Siyavuş Novruzov: Müxalifət seçkiyə öz namizədləri ilə getsə, biabırçı şəkildə uduzacaq
28.08.2013 [09:21]
Bu gün nə “Milli şura”nın, nə də həmin “şura”nın namizədinin ciddi arxalana biləcəyi qurumları yoxdur
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun “SƏS TV”-yə müsahibəsi:
- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası (YAP) oktyabrda keçiriləcək prezident seçkilərinə necə hazırlaşır? Ümummiyyətlə, hakim partiya seçkilərdə hansı yeni texnologiyalardan istifadə edəcək?
- Biz artıq bir ildir ki, tam olaraq seçkilərə hazırlaşırıq. Bu çoxdan başlayan bir prosesdir. Biz mərhələli şəkildə, seçki planına uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Bildiyiniz kimi, artıq partiyamızın namizədi İlham Əliyev qeydiyyatdan keçib və rəsmi şəkildə prezidentliyə namizəddir. Bundan sonrakı dövr üçün artıq biz təbliğat və təşviqat kampaniyasına hazırlaşırıq. Bununla bağlı qrafik tutulur, qanunun icazə verdiyi bütün üsul və vasitələrdən istifadə etməyə çalışırıq. Təbliğat materialları hazırlanır və onların yerlərə çatdırılması, paylanılması, müəyyən olunmuş yerlərdən asılması ilə bağlı YAP fəallarından ibarət qruplar hazır vəziyyətə gətirilir. Artıq bu prosesə start verilib. Bundan əlavə, partiyamızın namizədi qeydiyyatdan keçdikdən sonra hər bir məntəqəyə bir nəfər müşahidəçi və məşvərətçi səs hüquqlu üzvü təyin etməliyik. 5 mindən yuxarı seçki məntəqəsi vardır. Onların hər birinə, o cümlədən də dairə seçki komissiyalarına sənədlər hazırlamışıq ki, bir məşvərətçi səs hüquqlu üzvü və müşahidəçi təyin olunsun. Biz bu prosesləri sentyabrın 16-na kimi yekunlaşdırmalıyıq. Çünki sentyabrın 16-dan oktyabrın 8-dək təbliğat və təşviqat kampaniyasına başlamalıyıq.
- Siyavuş müəllim, bəzi partiyalar seçkilərə qatılmamaq barədə qərar veriblər. Bu nə ilə bağlıdır?
- Burada hər bir partiya öz qüvvəsini ölçür-biçir və son qərarını verir. Seçkiyə qatılmaq üçün biz dünya ölkələrinin təcrübələrinə yaxından bələd olmuşuq. Burada əsas üç cəhət var ki, bunlar da sosial baza - elektorat, zaman və maliyyə vəsaitdir. Məsələn, Amerika Birləşmiş Ştatlarında (ABŞ) prezidentliyə namizəd ilkin olaraq, öz hesabında 50 milyona qədər pul toplaya bilmirsə, seçki kampaniyasına qoşula bilmir. Bizdə isə bu proses tamam başqadır.
- Oktyabrda keçiriləcək prezident seçkilərini izləmək üçün xarici ölkələrdən, beynəlxalq təşkilatlardan müşahidəçilərin ölkəmizə gəlişi ilə bağlı nə deyə bilərsiniz?
- Bununla bağlı artıq müraciətlər olunub. İstənilən qurum, təşkilat Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edərək seçkilərdə müşahidəçi qismində iştirak edə bilər. Ölkəmizdə kifayət qədər azad, ədalətli, demokratik seçkilər keçirilib. Bunun üçün ölkəmizdə qanunvericilik bazası və ictimai-siyasi sabitlik, münbit şərait mövcuddur. Bu gün 17 nəfər həm siyasi partiya nümayəndəsi kimi, həm də fərdi qaydada prezidentliyə namizədliklərini irəli sürüblər. Bunlar üçün hər cür şərait (istər imzatoplama kampaniyası, istərsə də sənədləşmə) yaradılıb. Bütün bunları nəzərə alaraq qətiyyətlə demək olar ki, bu il də Azərbaycanda azad, ədalətli və demokratik seçkilər keçiriləcək.
- Siyavuş müəllim, ümumilikdə “Milli şura” daxilində gedən prosesləri necə qiymətləndirirsiniz? Artıq Rəsul Quliyev, Əli Kərimli və digərləri arasında qurumun “vahid namizədi” ilə bağlı gərginlik hökm sürür. Hətta Rəsul Quliyev Cəmil Həsənlinin namizədliyinin oktyabrın əvvəllərində geri götürəcəyi ilə bağlı açıqlama da verib. Bu barədə nə deyə bilərsiniz?
- Ümumilikdə, mən bu məsələlərlə yaxından tanış olmuşam. “Milli şura”ya toplaşanlar ayrı-ayrı qurumların, partiyaların, təşkilatların, cəmiyyətlərin təmsilçiləridir. Burada vahid ideya, əqidə, məqsəd yoxdur. Əksinə “Milli şura” şəxsi maraqlar zəminində formalaşan qurumdur. Təbii ki, həmin qurumda da şəxsi maraqlar toqquşduğu üçün qısa müddətdə onların hərəsi bir mövzuda bəyanat verərək çıxıb gedəcəklər. “Milli şura”dakıların hər biri yalnız özü üçün maraq kəsb edir, başqası üçün yox! Hazırda bu proses onların imzatoplama kampaniyasında da, liderin təbliğat-təşviqat işlərində də və s. özünü göstərəcək. Çünki hər bir namizədin arxasında ciddi qurum dayanmalıdır. Həmin namizəd ya siyasi partiya, ya da cəmiyyət tərəfindən ciddi şəkildə dəstəklənməlidir ki, onun sosial bazası, elektoratı olsun. Bu gün nə “Milli şura”nın, nə də həmin “şura”nın namizədinin arxalana biləcəyi ciddi qurumlar yoxdur. Onlar oktyabrda keçiriləcək prezident seçkilərində iştirak etsələr belə, qanunun tələblərinə uyğun olaraq müvafiq prosedur qaydaları keçsələr belə, ümumi səsvermədə Azərbaycan seçicisindən səs qazana bilməyəcəklər. Təbii ki, bunu qurmaq, aparmaq, seçki texnologiyalarını həyata keçirmək üçün cəmiyyətə mesajlar göndərilməli və onunla ünsiyyət qurulmalıdır. İndiyədək onların cəmiyyətlə, seçicilərlə heç bir ünsiyyəti olmayıb. Əgər bir dairədən Milli Məclisə deputat seçilə bilməyiblərsə, prezident seçkilərində hansı uğuru qazanacaqlar? Bu, çox ciddi məsələdir. Hesab edirəm ki, burada da müxalifətin nailiyyətdən heç bir söhbət gedə bilməz.
- Maraqlıdır, “Milli şura”dakılar nəyə görə məhz Cəmil Həsənlini alternativ namizəd kimi ortaya atıblar? Onlar cəmiyyətdə o qədər də nüfuza malik olmayan bu insanın nəyinə ümid bəsləyirlər?
- Məsələ bundadır ki, “Milli şura”da olan siyasi partiya rəhbərlərinin “vahid namizəd” olmaq şansları tükənib. Çünki bu “liderlər” bir-birinə qarşı mətbuatda o qədər ittiham irəli sürüb, çıxışlar ediblər ki, artıq bütün körpülər yandırılıb. Ona görə də, “vahid namizəd” məsələsi müşkülə dönüb. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), “Müsavat”, o cümlədən Açıq Cəmiyyət Partiyası (ACP) və “Milli şura”da təmsil olunan digər partiyaların liderlərinin namizəd kimi irəli sürülməsi mümkün deyil. Onlar təhlil apardıqları zaman cəmiyyətin onları dəstəkləmədiyini görürlər. Onlar bilirlər ki, hətta son variant kimi seçkiyə öz namizədləri ilə getsələr çox biabırçı şəkildə uduzacaqlar. Həmin insanlar nəinki seçkidə uduzacaq, heç öz partiyaları belə onların namizədliyini dəstəkləməyəcək, onlara səs verməyəcək. Bu baxımdan da onlar öz gələcəyini qoruyub saxlamaq və heç olmasa qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etmək üçün Cəmil Həsənlini qabağa veriblər. Həmin insanların özləri isə onun kölgəsinə sığınıblar. Hətta Cəmil Həsənli müsahibələrinin birində qeyd etmişdi ki, o, bu seçkilərdə “Milli şura”nın vahid namizədi ola bilməz. Çünki buna onun imkanı, potensialı yoxdur. Cəmil Həsənlinin özü müsahibəsində bunu etiraf edib. Rüstəm İbrahimbəyovun aradan çıxaraq onları tək, acınacaqlı vəziyyətdə qoyması müxalif düşərgəni Cəmil Həsənli variantı üzərində işləməyə vadar edib.
- “Müsavat” başqanı İsa Qəmbərin öz namizədliyini geri götürərək Cəmil Həsənliyə dəstək olacağını deməsinə münasibətiniz necədir? Bu “Müsavat”ın növbəti gedişidir, yoxsa...?
- İnanmıram ki, İsa Qəmbər həqiqətən bu fikirləri söyləsin, əksinə hər şeyi son nəticə göstərəcək. Nəticə də ondan ibarətdir ki, seçki kampaniyasını aparmaq üçün Cəmil Həsənliyə heç bir dəstək olmayacaq.
- “El” hərəkatının Ali Məclis sədrinin keçmiş müavini Əflan İbrahimov bu yaxınlarda mətbuata açıqlamasında bildirib ki, “Milli şura” seçkilər öncəsi həm paytaxtda, həm də ki bölgələrdə iğtişaşlar törətmək niyyətindədir. Siz bu haqda nə düşünürsünüz?
- Təbii ki, “Milli şura”nın seçkiləröncəsi müxtəlif planlarının olması haqda məlumatımız var. Hər birimizə də məlumdur ki, 20 ildir müxalifətçilik edən bu insanların şəxsi maraqları ümumxalq maraqlarından öndə olduğu üçün heç bir uğur qazana bilmirlər. Şəxsi maraqların üstün olduğu yerdə isə onlardan hər şey gözləmək olar. Radikal müxalifət liderlərində hakimiyyətə o qədər hərislik var ki, nəyə desən razı olarlar. Təki, öz şəxsi maraqları həyata keçsin.
- Müxalifət partiyalarının sədrləri (İsa Qəmbər və digərləri) iddia edirlər ki, Azərbaycanda prezident iki dəfədən artıq seçilə bilməz. Siz necə düşünürsünüz, özünü siyasətçi kimi qələmə verən İ.Qəmbər və onun ətrafı qanunlardan bixəbərdirlər, yoxsa bilə-bilə xalqın seçiminə qarşı gedirlər?
- Sadəcə olaraq onlar Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevdən qorxduqları üçün bu addımı atırlar. Onlar bilirlər ki, hakim partiyanın namizədinin nə Azərbaycanın daxilində, nə də ölkəmizdən kənarda alternativi yoxdur. Beləcə, onlar bu yöndə də yalan informasiyalar yaymaqla, hüququ təhlil etmədən böhtan xarakterli fikirlər səsləndirirlər. Təbii ki, bu da ondan irəli gəlir ki, artıq həmin insanlar seçkilərdə uduzacaqlarını açıq-aydın dərk edirlər. Amma özlərini cəmiyyətə başa düşməyən kimi təqdim edirlər. Azərbaycan Respublikasının Konstitusiyasında hər bir şəxsin seçmək və seçilmək hüququ mövcuddur. Xalq seçki yolu ilə hakimiyyəti formalaşdırır. Yəni, hakimiyyətin mənbəyi xalqdır. Əgər biz xalqın səs vermək hüququnu məhdudlaşdırmaq istəyiriksə, bu ən böyük hüquq pozuntusudur. Xalq seçmək və seçilmək hüququna malikdir. Məhz, buna görə də xalq öz namizədini 20 dəfə də seçə və ya seçməyə bilər. Məsələn, indiyədək İsa Qəmbəri xalq heç bir dəfə də olsun seçməyib. Bu baxımdan da dünya praktikasında olduğu kimi, əsas seçkilərin demokratik, ədalətli və düzgün keçirilməsidir.
- Türkiyənin keçmiş diplomatı Turqut Ər açıqlamalarının birində YAP-ın namizədi haqqında xoşagəlməz ifadələr işlədib. Hətta o “Milli şura”nın uğur qazanmamasını həm daxildə, həm xaricdə ağlagəlməz oyunlar quran qüvvələrin olması ilə izah edib.
- Əslində həmin insanın adı Turqut Ər yox, “Ar”dır. Həmin insan mart, oktyabr hadisələrində, dövlət çevrilişlərində bilavasitə iştirak edib. Bu cür insanlar hər zaman Azərbaycanda ara qızışdırmaqla məşğul olub. Məhz buna görə də, diplomatik qaydalara əməl etməyən belə şəxslər ölkəmizdən uzaqlaşdırılıb. Bu mənada hesab edirəm ki, 5-10 manat pul alıb, orada-burada danışan bu kimi insanlardan başqa heç nə gözləməyə dəyməz. Turqut Ərin ən böyük vəzifəsi Türkiyə səfirliyinin mətbuat xidmətində çalışması idi. Onların məqsədi bundan ibarət idi ki, Azərbaycanda dövlət çevrilişinə cəhd göstərən qüvvələrə dəstək olsunlar. Düşünürdülər ki, ölkəmizi özlərindən asılı dövlətə çevirəcəklər. Təbii ki, Azərbaycan müstəqil dövlətdir. Türkiyə ilə ölkəmizin çox gözəl münasibətləri var. “Bir millət, iki dövlətik”. Amma bu cür dar düşüncə tərzinə malik, ara qızışdırmaqla məşğul olan insanlar, qaçıb özlərinə deşik axtaranlar, böhtan kampaniyası aparanlar hesab edirəm ki, heç bir uğur qazana bilməyəcək. Turqut Ərdə nə millət, nə vətən, nə də türkçülük anlayışı yoxdur.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

