Cəmi 39 il yaşamışdı...
16.03.2024 [11:40]
Azərbaycan cazının memarı...
Vaqif Mustafazadənin doğum günüdür
Yeganə BAYRAMOVA
O, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradaraq yeni caz fikrinin təsisçisi sayılır. Təsadüfi deyil ki, onu Azərbaycan Muğam Caz Hərəkatının memarı da adlandırırlar. Azərbaycanın caz sənətindən söz düşəndə ilk növbədə Vaqif Mustafazadə yada düşür. Musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı.
Bu gün Əməkdar incəsənət xadiminin anadan olmasından 84 il ötür. Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakıda, İçərişəhərdə dünyaya göz açıb. O, lap erkən yaşlarından musiqiyə bağlanmışdı. Bunun səbəbini özü belə etiraf edirdi: “Anam, dəniz və İçərişəhər...”.
Atası Əziz hərbçi olsa da, musiqiyə son dərəcə bağlı bir insan idi, gözəl tar çalırdı. Dahi Üzeyir Hacıbəyli məktəbinin yetirməsi olan anası Zivər xanım isə gözəl pianoçu olmaqla yanaşı, muğamı bütün incəliyi ilə bilirdi. Kiçik Vaqifin musiqiyə sonsuz həvəsini hər kəsdən öncə ilk Zivər xanım duymuşdu.
Bu haqda Zivər xanım xatirələrində yazırdı: “Hələ Vaqifin beş yaşı olanda bir dəfə ona Səməd Vurğunun “Vaqif” poemasından bir parça oxudum. Üstündən bir qədər keçməmiş balaca Vaqif həmin parçanı olduğu kimi əzbərdən dedi. O zaman hiss etdim ki, Vaqif böyüyəndə qeyri-adi bir insan olacaq. Sonralar onun piano arxasında saatlarla çalışması mənim ümidlərimi doğrultdu”.
Vaqif Mustafazadə ilk musiqi təhsilini anası Zivər xanımdan aldıqdan sonra 1957-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib. Daha sonra Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edirdi. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edirdi. 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olub.
Vaqif Mustafazadə yaradıcılıq yolunu ilk dəfə Tiflisdən salır və 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında “Qafqaz” triosunu yaradır. Son dərəcə çətin, məsuliyyətli bir dövrdə fəaliyət göstərən bu qrupdan ayrıldıqdan sonra Vaqif Mustafazadə “Opera” ansamblına dəvət alır. Məhz bu ansablda gələcək həyat yoldaşı Elza Banzeladze ilə tanış olur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərindən birinə hazırlaşır. Ancaq bədxahlar onun bu istəyini gerçəkləşməyə qoymur. Nəticədə V.Mustafazadə bu konserti reallaşdırmaq üçün Daşkəndə yola düşür. Lakin burada da uğursuzluqla üzləşir. Vaqif Mustafazadə Daşkənd konsertində səhnəyə son dərəcə əsəbi, incimiş, haqsızlıqlardan boğaza yığılmış vəziyyətdə çıxır.
Piano arxasına keçir və ifa etməyə başlayır. Getdikcə şiddətlənən ağrılarına baxmayaraq... Ancaq Mustafazadəyə konsertin son akkordlarını vurmaq nəsib olmur. Dünyanın heyrətlə izlədiyi və bəstələrinə vurğunluqla qulaq asdığı Vaqif Mustafazadə heç kimin gözləmədiyi anda hamını tərk edir. Daşkənd qastrolu onun üçün sonuncu oldu. 1979-cu il dekabrın 16-da çıxışı zamanı royal arxasında infarkt keçirdi. Onu xəstəxanaya çatdırsalar da, xilas etmək mümkün olmadı.
Vaqif Mustafazadə əsl sənətkar ömrü yaşamışdı, çətin və maneələrlə dolu. O, həqiqətən də caz dünyasının ən sadiq və bənzərsiz simalarından idi. Sənətkar 1979-cu il, dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub. Vaqif Mustafazadəyə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilir. 1982-ci ildə isə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48

