Siyavuş Novruzov: Rüstəm İbrahimbəyov böyük rusiyalıdır, nəinki azərbaycanlı!
03.08.2013 [09:20]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, “Milli şura”nın fiaskoya uğramış Tbilisi görüşü həm də bu qurumdakı ziddiyyətləri ortaya qoydu. Sizcə, “Milli şura”dakılar cəmiyyətə daha hansı yalanları danışacaqlar?
- Ümumiyyətlə, “Milli şura” Azərbaycan cəmiyyətini özündə əks etdirməyən ayrı-ayrı siyasi partiyaların, uğursuz vəkillərin və digər bu yöndə olan insanların toplantısıdır. Bu insanlar cəmiyyətdə özlərinə yer tapa bilmədikləri və xalq tərəfindən qəbul olunmadıqları üçün son bir il ərzində beş təşkilat dəyişiblər. Təbii ki, “Milli şura”da toplanan insanlar cəmiyyət tərəfindən tanınır və bu baxımdan da heç bir zaman uğur qazana bilmir. Bu mənada “Milli şura”nın bu cür acınacaqlı aqibəti əvvəlcədən görünən idi. Azərbaycanda siyasi partiyalar haqqında qanun var. Bu gün ölkəmizin müstəqilliyi “Milli şura” kimi qurumların yaranması üçün qazanılmayıb. Azərbaycanın artıq böyük seçki texnologiyaları var. Bu baxımdan görürük ki, “Milli şura”nın ortaya atılması bir tərəfdən Azərbaycan Demokratik Cümhuriyyətinin dövründə olan Milli Şuraya bir hörmətsizlik idi. İkinicisi, bu adın milliliyə söykənməsinə gəlincə deyə bilərəm ki, burada daha çox anti-milli insanlar toplanıb ki, bu da onun özünün milliliyinə hörmətsizlik kimi qələmə verilir. Bu mənada onların Tbilisidə keçirilən son görüşləri də bir daha onu göstərdi ki, bu insanlar ömür boyu Azərbaycan cəmiyyətinə yalan, böhtan atmaqla məşğuldurlar. Eləcə də bunlar mənasız, məzmunsuz və cəmiyyət üçün heç bir xeyri olmayan ideyalar ortaya qoyublar. Çünki, bu çürük ideyalar cəmiyyət tərəfindən qəbul olunmur. Bu baxımdan keçirilən görüşlərdə addım-addım insanların aldadılması, onlara verilən vədlər, öz şəxsi maraqlarının ümumdövlət, xalq, millət marağından üstün tutulması fakt olaraq qalır. Hesab edirəm ki, “Milli şura” Azərbaycanda seçki prosesi elan olunduqdan sonra dağılacaq.
- Artıq Rüstəm İbrahimbəyovun Azərbaycana gələ bilməyəcəyi qətiləşdi. Necə düşünürsünüz, İbrahimbəyov seçkilərdə uduzacağını yəqin etdiyi üçün Bakıya gəlmir, yoxsa cinayət məsuliyyətindən yayınmaq üçün bu addımı atır?
- Bilirsiniz, Rüstəm İbrahimbəyov özü də bilir ki, Azərbaycan cəmiyyəti, ictimaiyyəti arasında heç bir hörməti və nüfuzu yoxdur. Bu insan Azərbaycana gələ bilməməsini də az qala dövlətimizin, hökumətimizin, eləcə də ayrı-ayrı insanların üzərinə atmaqla izah etməyə çalışır. Sadəcə olaraq, Rüstəm İbrahimbəyov Azərbaycan Respublikasının qanunvericiliyini pozaraq, ikili vətəndaşlıqla fəaliyyət göstərir. Ölkə Konstitusiyasının 100-cü maddəsində də göstərilir ki, prezidentliyə namizəd olacaq şəxsin ikili vətəndaşlığı olmamalıdır. Məgər Azərbaycan dövləti İbrahimbəyovdan qeyri-qanuni, əyri yollarla ikili vətəndaş olmasını xahiş etmişdi? Sovetlər birliyi dağıldıqdan sonra hər bir ölkə özünün müstəqilliyini əldə etdi. Beləcə, hər bir ölkənin fərdi vətəndaşlığı var. Bu baxımdan İbrahimbəyov da Azərbaycan vətəndaşı olmalı idi. Bu insan Rusiya vətəndaşlığını qəbul etməklə, avtomatik olaraq həmin ölkə qarşısında böyük öhdəliklər daşımağa başladı. İndi isə İbrahimbəyov heç bir sahədə öhdəliyi olmadığını sübut etməlidir. Bütün bunları bilə-bilə və bisavad formada onun namizədliyini irəli sürmək sadəcə olaraq gülüncdür. Əgər gələcəkdə Azərbaycanın taleyüklü məsələsi ortaya çıxarsa, bəs bu zaman “Milli şura”da olanlar nə edəcəklər? Bu insan heç Rusiya vətəndaşlığından imtina belə etməyib, çünki o, böyük rusiyalıdır, nəinki azərbaycanlı! İbrahimbəyovun fəaliyyət istiqaməti Azərbaycanla bağlı deyil. Ola bilər ki, bu insan Azərbaycanda anadan olub, böyüyüb, amma onun düşüncəsi, xalqa, millətə olan münasibəti və digər məsələlərə (həmin insanın öz müsahibələrinə) nəzər salsaq görərik ki, bu şəxsdə Azərbaycana qarşı ikrah hissi (yuxarıdan-aşağı baxmaq və s.) var. Bu istər onun əsərlərində, kinolarında istərsə də digər məsələlərdə özünü göstərir. Bu baxımdan hesab edirəm ki, Rüstəm İbrahimbəyovun, eləcə də onun ətrafına toplaşan insanların hər hansı məsələ, ortaya çıxan problemlərlə bağlı ata biləcəyi addımlar göz önündədir. Bunların bəhanlərinə diqqət edin! Guya, İbrahimbəyov Azərbaycana gəlsə, həbs olunacaq, ya da hər hansı bir hadisə baş verəcək və beləcə, həmin şəxs Moskvaya geri qayıda bilməyəcək. Bu insanlar hər şeyi məhz bununla əsaslandırırlar. Hamıya məlumdur ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev istefada olduğu an Ona qarşı olan təzyiqlərə, təqiblərə baxmayaraq, 20 Yanvar hadisəsilə bağlı Moskvanın daimi nümayəndəliyinə gələrək ailə üzvləri ilə bərabər orada iştirak etdi. Halbuki həmin vaxt Rüstəm İbrahimbəyov Moskvada yaşayırdı və o, Azərbaycanın taleyüklü məsələsində ortaya çıxmalı idi. Eyni zamanda ölkəmizin ağır vəziyyətində (Gəncədə vətəndaş müharibəsi, Azərbaycanda hərc-mərclik və s.) Ümummilli lider ölkəmizi xilas etmək üçün Naxçıvandan birbaşa təyyarəyə əyləşərək Bakıya gəldi. Gəncədə odun, alovun içərisində hər an Ulu öndəri öldürə bilərdilər. Burada Onun həyatı təhlükə ilə üz-üzə idi. Bununla belə, Heydər Əliyev xeyli sayda dövlət çevrilişlərinin qarşısını aldı. Həmin an başqaları qaçarkən, dahi şəxsiyyət əksinə “Azadlıq Meydanı”na, Prezident Administrasiyasının, xalqın qarşısına çıxaraq öz milləti ilə birlikdə bunları dəf etdi. Bu mənada hesab edirəm ki, qaçmaq ənənəsi elə qədimdən müxalif düşərgənin qanındadır. Həmin insanlar dara düşən kimi yeganə vasitəni qaçmaqda görürlər. Uzun illərdir ki, bu qaçış ənənəsi hələ də davam edir. Bu insanların özlərinin hər hansı bir ideyası yoxdur. Bunlar sadəcə olaraq, ayrı-ayrı ölkələrdə baş verən hadisələri dərhal götürüb, yararlanmağa çalışırlar. Məsələn, Ukraynada rəngli inqilab baş verəndə, bunlar narıncı rəng geyinib küçələrə çıxmağa, eləcə də Gürcüstanda gül inqilabı olan zaman əllərində gül dəstələrilə küçələrdə gəzməyə başladılar. Vaxtilə Milli Şura Gürcüstanda Zaqafqaziya seymi idi. Həmin an orada gürcülər, ermənilər ortaya çıxaraq öz müstəqilliklərini elan etdilər. Azərbaycan Demokratik Cümhuriyyəti də Milli Şura yaradaraq, öz müstəqilliyini elan etdi. Bu tamam başqa ictimai-siyasi hadisənin fövqündə olan bir məsələ idi. İndi də radikal müxalifət nümayəndələri Gürcüstana gedərək bütün bu olanları təkrarlamaq istəyirlər. Həmin insanların yaşları çox olsa da, düşüncə tərzləri balaca uşaqlardan fərqlənmir. Onlar öz aləmlərində “Rembo” olmaq istəyirlər. Bunlar yalnız gələcəkdə ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşa bilərlər, çünki mən onların arasında prezidentliyə namizəd görmürəm.
- Siyavuş müəllim, aldığımız məlumata görə, Rüstəm İbrahimbəyov “Milli şura”dakı əsas rəqiblərinə pul vəd etməklə onları seçkilərə qatılmamağa razı salıb. Əli Kərimlinin proseslərə qarışmaması, İsa Qəmbərin müəmmalı Tbilisi səfəri və orada özünü etinasız aparması dediklərimizə əlavə sübutdur. Bu barədə sizin də fikirlərinizi bilmək istəyirik.
- Ümumilikdə deyə bilərəm ki, bunlar sərbəst toplaşmaq haqqında qanunların pozulması ilə bağlı keçirdikləri aksiyalara və seçki prosedurlarına gəlir mənbəyi kimi baxırlar. Belə ki, bu insanlar kimdəsə pul varsa, dərhal onun tərəfində olurlar. Hətta bir adam korrupsiyaya görə məsuliyyətə cəlb edilən kimi, onun müdafiəçiləri bir müəllimin, həkimin müdafiəçisindən on qat artıq olur. Həmin müdafiəçilər, heç şübhəsiz korrupsiya faktından bəhrələnmək istəyənlərdir. Biz dəfələrlə məmurların və digər insanların korrupsiya ilə bağlı məsuliyyətə cəlb olunduğunun şahidi olmuşuq. Amma müxalifət onları korrupsiya faktı kimi qəbul etməkdənsə, onların müdafiə komitəsini yaradaraq həmin insanları müdafiə edib. Burada hər şey açıq-aşkar görünür. Bunların başlıca marağı öz təminatlarını həyata keçirməyə yönəlib. Siyasi partiya, siyasi təşkilatı və ya seçkini, o cümlədən sərbəst toplaşmaq azadlığını hansısa ideyaya, məqsədə görə deyil, gəlir mənbəyi kimi istifadə etməyə çalışırlar. Bunlar da Rüstəm İbrahimbəyovun kim olduğunu çox gözəl bilirlər. Bu insan olsa-olsa, bir-iki dənə film çəkən kinorejissor olub. Həmin şəxs nə ictimai-siyasi xadimdir, nə də dövlət vəzifəsində işləyib. İbrahimbəyovun idarəçiliyi sıfırdır. O, bunları aldadıb ki, Rusiyanın müəyyən varlı insanlarından vəsait gətirəcək. Bu baxımdan da həmin insanlar da “arı pətəyə daraşan” kimi İbrahimbəyovun üstünə tökülüblər. Əgər bu insan özü ondan-bundan nəyisə qoparmağa çalışırsa, onun bunlara nə isə verə biləcəyinə ümid etmək sadəcə gülüncdür. Hələ bu insan heç Qazaxıstan dövlətindən aldığı 20 milyon manat pulu geri qaytarmayıb! Bunlar artıq yavaş-yavaş bunu dərk etməyə başlayıblar.
- Siyasi partiyanın yeganə hədəfinin hakimiyyətə gəlmək olduğu halda, AXCP və “Müsavat” liderləri 20 illik fəaliyyətlərinin üstündən xətt çəkib siyasi təcrübəsi olmayan birisini namizəd kimi irəli veriblər. Siyasətdə kifayət qədər təcrübəli insan kimi, burada başqa məqsəd olub-olmadığı haqda nə deyə bilərsiniz?
- İlk növbədə bu, onların öz partiyalarına və şəxsiyyətlərinə qarşı olan hörmətzilikdir. Yəni, hər bir siyasi partiyanın öz qarşısına qoyduğu vəzifələr hakimiyyətə seçki yolu ilə gəlməkdir. Əgər onlar özlərindən daha ağıllı, qüvvəli, populyar insan tapıblarsa, artıq bu sahədən geri çəkilirlər. AXCP artıq partiyalıqdan çıxıb və ora bundan sonra dərnək hesab olunur. Əli Kərimli nəinki prezidentliyə namizəd, heç parlament üzvülüyünə də namizəd ola bilməz. O, özü də bu faktı çox yaxşı bilir. Ona görə də bu insan indidən öz işini başa düşüb. Digər tərəfdən, İsa Qəmbərin ən əsas problemi partiya ilə bağlıdır. Bu insan dəfələrlə həmin proseslərdə uduzub. Hətta dünya praktikasında da belədir ki, əgər sədr, namizəd bir seçkidə uduzursa, o geri çəkilir və növbəti seçkilərdə başqa insan namizədliyini verir. Amma Azərbaycanda bu insanlar uduzduqca yenə öz namizədliklərini (parlament, bələdiyyə, prezident) irəli sürürlər. Beləcə, həmin insanlar get-gedə öz partiyalarını geriyə aparırlar. Bunlar siyasi partiyanı özlərinin monopoliyasına çeviriblər. 5-10 nəfər qohum-əqrəbalarını ətraflarına toplayaraq, fəaliyyət göstərməyə çalışırlar. Bu mənada hesab edirəm ki, onlar toplaşmaqla bekarçılıqdan öz günlərini keçirirlər.
- Bir ay bundan əvvəl Rəsul Quliyev “Milli şura”nın yaranmasını təqdir edirdi. Bu gün isə onu yada salmadıqları üçün qurumdakıları lənətləyir. Sizcə, Rəsul Quliyevin hədəflədiyi qazanc nə ola bilərdi?
- Rəsul Quliyevin oktyabrda keçiriləcək prezident seçkilərində iştirak edəcək imkanı olmadığından, onun üçün gedişatın fərqi yoxdur. İkincisi, sosial baza, elektoratla bağlı məsələdir. Bu adamlar tarixin arxivində olmaqla yanaşı, yeni qüvvələrə də imkan yaratmırlar. Rəsul Quliyevin partiyasında toplaşanlar, digər partiyadan çıxan, qovulan, uzaqlaşdırılan, axtarışda olan insanlardır. Sabah bir imkanlı adam gəlsə, onlar dərhal həmin adamın ətrafında toplaşacaqlar. Yəni burada əqidə, məslək, siyasi mübarizə söhbəti yoxdur.
- Avqustun birinci dekadasında Rusiya prezidentinin Azərbaycana səfəri gözlənilir. “Milli şura”dakılar da bu səfərə ciddi hazırlaşır. Azərbaycanın daxili siyasəti danışıqların mövzusu ola bilərmi?
- Azərbaycanın daxili siyasəti Azərbaycanın daxili işidir. Hərdən eşdirik ki, “Milli şura” ABŞ Konqresinə, Dövlət Departamentinə, Rusiya prezidentinə müraciət etməyi təklif edir. Ancaq onlar bir şeyi yaddan çıxarırlar ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Hakimiyyəti seçki yolu ilə Azərbaycan xalqı formalaşdırır. Ona görə də bunlar Azərbaycan xalqına müraciət etməlidirlər. Amma onların müraciət etməyə üzləri belə yoxdur. Ola bilər ki, Dövlət Departamentində, ABŞ Konqresində bunları kimlərsə yaxşı tanımır. Onlar yalnız “Human Right Watch” və bu kimi digər beynəlxalq təşkilatlara müraicət edə bilərlər. Həmin qurumlardan isə yalnız ümumi fikir ala bilərlər. Amma hakimiyyətin taleyi ilə Azərbaycan xalqı məşğuldur. Ayrı-ayrı dövlət başçılarının Azərbaycana gəlib-getməsi təbii haldır. Bunu şişirtməyə, bu cür forma verməyə ehtiyac yoxdur. Bu, planlaşdırılmış səfərdir. Vladimir Putin prezident seçiləndən sonra dəfələrlə başqa ölkələrə səfərlər edib və növbəti səfərlərindən biri də Azərbaycanadır. Hətta onun İrana da səfəri nəzərdə tutulur. Burada dövlətlərarası məsələlər müzakirə (müqavilələr bağlanır, sazişlər imzalanır və.s) olunacaq. Belə olan təqdirdə, bundan hər hansı bir şou düzəltmək yersizdir. Bu gün Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçirilir. Yaşı 35-ə çatan, ali təhsilli, ağlı başında olan, ikili vətəndaşlığı olmayan, 10 ildən artıq Azərbaycanda yaşayan, başqa dövlət qarşısında öhdəliyi olmayan, ağır cinayət törətməyən istənilən Azərbaycan vətəndaşı, fərdi qaydada və ya hər hansı bir siyasi partiya vasitəsi ilə namizədliyini irəli sürə bilər və seçki kampaniyasında iştirak edə bilər. Azərbaycanda Seçki Məcəlləsinə nəzər salsaq görərik ki, ölkəmizdə prezident seçkilərində iştirak üçün qeydiyyatdan keçmək sadə və asandır.
- Rusiyada miqrantlara qarşı müxtəlif təzyiqlər mövcuddur. Siz necə düşünürsünüz, bu etnik zəmində baş verib, yoxsa kriminogen proseslər nəticəsində həyata keçirilib?
- Burada həm birinci, həm ikinci, həm də üçüncü məsələ var. Mən bunu Orta Asiya və Azərbaycana aid etmirəm. Məsələn, Şimali Qafqazdan, eləcə də başqa-başqa yerlərdən olan insanlar var ki, müəyyən kriminal hadisələr törədirlər. Sadəcə olaraq, bizim insanlar yəni, türk kökündən, soyundan olan azərbaycanlılar, Orta Asiyadan olan xalqlar bacarıqlı və işgüzardırlar. Bu insanlar yoxdan nəsə yaradırlar. Ruslar isə bu baxımdan bizdən fərqli olduqlarına görə, nəticədə paxıllıq amili ortaya çıxır. Məsələn, Heydər Əliyev Fondu vasitəsilə Rusiyanın bəzi şəhərlərində müxtəlif işlər (məktəblər, bağçalar tikilir, idman meydançaları, uşaq əyləncə mərkəzləri salınır və s.) görülür. Bizim Rusiyada həmin işləri həyata keçirən nümayəndələrimiz çox əziyyət çəkirlər. İşçi tapa bilmirlər. Beləcə, məcburiyyət qarşısında qalıb həmin işlərin görülməsi üçün Azərbaycandan işçi qüvvəsi cəlb olunur. Hətta biz Rusiyanın ucqar yerlərinə baxsaq görərik ki, buradakı insanlarda heç iş anlayışı belə yoxdur. Belə olan təqdirdə, bizim bacarıqlı insanlar ora gedib, özlərinə sahə ayırıb fermer təsərrüfatı yaradırlar. Bununla da, Rusiyanın dövlət büdcəsinə vergi verilir, Sosial Fonda ödəmələr edilir. Məsələn, Rusiyanın ucqar əyalətlərində yaşayan tənha qadınların böyük əksəriyyəti bizim miqrantların hesabına yaşayırlar. Bütün bunlar, hər yerdə azərbaycanlılara qarşı paxıllıq hisslərini oyadır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

