Naxçıvan 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub
15.10.2009 [09:35]
Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında yekun sənəd qəbul edilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, konfransın yekun sənədində İslam ölkələrində gedən mədəni proseslərin müsbət tendensiyaları haqqında geniş mənzərə təsvir olunub: “Yekun bəyannamədə Azərbaycanın işğal altında olan torpaqlarındakı tarixi-mədəni abidələrin işğalçılar tərəfindən dağıdılmasının və irsimizin məhv olunması istiqamətində atılan addımların pislənməsi, bütün konfrans iştirakçıları tərəfindən birmənalı şəkildə Ermənistandan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsiz Şurasında qəbul olunmuş dörd qətnamənin icra olunmasının tələb edilməsi ondan xəbər verir ki, İslam ölkələri Azərbaycanın mövqeyinə dəstək verir və gələcəkdə də verəcək”.
Nazir qeyd edib ki, ümumiyyətlə İslam mədəniyyətinin dünyada daha geniş təbliğ olunmasına, bəşəriyyət tərəfindən daha yaxından tanınmasına və onun təbliğ olunmasına yönələcək addımlar atılmalıdır: “Bu addımlar sırasında İslam ölkələri arasında turizm və mədəni turizmin inkişafı sahəsində xüsusi proqramların həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda müasir texnologiyaların tətbiqi və bunun vasitəsi ilə İslam ölkələrinin potensialı, mədəniyyət haqqında geniş informasiyanın yayılması planlaşdırılır”.
Əbülfəs Qarayev vurğulayıb ki, konfransın yekun sənədi kimi qəbul olunan sənədlərin sırasında Azərbaycan üçün xüsusi önəm daşıyan məsələ 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan olunmasıdır: “Biz bu gündən etibarən bu istiqamətdə böyük tədbirlərin keçirilməsi üçün hazırlığa başlamağı nəzərdə tuturuq. Mən bütün naxçıvanlıları təbrik edir və bu işdə onlara böyük uğurlar diləyirəm. Hesab edirəm ki, Azərbaycanın mirvarisi olan Naxçıvanda İslam Mədəniyyətinin Paytaxtı çərçivəsində keçiriləcək tədbirlərlə biz bir daha ölkəmizin zəngin mədəniyyətini və tariximizi bütün dünyaya nümayiş etdirməyə müvəffəq olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

