/ / Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək inkişaf modeli formalaşıb: Bu, modern Azərbaycan dövləti modelidir
Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək inkişaf modeli formalaşıb: Bu, modern Azərbaycan dövləti modelidir
07.08.2013 [09:06]
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:
- Hadi müəllim, bu gün ölkəmiz inkişafının ən dinamik dövrlərini yaşayır. Təbii ki, hazırki mərhələyə qədər dövr elə də asan olmayıb. Bu mənada müstəqilliyimizin ilk illərindən etibarən Azərbaycanda sosial məsələlərin həlli istiqamətində görülən işləri necə səciyyələndirərdiniz?
- Müstəqilliyin ilk iki ilində Azərbaycanda sosial siyasətə biganə münasibət vəziyyətin kəskin şəkil almasına gətirib çıxarmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin düzgün siyasət qura bilməməsi də problemləri artırdı. Bu cür durumda olan ölkəni dirçəltmək asan deyildi. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, iqtisadiyyatda, o cümlədən sosial sferada əsaslı dəyişikliklərin təməli qoyuldu.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sosial sahədə həyata keçirilən ilk tədbir sosial problemlərin öyrənilməsi, sosial prioritetlərin müəyyənləşdirilməsi oldu.
Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən sosial siyasətdə əhalinin bütün təbəqələrinin ehtiyac və tələbatı nəzərə alındı və aztəminatlı ailələrin, uşaqların, qocaların sosial müdafiəsi məsələlərinə ümdə əhəmiyyət verildi. Əhalinin layiqli sosial müdafiəsini və yaşayış tərzini təmin etmək məqsədi ilə ölkədə genişmiqyaslı pensiya islahatları həyata keçirildi. Əlillərin və şəhid ailələrinin böyük bir qrupu dövlət vəsaiti hesabına mənzillərlə və minik maşınları ilə təmin edildi.
- Sosial sahədə ilkin olaraq hansı yöndə islahatlar həyata keçirilməyə başladı və bu, necə nəticə verdi?
- Bazar iqtisadiyyatına keçidlə bağlı sosial siyasətdə də bir sıra islahatların həyata keçirilməsi, bu sahədə indiyədək mövcud olan bəzi stereotiplərin aradan qaldırılması labüd idi. Çünki mövcud qaydalar bəzi mənfi hallara yol açırdı və bunların qarşısının alınması üçün güzəştlərin məqsədli kompensasiyalarla əvəz olunması qaçılmaz idi. Prezidentin qanunvericilik təşəbbüsü yolu ilə parlamentə təqdim etdiyi 2002-ci ilin büdcə qanunları paketində imtiyazların strukturlaşdırılması və ünvanlanması ilə bağlı layihənin qəbul edilməsi bu sahədə uğurlu yeniliklərin başlanğıcı oldu. Bu, dünya dövlətlərində öz nəticələrinə görə çox səmərə verən, özünü doğruldan bir xətdir.
Bu islahatın nəticəsi olaraq sosial müdafiənin daha etibarlı olan mexanizminin yaradılması üçün “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanun, “Sosial sığorta haqqında” Qanuna əlavə və dəyişikliklər qəbul olundu, onların tətbiqi mexanizmi barədə Prezident fərmanları imzalandı və həmin normativ hüquqi aktların uğurla tətbiqinə başlanıldı. Səhiyyə sistemində aparılan islahatlar çərçivəsində bu istiqamətdə də hüquqi normativ baza yaradıldı. Milli Məclis tərəfindən qəbul olunan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar artıq uğurla fəaliyyət göstərməkdədir.
- Bu gün Azərbaycanın müasirləşməsi, modernləşməsi prosesində sosial məsələlər hansı yerə və rola malikdir?
- Hazırda nəinki bölgənin, hətta dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürurvericidir: Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb: Bu, modern Azərbaycan dövləti modelidir.
Prezident İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyətliliyi ondadır ki, onun mövcud istiqamətləri var. Belə ki, birinci istiqamətində sosial müdafiənin elementi olan müavinət sistemindən sığorta sistemi ayrıldı. Prezidentin modern sosial siyasətində ikinci mühüm addım regionlarla idarəetmədir. Üçüncü istiqamət, cənab İlham Əliyevin sosial müdafiənin ayrı-ayrı sahələrini dəqiq dövlət proqramları ilə inkişaf etdirməsidir. Dördüncü istiqamət, bu, çox mühüm faktdır və məhz sosial problemləri yaradan səbəblər aşkarlanır. Çox təəssüf ki, hələ də dünyanın bir çox ölkələrində bu gün də problemlərin həllində nəticə ilə mübarizə aparırlar. Ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin sosial siyasətində nəticəyə deyil, problemləri yaradan səbəblərə qarşı xüsusi dövlət proqramları mövcuddur. Prezident İlham Əliyevin modern dövlət modelində sosial siyasətinin beşinci istiqaməti qeyri-hökumət təşkilatlarının timsalında cəmiyyətin sosial müdafiəyə cəlb olunmasıdır. Bunun fonunda ən böyük aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu artıq dünya miqyasına çıxıb və xeyriyyəçiliklə, sosial müdafiənin təşkili ilə məşğul olur. İlham Əliyevin sosial siyasətinin digər bir önəmli istiqaməti milli-mənəvi dəyərlərə hörmət göstərilməsi və insanlarda xeyriyyəçilik ruhunun, humanistliyin tərbiyə olunmasıdır. Bu mənada, muğam mərkəzlərinin, dini abidələrin bərpası və yenilərinin tikilməsi, həmçinin, cənab Prezidentin dini tədbirlərdə iştirakı əhəmiyyətli hadisələrdir.
- Hadi müəllim, ölkəmizdə həyata keçirilən sosial islahatların yeni mərhələsi haqqında nə deyə bilərsiniz?
- Bu gün Ulu öndər Heydər Əliyevin yaratdığı müasir və modern dövlət modeli möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İlham Əliyevin 2003-cü ildən başlanan prezidentlik fəaliyyətilə Azərbaycan Respublikasının sosial-iqtisadi, siyasi və mədəni inkişafında yeni nailiyyətlər əldə olundu. Cənab İlham Əliyevin dövründə əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi sosial islahatlar davam etdirilmiş və daha da dərinləşdirilmişdir. İlham Əliyevin rəhbərliyi ilə əmək münasibətlərinin tənzimlənməsi sahəsində ciddi tədbirlər hazırlanıb həyata keçirilmişdir. Onların içərisində minimum aylıq əməkhaqqının mütəmadi olaraq artırılması qeyd oluna bilər. Qeyri-məşğul əhalinin işlə təmin olunması, müasir məşğulluq sisteminin formalaşdırılması, yeni iş yerlərinin açılması diqqət mərkəzində olmuşdur. 2003-2008-ci illərdə ölkədə 766 min yeni iş yeri açılmışdır ki, onların 548 mini daimi idi. Yalnız 2008-ci ildə açılan iş yerlərinin miqdarı 120 mindən çox idi. Bu iş yerlərinin böyük hissəsi də qeyri-neft sektoru və regionlara aiddir.
“Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası”nın yerinə yetirilməsi də uğurla davam etdirilmiş, ölkədə təbii artım, o cumlədən, əmək qabiliyyətli yaşda əhalinin sayının artması davamlı xarakter almış, uşaq ölümü səviyyəsi aşağı düşmüşdür.
Sosial siyasət sahəsində ən mühüm addımlardan biri sosial yardım sisteminin dünya təcrübəsinə uyğunlaşdırılması olmuşdur. Belə ki, 2006-cı il iyul ayından ünvanlı sosial yardım sisteminin tətbiqinə başlanıb. Sığorta-pensiya sisteminin dövlət sosial yardım sistemindən ayrılması və sosial pensiyaların müavinətlərlə əvəz edilməsi də yeniliklərdəndir. Azərbaycan Respublikasında vahid sığorta-pensiya sistemi pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmişdir.
Azərbaycan Respublikası Milli Məclisində sosial siyasət xəttinə uyğun olaraq qanun yaradıcılığı prosesi də davam etdirilib.
- Siz həmçinin, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüsünüz. Necə hesab edirsiniz, partiyamızın proqramında sosial prioritetlər necə özünün əksini tapır?
- Azərbaycanın ən aparıcı siyasi qüvvəsi olan olan YAP, həmçinin, ölkənin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar aparmaq yolu ilə vətəndaşların layiqli həyat şəraitini təmin etməyə, insanlara sağlam həyat tərzi aşılamaq üçün məqsədyönlü sosial siyasət yürütməyə çalışmışdır. Partiyanın üstünlük verdiyi sosialyönümlü iqtisadi model sosial ədalətin və sosial müdafiənin təminatı, eləcə də, iqtisadi-sosial həyatın humanistləşdirilməsi məsələlərini ön plana çəkir. Bu model radikal bazar iqtisadiyyatı ilə mərkəzləşdirilmiş planlı iqtisadiyyat arasında aralıq mövqe tutur.
YAP-ın platformasında ölkənin sosial siyasətinin mahiyyəti dolğun şəkildə əksini tapmışdır. Partiya hesab edir ki, hər bir insanın yaxşı yaşamağa haqqı vardır və zəngin təbii ehtiyatlara malik Azərbaycan vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin edilməsi ümdə vəzifədir. YAP əməkhaqqı və pensiya təminatı sistemində islahatlar aparılmasını, əməkhaqqının, pensiyaların, sosial ödənişlərin artırılmasını, yeni iş yerlərinin açılmasını özünün başlıca vəzifələrindən hesab edir. Eyni zamanda, partiya ana və uşaqların, işsiz qadınların, qoca, ahıl və əlillərin, ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsini, bu qəbildən olan vətəndaşlara layiqli təqaüd və müavinətlərin verilməsini xüsusi diqqət mərkəzində saxlayır.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi, YAP-ın fəal iştirakı ilə hazırlanaraq, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında milli iqtisadi inkişaf modelinin əsas prioritetləri hüquqi kontekstdən göstərilmiş, insanların firavan yaşayışının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir.
- Hadi müəllim, sosial siyasətdən danışarkən, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial layihələri vurğulamamaq mümkün deyil. Fondun layihələrinin əhəmiyyəti nədən ibarətdir?
- Əlbəttə, Heydər Əliyev Fondu ölkəmizdə bir çox mühüm layihələr həyata keçirir. Mən ilk növbədə, gələcəyimiz olan yeni nəslin sağlam ruhda böyüməsi üçün Fondun gördüyü işləri xüsusi vurğulamaq istəyirəm. Uşaqları Azərbaycanın sabahı adlandıran, cəmiyyəti onların problemlərinə biganə qalmamağa çağıran Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqları da diqqət mərkəzində saxlayır. Üç uşaq anası kimi, analıq missiyasının həyata keçirilməsini həyatın ən ümdə vəzifəsi hesab edən və uşaqların müəyyən hissəsinin valideyn himayəsindən kənarda böyüməsi faktının hamını narahat etməli olduğunu vurğulayan Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun hər il “Buta” sarayında belə uşaqlar üçün keçirdiyi Yeni il şənlikləri ənənə halını alıb. Mehriban xanım Əliyeva bu şənliklərə qatılır, uşaqlarla səmimi söhbət edir, təbriklərini, arzularını çatdırır, dərslərini yaxşı oxumalarını, sağlam böyümələrini, uğurları ilə hər kəsi sevindirmələrini istəyir, onlarla şəkil çəkdirir. Tədbirdə uşaqları şənləndirmək üçün aktyorlar istedad və bacarıqlarını sərf edir, respublikamızın tanınmış estrada müğənniləri, məktəblilərin özfəaliyyət kollektivləri, rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri ilə bayram şənliyini daha da rövnəqləndirirlər. Heydər Əliyev Fondunun təşkil etdiyi Yeni il şənliklərində hər dəfə 2 minə yaxın uşaq iştirak edir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il qaçqın və məcburi köçkün uşaqları üçün Yeni il hədiyyələri ayırır, Novruz bayramında xüsusi şənliklər təşkil edir. Yeni tədris ilinin başlanğıcında “Təhsilə dəstək” layihəsi üzrə Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etməsi də ənənə halını alıb. 2012-2013-cü tədris ilində 15 min birinci sinif şagirdi bu imkandan yararlanıb.
Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Heydər Əliyev Fondunun əməkdaşları qocalar evlərində ahıllara baş çəkir, Ramazan bayramında iftar süfrələri açılır. Bu xeyirxahlığın sərhədləri indi ölkəmizin hüdudlarını aşıb və bununla bağlı bir çox nümunələr qeyd etmək olar.
Azərbaycanın birinci xanımının təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə tikilən məktəblərin və təmir edilən uşaq evlərinin sayı xüsusilə diqqət çəkir. Son 5 ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda 400-dən çox məktəb və uşaq bağçası tikilib. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən uşaq evlərinin və internat məktəblərin inkişafı proqramı çərçivəsində respublikada uşaq müəssisələri əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilir. Bu, respublikamızda mərhəmət və xeyriyyəçilik fəaliyyəti baxımından örnək olacaq nümunələr sırasındadır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan xalqının milli mədəniyyətinin inkişafında, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında, milli həqiqətlərimizin dünyaya çatdırılmasında, o cümlədən, cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik ənənələrinin möhkəmlənməsində müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət birbaşa müqəddəs kitabımızın bəşər övladına təlqin etdiyi keyfiyyətlərlə tamamlanır. Onun yorulmadan şəhid ailələrinin, kimsəsizlərin, xəstələrin, fiziki qüsuru olan şəxslərin qayğısına qalması, həm də müsəlman xanımının necə yüksək insani keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərir.
Mehriban xanım Əliyeva həm də UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi şərəfli bir missiyanı yerinə yetirir. Xoşməramlı səfirlər özlərinin nüfuz və təsir imkanlarından istifadə edərək bütün dünyada təmsil etdikləri qurumun ideyalarını dəstəkləyərək bütün dünyada geniş təbliğ edir, həyata keçirilən layihə və proqramlara öz töhfələrini verirlər. UNESCO-nun xoşməramlı səfirləri dünyada savadsızlığın azaldılması və digər əhəmiyyətli kampaniyalarda da yaxından iştirak edirlər. Xoşməramlı səfir və Heydər Əliyev Fondunun prezidenti kimi bu məsələlərə böyük diqqət yetirən Mehriban xanım Əliyeva bütün dünyada çox böyük nüfuza malikdir.
- Hadi müəllim, bildiymiz kimi, bu ilin oktyabrında ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcək. Bunu nəzərə alsaq, Azərbaycanda reallaşdırılan uğurlu sosial-iqtisadi siyasətin nəticələri fonunda seçki ilindəki ictimai ab-havanı necə dəyərləndirirsiniz?
- Bəli, qarşıdan prezident seçkiləri gəlir. Əslində, xalq öz seçimini on il bundan əvvəl - 2003-cü ildə edərək özünün Prezidentini seçib. Xalq Ona inanıb, güvənib. Möhtərəm Prezident xalqın inamını ləyaqətlə doğruldaraq 2008-ci ildə yenidən bu etimadı qazanıb. Azərbaycanın son 10 ildəki dinamik inkişafı beynəlxalq təşkilatlar və dünyanın inkişaf etmiş ölkələri tərəfindən də etiraf edilir. Bu gün Azərbaycan başdan-başa böyük quruculuq meydanına çevrilib. Təkcə paytaxtda deyil, ən ucqar bölgələrdə də quruculuq işləri böyük vüsətlə gedir. Bölgələrdə yeni iş yerləri yaradılır, əhalinin sosial vəziyyəti gündən-günə yaxşılaşır. Həyata keçirilən uğurlu daxili və xarici siyasət respublikamızın beynəlxalq aləmdə nufuzunu artırır. Azərbaycan bu gün bölgədə əsas söz sahibi olan lider ölkələrdən biridir. Təbii ki, bütün bu uğurlar bilavasitə möhtərəm Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin sayəsində mümkün olmuşdur. Xalq da bu uğuru görür və qiymətləndirir. Və əminliklə demək olar ki, elə bu səbəbdən də, 2013-cü ildə keçiriləcək prezident seçkilərində də kimə səs verəcəyini bilir - bu, cənab İlham Əliyevdir. Niyə məhz İlham Əliyev sualının cavabı isə hər kəsə gün kimi aydındır: son illərdə Azərbaycanda həyata keçirilən quruculuq işləri, ölkənin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi bu işin təməlini qoyanın özü tərəfindən də davam etdirilməlidir, torpaqlarımızı erməni işğalından azad edərək qələbə paradını da məhz Prezident İlham Əliyev qəbul etməlidir. Çünki bu, Onun danılmaz haqqıdır. Və bir də ona görə ki, cənab İlham Əliyev daim xalqa arxalanır, xalqdan güc alır və Heydər Əliyev məktəbinin layiqli yetirməsi kimi bir az sonra qeyd edəcəyimiz bir sıra keyfiyyətləri ilə istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarlarda böyük hörmət və nüfuz qazanmışdır.
İstər ölkə daxilində, istərsə də beynəlxalq görüşlərdə, müxtəlif tədbirlərdə hər kəsə qarşı ləyaqətlilik və təmkinlilik cənab İlham Əliyevin rəhbər obrazını tamamlayan keyfiyyətlərdəndir. Bu keyfiyyətlər özünü xüsusilə də geniş xalq kütlələri ilə görüşdə, xalqın taleyi ilə bağlı hər hansı bir məsələyə operativ və obyektiv münasibət bildirməsində daha çox göstərir.
Hələ millət vəkili olduğu vaxtlardan cənab İlham Əliyev həm də qayğıkeşliyi ilə fərqlənmiş, seçicilərinin, eyni zamanda, qaçqın və məcburi köçkünlərin rəğbətini qazanmışdır. O, seçiciləri ilə tez-tez görüşərək onların mənəvi-sosial sıxıntılarının aradan qaldırılmasına, əhval-ruhiyyələrinin yüksəldilməsinə çalışmışdır. Çadır düşərgələrində yaşayan qaçqın və məcburi köçkünlərin məişət qayğıları və digər problemlərin həlli həmişə Onun diqqət mərkəzində olmuş, hər kəsin üzləşdiyi çətinliyin aradan qaldırılmasına canıyananlıqla yanaşmışdır. Xüsusilə də, zəlzələ və digər təbii fəlakətlərdən zərərçəkənlərin ağrı-acılarına şərik olur, çətinliklərin aradan qaldırılmasına şəxsən nəzarət edir.
Prezident İlham Əliyevə ümumxalq sevgisi qazandıran şəxsi keyfiyyətlərdən biri də, Onun insanları sevməsi, xeyirxahlığı, mənəvi, hüquqi və sosial baxımdan yaranmış hər hansı bir problemin dərhal aradan qaldırılmasına nail olması, bir sözlə, humanistliyidir. Cənab Prezidentin humanistliyi özünü həm də cəzaçəkmə müəssisələrindəki məhbuslara münasibətdə göstərir. Son 10 ildə minlərlə məhbus əfv edilib, qəbul edilmiş aministiya aktı sayəsində cəzasından tam və ya qismən azad olunubdur.
Dövlət xadimini xalq arasında sevdirən, bir siyasətçi kimi onun nüfuzunu artıran, ona ümumxalq məhəbbəti qazandıran keyfiyyətlərdən biri də səmimilikdir. Prezident İlham Əliyev hər görüşündə ən müxtəlif zümrələrdən olan insanlara qayğı ilə davranır, müsahibini nəzakətlə dinləyir, eyni zamanda, tərəf-müqabilini də özünə sayğı ilə yanaşmağa vadar etməyi bacarır. İstər rəsmi görüşlərdə olsun, istərsə də mətbuat və ictimaiyyət nümayəndələri ilə görüşdə, həmişə səmimidir.
Cənab İlham Əliyev o liderlərdəndir ki, cəmiyyəti də özü ilə bərabər ucaltmağı bacarır. Onun fəaliyyətinin əsasını Azərbaycanın indiki inkişafını dönməz və ardıcıl prosesə çevirmək, başladığı islahatları uğurla başa çatdırmaq təşkil edir. İnanırıq ki, növbəti prezident seçkisində də xalqımız İlham Əliyevə etimad göstərərək neçə-neçə uğurlu islahatların davam etdirilməsində Ona dəstək olacaqdır.
Seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, xalqın öz iradəsini tam sərbəst şəkildə ifadə etməsi üçün zəruri şəraitin yaradılması imkan verir ki, növbəti seçkilərdə də xalqımız özünün iradəsini ortaya qoyaraq düzgün seçimini etsin. Heç şübhəsiz, insanlar öz seçimlərini edərkən bu günün reallıqlarını nəzərə alıb qarşıdan gələn 5 ildə də ölkənin inkişafını təmin edə biləcək liderə - İlham Əliyevə səs verəcəklər. Günümüzün reallığı budur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir.
Öz prezidentlik fəaliyyətində daim xalqa söykənən, onun yüksək etimadına arxalanan dövlət başçısı tərəfindən qəbul edilən bütün qərarlar cəmiyyət tərəfindən təqdir olunur və yüksək qiymətləndirilir. Ölkəyə rəhbərliyi dövründə - 2003-cü ildən bu günə kimi cənab Prezident xalqın etimadını tam doğrultmuşdur. İctimai rəy göstərir ki, bu günə kimi Azərbaycanın inkişafı ilə bağlı həyata keçirilən siyasət və sistemli tədbirlər qarşıdan gələn dövrdə də davam etdirilməli, 10 illik perspektivə hesablanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşdırılması təmin olunmalıdır. Bu reallıqları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, qarşıdan gələn illərdə də, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

