TEKNOFEST 2025-də Azərbaycan rüzgarı
24.09.2025 [18:16]
Azərbaycan iştirakçı və qalib komanda sayında birinci oldu
17–21 sentyabrda İstanbulda “TEKNOFEST-2025 İstanbul” Aerokosmik və Texnologiya Festivalı keçirilib.
Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya Festivalı olan TEKNOFEST, texnologiya və elmin ən həyəcanlı yeniliklərini bir daha nümayiş etdirib. Qeyd edək ki, bu il 13-cü dəfə təşkil olunan festivala 1 milyon 32 min ziyarətçi qatılıb.
Milli Texnologiya Hərəkatı ilə keçirilən festival çərçivəsində 5 gün müddətində texnologiya müsabiqələri, hava şouları, konsertlər, sərgilər, emalatxana dərsləri və digər innovativ tədbirlər ziyarətçilərə unudulmaz anlar yaşadıb.
Dünyanın 96 ölkəsindən 565 min 776 komandanın müraciət etdiyi festivalda Azərbaycan, iştirak edənlərin və finalçıların sayı ilə birinci yerdə olub.
T3 Fondu və TEKNOFEST Azərbaycan nümayəndəsi Ahmet Köse bildirib ki, bu il TEKNOFEST-ə Azərbaycanın marağı rekord səviyyəyə çatıb. Onun verdiyi məlumata görə Azərbaycan tərəfindən 3250 komanda TEKNOFEST 2025-ə müraciət edib. Müraciət edən komandalar arasından isə 43 komanda finala yüksəlib. Finala çıxan 6 komanda mükafat qazanaraq böyük uğura imza atıb.
Ahmet Köse bildirib ki, ümumilikdə 500000 çox komandanın müraciət etdiyi və 2000-dən artıq finalçının yarışdığı bu möhtəşəm festivalda Azərbaycanın iştirak edənlərin sayı və qalibiyyət nəticəsi olaraq bütün ölkələr arasında birinci yerə yüksəlməsi qürurvericidir.
“Azərbaycanlı gənclərin bu uğurları bizə qürur verir. Ölkəmizdə elm və texnologiyaya olan maraq ildən-ilə artır. TEKNOFEST iki qardaş ölkənin gənclərini ortaq bir məqsəddə birləşdirir”.
O həmçinin qeyd edib ki, Milli Texnologiya Hərəkatının yalnız Türkiyədə deyil, qardaş coğrafiya ölkələrində də inkişafı sevindirici və təqdirə layiqdir.
Ahmet Köse bildirib ki, TEKNOFEST 2025 İstanbulda bu il ilk dəfə təqdim edilən təcrübə sahələri, sərgilər və yeni yarışmalarla diqqət mərkəzinə çevrilib: “Ziyarətçilər Salvo, Marlin və Albatros İDA-ları, Abdulhamit Sualtı Gəmisini yaxından görmək imkanı əldə etdi. KÜME Fondu, Fetih 1453 Rəqəmsal Təcrübə, Polad Günbəz Hava Hücumundan Müdafiə Sistemi və TEİ BREMZE təcrübəsi festivalın əsas yenilikləri oldu. Kənd təsərrüfatında genetik araşdırmalar, laboratoriyalarda embrion yaratma və köçürmə prosesi də maraqla qarşılandı. Onu da deyim ki, bu il festivala Onkologiyada 3T, Süni İntellekt Film Yarışması, TEKNOFEST Peşə Bacarıqları Yarışması, N’Sosial Super App Creathon Yarışması, TEKNOFEST, 5G Mövqeləndirmə Yarışması, Təhlükəsiz Peyk Rabitəsi Yarışması, Fəaliyyət-əsaslı Türk Dilində Böyük Dil Modeli Yarışması, Pilotsuz Quru Nəqliyyat Vasitəsi Yarışması, TEKNOFEST Memarlıq və Vizual Dizayn Yarışması, Beynəlxalq Uşaq Elm Yarışması, Su Altı Raket və daha bir çox yeni yarışma əlavə olundu. TEKNOFEST 2025 proqramına əlavə edilən bu yeni yarışmalar gənclərin müxtəlif sahələrdə yaradıcılığını və istehsal gücünü nümayiş etdirməsinə çox böyük imkan yaratdı”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

