Azərbaycanda hər zaman azad, şəffaf və demokratik seçkilər keçirilib
22.12.2012 [00:16]
Siyavuş Novruzov: Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri hüquqi və demokratik dövlətin yaradılması idi ki, bu da reallaşdı
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun AzNews.az-a müsahibəsi:
- Dekabrın 18-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar yerli müxalifət partiyalarının rəhbərləri ilə görüşüb. Bu kimi görüşləri hakim partiya necə qarşılayır?
- ABŞ səfiri Azərbaycanda akkreditə olunub. Əlbəttə ki, səfirin ölkəmizdə istənilən görüş keçirməsindən Azərbaycanın Xarici İşlər Nazirliyinin xəbəri olmalıdır. ABŞ səfiri bu cür görüşləri təkcə müxalifətlə deyil, eyni zamanda YAP-la da keçirir.
- Görüş zamanı ABŞ səfirinin Azərbaycanda seçkiöncəsi vəziyyətlə bağlı söylədiklərini necə dəyərləndirirsiz?
- Azərbaycanda hər zaman azad, şəffaf və demokratik seçkilər keçirilib. Bu, Azərbaycan dövlətinin öz prinsipidir. Bununla bağlı hər hansı ölkənin məsələ qaldırmasına ehtiyac yoxdur. Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri hüquqi və demokratik dövlətin yaradılması idi ki, bu da reallaşdı. Bunun da əsası azad və demokratik seçkilərdən keçir. 1993-cü ildən bəri azad və demokratik seçkilər keçirilir.
- Yol qəzası törədən müsavatçı gənc fəal Nigar Yaqubluya dekabrın 19-da hökm oxundu və 2 il 6 ay həbs cəzası verildi. Azərbaycan müxalifəti hesab edir ki, Nigar Yaqubluya həbs qərarı verildiyi halda, rüşvət qalmaqalında adı hallanan sabiq deputat Gülər Əhmədova hələ də azadlıqdadır. Bu məsələyə münasibətiniz necədir?
- Bunlar tamamilə ayrı-ayrı məsələlərdir. İstənilən törədilmiş cinayətdə həbs qətimkan tədbirləri seçilə və ya seçilməyə bilər. Bu, artıq hakimin qəbul etdiyi qərardan asılıdr. Cinayət Məcəlləsində də göstərilir ki, əgər törədilmiş cinayətin ictimai təhlükəsi, cinayət törətmiş şəxsin istintaqdan yayınma halları, istintaqa vaxtı-vaxtında gəlməməsi və yaxud da iştirakdan imtina etməsi halları varsa, hakimin tam hüquqi ixtiyarı var ki, həbs qətimkan tədbiri barədə qərar versin. Nigar Yaqublu ilə Gülər Əhmədova ayrı-ayrı məsələlərdir. Onların biri dələduzluqla bağlı, digəri isə bilərəkdən və yaxud da bilməyərəkdən törətdiyi və ölümlə nəticələnən cinayət halıdır. Hüquqşünaslar çox yaxşı bilirlər ki, bu məsələlərin nəticələri və motivi tamam fərqlidir. Onları eyniləşdirmək olmaz. Gülər Əhmədova məsələsi ilə bağlı da hüquq-mühafizə orqanları araşdırmalar aparır. Araşdırmalar yekunlaşdıqdan sonra müvafiq qərar qəbul olunacaq.
- Azərbaycan müxalifəti Elşad Abdullayevin yaydığı videoların həqiqət olduğunu deyir, siz isə onun hələ sübut olunmadığını bildirirsiz...
- Ortada konkret olaraq faktlar mövcud deyil, yeganə fakt 3 nəfərin bir arada söhbətləşməsi və bunun bilərəkdən video lentə çəkilməsidir. Onların bilərəkdən video lentə çəkilməsinin özü bir cinayətdir. Həmin videonun əvvəlcədən yazıldığını bildiyinə görə, həmin videoda istənilən adamın adı çəkilə bilərdi. Bu videoda heç bir sübut yoxdur, sübut ondan ibarətdir ki, Elşad Abdullayev rüşvət verməklə bu və ya digər orqana seçilmək istəyib. Onun hərəkətləri ikiqat cinayətdir. Elşad Abdullayev həm rüşvət verib, həm də dövlət şəxslərini rüşvət verməklə ələ alıb. E.Abdullayev öz cinayətlərini yaydığı videoları ilə özü ifşa edib. Digərləri barədə isə hazırda istintaq araşdırmaları davam etdirilir. Əgər həmin videolar sübut olunarsa, o zaman müvafiq qərarlar qəbul olunacaq.
Bu məsələnin müxalifət tərəfindən tez-tez gündəmə gətirilməsi və baş verənləri YAP-ın adına yazmaq düzgün deyil. Məgər müxalifət partiyalarında bu cür hadisələr olmayıb? Müxalifət partiyalarında o qədər bu cür hallar baş verib. Ermənidən pul alıb Əli Kərimliyə verdiyini göstərən və kasetlərə çəkilən konkret faktlar var. O zaman bəs Əli Kərimli niyə istefa vermədi?
Yaxud da “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun öz yaxın qohumu ilə əxlaq normalarına sığmayan videosu yayıldı. Cəmiyyət buna dözə bilmirdi. Amma “Azadlıq” qəzeti buna görə xalqdan üzr istəmədi, əksinə Azər Əhmədova mənəvi haqq qazandırmağa çalışdı. Bu cür hallar müxalifətdə kifayət qədərdir. Odur ki, həmin videoda Elşad Abdullayev 1000 adamın adını çəkə bilərdi. E.Abdullayev Əli Kərimlinin, İsa Qəmbərin də adını çəkə bilərdi ki, seçkilərdə onlara bu qədər pul verib. O zaman adları çəkilən hər bir şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır? Əgər E.Abdullayevin videosu sübut olunarsa, o zaman günahkarlar qanunla cəzalandırılacaqlar.
- Elşad Abdullayevin köməkçisi Elnur Məcid bəyan edib ki, yaxın vaxtlarda Elşad Abdullayev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə əlaqəli video yayımlayacaq. Eyni zamanda E.Abdullayev Ramiz Mehdiyevin istefasını tələb edib...
- Kimlərinsə Ramiz Mehdiyevin istefasını tələb etməsi tamamilə yersiz, mənasız və məsuliyətsiz hərəkətlərdir. Elşad Abdullayevin əlində Ramiz Mehdiyevlə bağlı heç bir video yoxdur. Onun əlində olan videolar Sevinc Babayeva, Gülər Əhmədova və bir-iki adama aid ola bilər. Hesab edirəm ki, bunların hamısı şantajdır. Onun məqsədi odur ki, Azərbaycan hakimiyyəti daxilində narazılıq yaratsın və ara vursun. Bütün bunlar gələn il keçiriləcək prezident seçkilərinə hesablanıb və bəzi qüvvələrin sifarişilə həyata keçirilir. Təbii ki, gec-tez Elşad Abdullayev hüquq-mühafizə orqanları qarşısında cavab verəcək.
- Hazırda YAP-ın Ramiz Mehdiyevə dəstəyi necədir?
- İndi Ramiz Mehdiyevin buna ehtiyacı da yoxdur. Çünki bu, ona aid olmayan məsələdir. Elşad Abdullayevin yaydığı videoların heç biri bu məsələni sübut etmir. Bəzi mətbu orqanlarda deyilir ki, YAP Ramiz Mehdiyevi müdafiə etmir və s. Bütün bunların hamısı boş söhbətlərdir və “qarğa məndə qoz var” söhbətinə bənzəyir. Əgər ortada hər hansı sübut və fakt yoxdursa, o zaman YAP nəyə görə müdafiə etməlidir?
YAP hər bir üzvünün müdafiəsinə hazırdır. Hərdən sual verirlər ki, bəs Gülər Əhmədovanı niyə müdafiə etmirsiz? Bilirsiz, YAP qanunun aliliyinə hörmət edir. Hər bir şəxs tutduğu vəzifədən və hansı partiyanın üzvü olmasından asılı olmayaraq qanun qarşısında bərabərdir. Hər hansı məsələyə müsavatçı, cəhbəçi və ya YAP-çı olmasına görə baxılmamalıdır, hər bir şəxs öz əməli qarşısında məsuliyyət daşıyır. YAP üçün qanun alidir. Partiyamız öz üzvlərinin müdafiəsinə o zaman qalxır ki, ona qarşı ədalətsiz qərar qəbul olunsun. İndi bir daha bəyan edirəm ki, Ramiz Mehdiyevin müdafiəyə ehtiyacı yoxdur. Çünki Ramiz Mehdiyev keçmişdə olduğu kimi, indi də dövlətə və Prezidentə sədaqətlə xidmət edir. Onun haqqında Elşad Abdullayevin və bəzi qəzetlərin nə deməsindən asılı olmayaraq, bu məsələnin ona heç bir aidiyyatı yoxdur.
- Video qalmaqalında adı hallanan digər şəxs Sevinc Babayevanın YAP üzvlüyündəki aqibəti necə oldu?
- Sevinc Babayeva YAP-ın üzvü deyil. Nə vaxtsa olubsa belə, artıq partiyadan kənarlaşdırılıb. Hazırda YAP-ın 600 minə yaxın üzvü var və ola bilər ki, S.Babayeva da nə vaxtsa partiyamızın hansısa təşkilatının adi üzvü olub. Amma S.Babayeva YAP-da əhəmiyyət kəsb edən insan olmayıb.
- Sabiq həmkarınız olan Gülər Əhmədova ilə münasibətiniz necədir? Hazırda onun harda olmasından xəbəriniz var?
- Onun harada olmasından məlumatım yoxdur, yalnız ona deyə bilərəm, Allah şəfa versin, o da bir insandır. Onun barəsində hüquq-mühafizə orqanları araşdırmalar aparırlar, araşdırma bitdikdən sonra müvafiq qərar veriləcək.
- Bu yaxınlarda Söyün Sadıqov partiya yaradacağını bəyan edib...
- Bir müddət öncə Söyün Sadıqov da Azərbaycan hakimiyyətinə qarşı kampaniyaya başlamışdı, amma sonda istəyinə nail ola bilmədi və prezidenti olduğu “AzərRos” təşkilatından da qovuldu. S.Sadıqovun əməlli-başlı adı da yoxdur, onun üzünə baxan kimi bilirsən ki, bu, bazar adamıdır, bunun siyasətdən anlayışı yoxdur. S.Sadıqov özünü azərbaycanlı adlandırsa da, mən onun azərbaycanlı olduğuna şübhə edirəm. Onun hərəkətlərini Azərbaycan ziyalıları və Rusiyadakı tanınmış azərbaycanlılar da pislədilər. S.Sadıqovun hər hansı təşkilatı idarə etməyə nə savadı, nə hüququ çatır. Ona havadarlıq edənlər də sonda dərk etdilər ki, planlarını həyata keçirmək üçün S.Sadıqovun səviyyəsi və savadı çatmır. Hətta bir ara S.Sadıqovu Azərbaycanda etnik münaqişələrin yaradılması məsələsinə də yönəltdilər, amma bu da baş tutmadı. Çünki Azərbaycanda yaşayan bütün xalqlar bir-birinə yaxın qohum və dostdurlar. Onların arasında nifaq salmaq heç zaman mümkün deyil. S.Sadıqov Azərbaycanda heç nə edə bilmədi, indi isə Gürcüstanda separatçılıq əməllərinə başlayıb. Hər şey göz qabağındadır və Söyün Sadıqov kimi dələduzların ömrü cəmi 40 gün olur.
- Rüstəm İbrahimbəyovun Azərbaycan hakimiyyətinə qarşı söylədiyi sərt fikirlərə münasibətiniz necədir?
- Rusiyadakı bəzi qüvvələr Rüstəm İbrahimbəyovu da Azərbaycana qarşı çıxışlar etməyə vadar etdi. Bunların düşüncəsi ancaq puldur, R.İbrahimbəyov dəfələrlə gah nala, gah mıxa vuran bəyanatlar verib. Yaratdıqları Ziyalılar Forumunun Azərbaycan xalqına hər hansı faydası yoxdur, onlara ziyalı demək düzgün deyil. Azərbaycan xalqı ağı qaradan seçir. 1990-cı ildə Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi törədilən zaman Rüstəm İbrahimbəyov ortalıqda yox idi, gizlənirdi. Amma o zaman təqaüddə olan Ulu öndər Heydər Əliyev və ailə üzvləri təhdid və təhlükələrə baxmayaraq Azərbaycan xalqına başsağlığı və bəyanatlar verdi. Ondan sonrakı çətin dövrlərdə də R.İbrahimbəyov qaçıb gizlənmişdi. Bilirsiz, ziyalı da əsgər kimi olmalıdır. Yəni, qaçan ziyalı ilə qaçan əsgərin fərqi yoxdur, hər ikisi fərari hesab olunur. Azərbaycanın Milli Azadlıq Hərəkatı yaradılan zamanda R.İbrahimbəyov və digər ziyalılar qabağa düşmədi. Sabir Rüstəmxanlı və Xəlil Rza Ulutürkü çıxmaq şərtilə digər ziyalılar xalqın önündə getmədilər və buna görə də Azərbaycan dövləti “naşı” adamların əlinə düşdü. Amma indi R.İbrahimbəyov kimi şəxslər hazıra nazir olmaq istəyirlər. Amma, əslində dövləti çətin yollardan çıxaran, Azərbaycan dövlətini parçalanmadan qoruyan şəxs Ulu öndər Heydər Əliyev olub. İndi isə Prezident İlham Əliyev bu dövlətin sabitliyini çox uğurla davam etdirir. Rüstəm İbrahimbəyov, Rafiq Əliyev və digər bu kimi şəxslərin yadına ziyalı olmaq indi düşür.
Rüstəm İbrahimbəyov indi də köhnə dostu olan Rəsul Quliyevi axtarır ki, onun Rusiya ilə əlaqələrini bərpa etsin. Çünki Rəsul Quliyev spiker olan vaxtlarda Rüstəm İbrahimbəyova puldan-paradan verirdi. Bu cür şəxslərə Azərbaycan xalqı ziyalı deyə bilərmi? Rüstəm İbrahimbəyov Azərbaycan xalqını təmsil edə bilərmi? Bu cür adamların hamısı növbəti prezident seçkiləri ərəfəsində birdən-birə ortaya çıxıb namizədliklərini irəli sürmək istəyirlər. Biz onların namizədliklərinə etiraz etmirik, kimlər istəsə, gəlib özlərini seçkidə sınaya bilərlər.
Mənim İbrahim adlı bir dostum bu adamlar haqqında şeir yazıb, mən həmin şeirin bir bəndini söyləmək istəyirəm:
Xaricdən aldıqca puldan-paradan,
Üzür çoxlarını nazlar, qəmzələr,
Görüb Çənlibeli, görüb Qıratı,
Həvəsə düşüblər keçəl həmzələr.
Bu şeirin çox dərin mənası var, Azərbaycanda olan keçəl həmzələr seçki prosesində daxildən və xaricdən nəsə almaq istəyirlər. Bu adamlar istəyirlər ki, Azərbaycan dövlətinin bütün var-dövləti xalqa deyil, ancaq bunlara xidmət etsin. Rüstəm İbrahimbəyov vaxtı ilə bir neçə varlı şəxslərdən pul alıb turizm obyekti tikdirmək adı ilə öz yaxın qohumları arasında bölüb. Həmin varlı adamlar isə aldandıqlarını bilib R.İbrahimbəyova pul verməyiblər. R.İbrahimbəyov kinematoqraflar üçün bina tikintisi adı ilə özünə otel və digər turizm obyektləri tikdirmək istəyirdi. Harda görünüb ki, kinematoqraf otel tikdirir?
Əgər R.İbrahimbəyova kinematoqraflar üçün bina lazım idisə, onu da vaxtilə dövlət ona vermişdi. Vaxtilə R.İbrahimbəyova kinoteatr verilmişdi, amma onu satdı və özünə qazanc əldə etdi.
R.İbrahimbəyov vaxtilə Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə görüşməsindən də sui-istifadə edir. Amma onlar dərk etməlidirlər ki, Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin kimliyindən və hansı mövqe tutmasından asılı olmayaraq, yaradıcı insanlarla tez-tez görüşüb, onların problemlərinin həllinə diqqət və qayğı göstərib. R.İbrahimbəyov kimilər özlərini Azərbaycanın ərköyün övladları hesab edirlər və dövlətdən nəsə umurlar. Amma bunlar Vətən üçün heç nə etməyiblər, əksinə, dövlət bunlar üçün edir. Bunlar ancaq Vətənin adına ləkə gətirməklə məşğul olurlar. Hesab edirəm ki, onların arxasında dayanan qüvvələr mövcuddur. Bunlara pulu kim verirsə, musiqini də özü sifariş edir.
- Hazırda Rüstəm İbrahimbəyovun yaxın qohumları hakimiyyət rəsmiləri arasında təmsil olunur...
- Təbii ki, var və heç kəs heç kəsə cavabdehlik daşımır. İndi qardaş qardaşın hərəkətlərinə cavabdeh deyil, ailədə 5 övlad olursa, onların hər biri ayrı-ayrı xasiyyətdə olurlar. Hesab edirəm ki, R.İbrahimbəyov gec-tez haqq yoluna gələcək. Tövbə qapıları həmişə açıqdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

