərlə gənc, gənclər təşkilatları müxtəlif ideya və təkliflərlə Fonda müraciət edirlər. Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Gənclər Fondu dövlət başçısı tərəfindən təsdiq olunan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində və daha sonra gənclərin layiqli və intellektual vətəndaş kimi yetişməsi üçün bir sıra maraqlı layihələrin həyata keçirilməsinə dəstək verir.
Yeri gəlmişkən, gənclərin fəaliyyətinə dair göstərilən dəstəyin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının qərarı ilə fondun Naxçıvan filialı yaradılıb.
Məsələ barədə öz fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov deyib ki, Azərbaycanın dinamik inkişafı, ictimai həyatın bütün sahələrində əldə etdiyi nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir: “Uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Dövlət başçısı tərəfindən ötən illər ərzində gənclərin hərtərəfli inkişafı ilə əlaqədar bir sıra Dövlət proqramları imzalanıb ki, həmin sənədlərdə də gənclərin cəmiyyət həyatında fəallığının təmin edilməsi yönündə bütün məsələlər əksini tapıb”.
A.Qasımov bildirib ki, gənclərlə iş sahəsində atılan daha bir addım Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının yaradılmasıdır. “Bu, Naxçıvanda yaşayan gənclər üçün böyük imkandır, gəncləri yüksək perspektivlər gözləyir. Əminəm ki, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının yaradılması muxtar respublikada gənclər sektorunun inkişafına yeni təkan verəcək. Filial gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin sağlamlığını qorumaq, təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, könüllülük hərəkatının daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Gənclər siyasətindəki yeni çağırış və hədəflər də nəzərə alınaraq qeyd etmək olar ki, bundan sonra dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin daha fəal iştirakı təmin olunacaq, beynəlxalq tədbirlərdə iştirakına yol açılacaq, gəncləri əhatə edən qeyri-hökumət təşkilatlarının sayı artacaq, onlar ölkədə gedən bütün proseslərin mərkəzində olmaqla böyük inkişaf yoluna qədəm qoyacaqlar. Gənclər Fondunun filialı ilk dəfə Naxçıvanda yaradılıb və inanıram ki, böyük perspektiv mənbəyinə çevriləcək və gələcəkdə yarana biləcək filiallar üçün baza, nümunə rolunu yerinə yetirəcək”, - deyə o fikirlərini yekunlaşdırıb.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

