Ət yeməyənlərin Günü...
01.11.2024 [06:48]
Qidalanma təbii tələbatlarımızdan biridir. Çoxluq təşkil etməsə də, bəzi insanlar heyvanlardan əldə edilmiş bütün qida məhsullarından imtina edirlər. Vegeterianlıq qədim zamanlardan Roma, Hindistan və Yunanıstanda ciddi riayət olunan bir qidalanma sistemidir.
İlk dəfə Vegeterian sözü 1842-ci ildən istifadə edilməyə başlanıb. Araşdırmalara görə, günümüzdə Hindistandakı vegeterianların sayı bütün dünyadakı vegeterianların sayından daha çoxdur. Veqan həyat tərzini seçənlərin sayı artdıqca mağazalarda veqanlara özəl hazırlanmış qida məhsullarının çeşidi, veqan yeməklərinə diqqət göstərən otel və restoranların sayı da artır.
1994-cü il noyabrın 1-də İngiltərədə keçirilən Veqan Cəmiyyətinin 50-ci ildönümündə vegetarian heyvan hüquqları müdafiəçisi Louise Wallis bu tarixi Beynəlxalq Veqan Günü olaraq elan edib. Veqan Cəmiyyətinin prezidenti kimi onun məqsədi təkcə Veqan Assosiasiyasının davamlı mövcudluğunu vurğulamaq deyil, həm də “veqan” sözünün ingilis dilinə keçməsinə diqqət çəkmək idi.
Əslində, veqanizm ideyasının ən az 2000 il əvvəl və vegetarianizm ideyasının (ət yeməmək) ondan 500 il əvvəl mövcud olduğu təxmin edilir. 1806-cı ilə qədər isə veqan həyat tərzi artıq formalaşmağa başladı. Əvvəllər veqanlar süd məhsullarından imtina etdi, daha sonra bu sıraya yumurtalar da daxil edildi. 1951-ci ilə qədər veqanlar artıq bütün heyvan mənşəli məhsullardan imtina etdi. Veqanların birləşərək İngiltərə Veqan Cəmiyyətini yaratması 100 ildən uzun çəkdi.
Veqan Cəmiyyəti 1944-ci il noyabrın 1-də Donald Uotson tərəfindən yaradılıb. O, ingilis mənşəli “vegetarian” sözünün ilk 3 və son 2 hərfini götürərək “veqan” sözünü yaradıb. Onun bu cəmiyyəti məhz 1 noyabr tarixində yaratmasına səbəb 31 oktyabr keçirilən “Halloween” bayramı ilə 2 noyabrda qeyd olunan Meksika Ölülər Günü arasına düşməsi idi.
Vegetarianlığın sərt forması olan insanlar...
-tərkibində heyvan mənşəli komponentləri istisna edən yalnız bitki mənşəli məhsullarla qidalanırlar;
-həm ətdən, həm də süd, bal, pendir, yumurta və heyvanlardan alınmış hər cür qida növündən imtina edirlər;
-dəri, xəz, yun və ipək paltar əsla geyinmirlər;
-heyvanlar üzərində sınaqdan keçirilmiş məhsullardan istifadə etmirlər və s.
Veqanlar heyvanlara əziyyət edilməsinin, öldürülməsinin və onlara qəddar rəftar edilməsinin qarşısını almağa çalışırlar. Onlar bu gün dünyanın müxtəlif ölkələrində Beynəlxalq Veqan Gününü xüsusi şəkildə qeyd edərək veqan həyat tərzinin yayılmasına, bu haqda insanların məlumatlılığının artmasına önəm verirlər. Onlar heyvanlara əziyyətin qarşısının alınmasında son dərəcə haqlıdırlar. Bəs bütün heyvan mənşəli qidalardan imtina etmək insan sağlamlığına necə təsir edər? Bir çox tədqiqatçılar bu həyat tərzinin sağlamlıq üçün bəzi təhlükələr yaratdığını qeyd edirlər. “Heyvanlara əziyyət olunmasın, amma insanlar da bu həyat tərzini seçməklə özlərinə əziyyət etməsin”-deyə düşünürlər.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

