Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / YAP gənclərin inkişafına xidmət edən layihələrə ciddi dəstək verir

YAP gənclərin inkişafına xidmət edən layihələrə ciddi dəstək verir

10.07.2013 [13:16]

Milli Məclisin deputatı Sevinc Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Sevinc xanım, Yeni Azərbaycan Partiyası (YAP) gəncliyin inkişafına xüsusi diqqət yetirir və gənclərlə bağlı layihələri fəal şəkildə dəstəkləyir. Belə layihələrin biri də YAP Gənclər Birliyinin “Yay məktəbi”dir. Bu günlərdə siz Masallı rayonunda təşkil olunmuş “Yay məktəbi”ndə iştirak etdiniz. Sizcə, bu layihənin əhəmiyyəti nədən ibarətdir?
- Ölkəmizin alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. YAP-ın bir çox sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfindən həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir, köməkliklər göstərilir.
Cəmiyyət üzvləri də Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirmiş, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdirmişlər. Bütün bunlardan əlavə, ölkə gəncliyi, onlara olan diqqət və qayğı da, YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. Məhz YAP Gənclər Birliyi tərəfindən artıq bir neçə ildir ki, böyük uğurla davam etdirilən və bütün ölkəmizin bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi artıq ənənəyə çevrilib.
Hər il təşkil olunan layihə gənclər tərəfindən böyük maraqla qarşılanır. 2007-ci ildən həyata keçirilən “Yay məktəbi”nin bu ilki iştirakçılarının sayı ümumilikdə 600 nəfərə qədər olmalıdır. Layihənin məqsədi isə gənclərin həm asudə vaxtlarını yaxşı keçirmələri, bir-birilə təmas, münasibət qurmaları, eləcə də, onlar üçün intellektual və əyləncəli yarışların, idman oyunlarının təşkilidir. “Yay məktəbi”ndə YAP-ı təmsil edən deputatlar, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olurlar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlarından suallara cavab verirlər. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilib. Eyni zamanda, gənclərlə iş baxımından da, bu layihənin əhəmiyyəti xüsusi qiymətləndirilməlidir. Çünki Yeni Azərbaycan Partiyasının bu layihəsi dövlətin gənclərə olan diqqəti ilə yanaşı, onların asudə vaxtının, digər maraqlarının da daim nəzərdə olduğunu nümayiş etdirir. Mən Masallıda təşkil olunmuş tədbirdə bir daha şahidi oldum ki, belə layihələr gənclərin inkişafına nə dərəcədə müsbət təsir göstərir. İnanıram ki, partiyamız gələcəkdə də bu layihələrə ciddi şəkildə dəstək verəcək.
- Məlum olduğu kimi, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkəmizin dinamik inkişaf etdiyi bir şəraitdə bu siyasətin vacibliyini necə səciyyələndirərdiniz?
- Azərbaycanda gənclər siyasəti həqiqətən də, çox böyük əhəmiyyətə malikdir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir. Bu baxımdan hazırkı mərhələdə gənclər siyasətinin əsasını məhz ölkəmizin davamlı inkişafı prosesində gənclərin imkanlarından səmərəli istifadə edilməsi üçün hər cür şəraitin yaradılması təşkil edir.
- Gənclər siyasəti çərçivəsində həyata keçirilən dövlət proqramlarının üstünlüyü və önəmi nədən ibarətdir?
- Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramlar, layihələr həyata keçirilir. Xatırladım ki, Prezident İlham Əliyev 2005-ci il avqust ayının 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədini daşıyırdı. 2005-2009-cu illəri əhatə edən bu proqramda gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və s. məsələlər əksini tapırdı. Proqramın tələblərinə uyğun olaraq bu istqamətdə qarşıda duran bütün vəzifələrin dəqiqliklə həyata keçirilməsində birbaşa dövlət başçısının yaxından iştirakı ilə və nəzarəti altında uğurlu addımlar atılıb.
Eyni zamanda, cənab Prezidentin Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili” kimi qeyd edilməsi dövlətimizin gənclərə olan münasibətinin ifadəsidir. Ölkəmizdə gənclərin təhsil səviyyəsinin, bilik və bacarıqlarının yüksəldilməsi məsələsinə daim diqqət yetirilir. Bu baxımdan dövlət gənclər siyasətinin mühüm istiqamətini gələcək nəslin intellektual səviyyəsinin artırılması ilə bağlı işlərin həyata keçirilməsi təşkil edir. Ölkədə həyata keçirilən uğurlu təhsil islahatları nəticəsində gənclərimizin təhsil səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etməsi bütün təbəqədən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açıb.
Prezident İlham Əliyevin gənclərlə görüşlərini isə Azərbaycan gəncliyinin həyatında yeni bir məhələnin başlanğıcı hesab etmək olar. Bilirsiniz ki, cənab Prezident “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını təsdiq edib. Dövlət proqramında gəncləri narahat edən bütün məsələlərin öz həllini tapması üçün icra mexanizmlərinin konkret hədəfləri əks olunub. Hazırda proqram uğurla icra edilməkdədir.
- Sizcə, bu gün gənclərimizin beynəlxalq müstəvidə özünütəsdiq imkanları hansı səviyyədədir?
- Azərbaycan gənci XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir. Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da özünü təsdiq edib, dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədrliyi ilə Rusiyada AMOR adlı gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatın dünyanın böyük dövlətlərində Azərbaycan həqiqətlərini çatdırmasında rolu xüsusi vurğulanmalıdır. Eləcə də, Benilüks ölkələrində, ABŞ-da, Türkiyədə, Qazaxıstanda və digər ölkələrdə gənclərimiz Azərbaycanı uğurla təmsil edirlər. Ötən illərdə gənclərlə bağlı böyük beynəlxalq tədbirlər keçirilib. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Bu mənada qeyd etmək istəyirəm ki, YAP Gənclər Birliyinin də beynəlxalq əlaqələri genişlənməkdədir. Bütün bunlar Azərbaycanda layiqli gənc nəslin yetişdiyinin göstəricisidir.

Paylaş:
Baxılıb: 1190 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30