/ / Siyavuş Novruzov: “Milli şura”dakılar bacardıqları işlə məşğul olsalar, cəmiyyət üçün daha faydalı olar
Siyavuş Novruzov: “Milli şura”dakılar bacardıqları işlə məşğul olsalar, cəmiyyət üçün daha faydalı olar
24.08.2013 [08:29]
SİA Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun müsahibəsini təqdim edir:
- “Milli şura”nın iclaslarını Yeni Azərbaycan Partiyası necə qiymətləndirir?
- “Milli şura”da toplanan insanlar ayrı-ayrı partiya və qurumların təmsilçiləridir. Bu qurumların hər birinin qarşısında duran vəzifələri və nizamnamələri var. Onlar bu nizamnaməyə uyğun hərəkət etməlidir. Təbii ki, seçkiqabağı hər hansı qurum, təşkilat və blok yaradıla bilər. Ancaq onların məqsəd və vəzifələri düzgün müəyyən olunmalıdır. Hər hansı bir tarixi ad və fəaliyyətlərdən istifadə etmək, bunu özününkü edib ortaya qoymaq, eləcə də biabırçı vəziyyətə salmaq sağlam mübarizə üsulu deyil. İndiki “Milli şura”nın qarşıya qoyduğu məqsəd, fəaliyyət o vaxt yaradılan eyniadlı qurumla böyük ziddiyyət təşkil edir. Yalnız adlar eynidir. Fəaliyyət proqramı isə tamamilə başqadır.
- “Milli şura”nın tərkib hissəsini necə qiymətləndirirsiniz?
- “Milli şura”nın tərkib hissəsi belədir ki, burada seçkili orqanlarda təmsil olunan insan yoxdur. Və yaxud da Azərbaycan cəmiyyətinə hansısa bir ideya verəcək, Azərbaycan cəmiyyətini irəliyə aparacaq, Azərbaycan cəmiyyətinin problemlərini dərindən, köklü analiz və təhlil edəcək insan yoxdur. Əgər olsaydı, bu addımı öz partiya və cəmiyyətlərində ata bilərdilər. Bunlar öz partiya və təşkilatlarında qəbul olunmayan insanlardır. “Milli şura” yaranana qədər onlar “İctimai palata”da təmsil olunurdular. Sonra ziyalılar təşkilatı yarandı və orada təmsil olundular. Onların işi hər 3-6 aydan bir təşkilat yaradıb orada qeyri-ciddi işlə məşğul olmaqdır. Fundamental, köklü ideya əsasında fəaliyyət göstərmək başqadır.
- Rüstəm İbrahimbəyov əvvəl deyirdi ki, vətəndaşlıq məsələm həll olunmasa mütləq Azərbaycana qayıdacağam. Sonra Tbilisidə görüşdə dedi ki, qayıda bilmərəm. Çünki, Azərbaycana qayıtsam mənim Rusiyada vətəndaşlıqla bağlı problemlərim çıxar və məndən ölkədən çıxmamaq barədə intizam alarlar. Bu haqda nə deyə bilərsiniz?
- Onlar bəzən olmayan məsələləri ortaya atırlar. Deyirlər ki, iqtidar Rüstəm İbrahimbəyovdan qorxur, Rüstəm İbrahimbəyov vahid namizəd olsa, qələbə qazanacaq. Həmçinin İlqar Məmmədov haqqında qərar qəbul eləmişdilər ki, guya potensial namizəd olduğuna görə onu həbs elədilər. Halbuki, bu gün hansı siyasi partiyadan soruşsan deyər ki, mənim sıralarımda onlarla ilqar məmmədovlar var ki, ondan da potensiallı və imkanlıdırlar. Rüstəm İbrahimbəyov da həminki kimi. “Milli şura” istər Rüstəm İbrahimbəyovun, istərsə də başqasının namizədliyini irəli sürsün, Azərbaycan xalqının 0,1 faiz səsini toplaya bilməyəcəklər. O ki qaldı Rüstəm İbrahimbəyovun özü ilə bağlı məsələlərə, əvvəlcə sənədlərini MSK-ya təqdim etsin, hansı tələblər olacaqsa görəcəyik. Və yaxud da deyib ki, gəlsəm məni həbs edəcəklər. Azərbaycanda heç bir hüquq mühafizə orqanı qeyd etməyib ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlsə həbs olunacaq və yaxud onun haqqında cinayət işi açılıb. Bu onun özünün, o cümlədən təmsil olunduğu “Milli şura”nın utopiyasıdır, ağlının məhsuludur. Həmişə deyirlər ki, Azərbaycan iqtidarı seçkilərdən qorxur. Buna onlarla misal gətirə bilərəm. Məsələn, 1998-ci ilin prezident seçkilərində onlar iştirak etmirdilər. Ümummilli lider Heydər Əliyev onlara rəsmi şəkildə müraciət etdi ki, hansı şəraiti istəyirsiniz yaradım. Gəlmədilər. Çünki, o vaxt da vahid namizəd müəyyənləşdirə bilmədilər. Bir sözlə, bunlar hamısı iqtidarın fəaliyyətinə kölgə salmaq üçün atılan addımlardır. Yaxşı bilirlər ki, yaradılmış demokratik seçki mühitində Azərbaycan xalqı tərəfindən heç bir dəstək qazana bilməyəcəklər.
- Onlar iddia edirlər ki, Rüstəm İbrahimbəyovun Rusiya qarşısında heç bir öhdəliyinin olmaması barədə arayışı var. Bu arayışla onun namizədliyi təsdiq oluna bilərmi və özü də Azərbaycana gəlsə onu həbs gözləmir ki?
- Bu məsələ ilə bağlı aidiyyatı qurumlar var. Bununla əlaqədar “Milli şura” istənilən quruma sorğu göndərə bilər. Rüstəm İbrahimbəyovun sənədləri varsa, təqdim eləsin MSK-ya. MSK-nın hüquqşünasları sənədin hüquqi, orfoqrafik cəhətdən və yaxud da protokolun hər hansı bir partiya nizamnaməsinə uyğunluğu cəhətdən yoxlayır və qərar verirlər. Azərbaycanda prezidentliyə namizədliyin irəli sürülməsi və qeydiyyatdan keçməsi çox asandır. Onların əgər arayışları varsa, təqdim edə bilərlər. MSK da baxıb öz rəyini verəcək. Bunlarda isə tamam başqa proses gedir. Biri deyir ki, siz vaxtında vahid namizəd qəbul etmədiyinizə görə bu proses uzandı. AXCP “Müsavat”a ittiham irəli sürür ki, İsa Qəmbər özü namizəd olmaq istəyir. Ona görə də, prosesi pozur. Müsavatçılar bildirir ki, AXCP-də olanların seçki potensialı olmadığına, seçkidə iştirak imkanları məhdud olduğuna görə istəmirlər ki, “Müsavat” da orada iştirak eləsin. Yəni, bir-birlərinə qarşı ittiham irəli sürürlər.
- Sizin özünüzə konkurent saydığınız namizəd kim ola bilər?
- Bizim namizədin alternativi yoxdur. Bu gün ölkə Prezidenti hər həftə regionlarda olur. Cənab Prezident regionlara elə-belə getmir. Regionlarda Prezident müxtəlif infrastrukturların açılışında və təməlqoyma mərasimlərində iştirak edir. Bunlar yollar, iş yerləri, sosial obyektlər, xəstəxanalar, kitabxanalar, məktəblər, bağçalardır. Dövlətin bütün gəlirləri ölkəmizin regionlarına, şəhərlərinə, kəndlərinə, insanların yaşayış səviyyəsinin yüksəlməsinə yönəldilir. Azərbaycanda əhalinin əmək haqları qalxır və bu proses davam etdirilir.
- Müxalifət mətbuatı qeyd edir ki, Azərbaycan Prezidentinin son vaxtlar regionlara səfərləri seçkiqabağı təbliğatla bağlıdır. Buna munasibətiniz necədir?
- Cənab Prezident bir il bundan qabaq regionlara daha çox səfər edirdi. Cənab Prerzident regionlara 10 ildə 300-dən artıq səfər edib. Siyasi partiyaların nümayəndələrindən soruşaq 5 il müddətində Azərbaycanın regionlarının birində bir dəfə olubmu? Və yaxud da, Bakı şəhərinin bir yerində olublarmı? Olduqları yerlər isə özlərinin partiya qərargahları və mətbuat orqanlarıdır.
- Bu günlərdə politoloqlar qeyd edirlər ki, Rusiya bu seçkilərdə Azərbaycanın daxili siyasətinə təsir etmək istəyib. Amma, nədənsə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra bu bəyanatlar sıfıra endi. Bu, nə ilə əlaqədardır?
- Bu gün Azərbaycan postsovet ölkələri arasında müstəqil siyasət aparan azsaylı ölkələrdən biridir. Azərbaycan Ermənistanı çıxmaqla, bütün qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti aparır. Rusiyada Azərbaycanı istəməyən qüvvələr var. İstər Rusiyanın xarici siyasətlə məşğul olan strukturlarında, istərsə də mətbuat orqanlarında, televiziyalarda ən azı bir neçə erməni işləyir. Hətta idman kanallarında belə aparıcılardan bir neçəsi ermənidir. Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olmasını təbii ki, onların gözü götürmür. Bunlar çalışırlar ki, bu və ya digər şəkildə, müəyyən qüvvələrin təsiri ilə Rusiyada yaşayan azərbaycanlılara təsir göstərsinlər. Rusiya ilə Azərbaycan arasında hökumətlər, partiyalar, cəmiyyətlərarası münasibətlər çox yaxşıdır. Rusiya-Azərbaycan Forumu fəaliyyət göstərir. Heydər Əliyev Fondunun və Azərbaycan diaspor nümayəndələrinin orada keçirdiyi humanitar aksiyalar barəsində mütəmadi xəbərlər gəlir. Bundan başqa, Azərbaycanın təbii sərvətlərinə göz dikən dövlətlər və qüvvələr çalışırlar ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirsinlər. Nəticədə, ölkəmiz həmin dövlətlərlə əməkdaşlığı gücləndirsin.
- “Milli şura”nın bəzi üzvlərinin bir hissəsi bildirir ki, “Milli şura” seçkilərdə iştirak etməsə bu alternativsiz seçki olacaq?
- Söhbət xalqın seçimindən gedir. Bu anlayış səhv anlayışdır. Onlar özlərinə təskinlik vermək istəyirlər. İndiyə kimi seçkidə iştirak edib-etməməklərindən asılı olmayaraq, cəmiyyət seçkisini keçirib, hakimiyyət nümayəndələrini seçib və ölkənin idarə olunmasında bilavasitə iştirak ediblər. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hakimiyyətin mənbəyi xalqdır. Xalq öz hakimiyyətini formalaşdırır və bunu da seçki yolu ilə müəyyənləşdirir. Bunun seçkinin demokratikliyinə heç bir aidiyyatı yoxdur.
- Belə bir fikir var ki, Rüstəm İbrahimbəyovla “Milli şura” formatı iqtidara xidmət edən bir formatdır. Buna münasibətiniz necədir?
- Mən bunu əvvəllər də qeyd etmişəm ki, əvvəl-axır bunu iqtidarın ayağına yazacaqlar. Belə bir misal var ki, xalı çatmayan gəlir ordan xal götürür. Bunların hər biri istəyir ki, xalı iqtidardan götürsün. Öz xallarını əvəz eləsin. İqtidar deməyib ki, siz Rüstəm İbrahimbəyovu namizəd seçin, belə bir qurum yaradın. Qurumun məqsəd və vəzifəsi olmalıdır.
- İqtidar rəsmisinin müxalifətə sözü nədir?
- Müxalifətdə öz sahəsini bilən azsaylı adamlar var. Onlar bacardıqları işlə məşğul olsalar, cəmiyyət üçün daha faydalı olar. Kimsə kitab yazsa, kimsə tarixi araşdırmalar aparsa, o istiqamətdə nailiyyətlər əldə edə bilər. Onlar düşüblər siyasətbazların oyununa. Hesab edirəm ki, bunlar mərhələli şəkildə çəkilib öz yerlərini daha perspektivli gənclərə verməlidirlər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

