Qiymətli kağızlar bazarı kəmiyyət və keyfiyyətcə yeni səviyyədə formalaşır
05.09.2013 [09:40]
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı www.yap.org.az saytına müsahibə verib:
- Rüfət müəllim, müstəqil Azərbaycanda qiymətli kağızlar bazarının formalaşması və inkişafı tarixi hansı dövrə təsadüf edir?
- Müasir Azərbaycan dövlətçiliyinin bütün fundamental elementləri kimi yeni iqtisadi sistemin, o cümlədən qiymətli kağızlar bazarının da formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin dayanıqlı özüllərinin əsası Ümummilli lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu siyasət dərin transformasiya prosesləri vasitəsilə planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi, mülkiyyət və azad sahibkarlıq prinsipləri əsasında yeni hüquqi münasibətlər sisteminin formalaşmasını təmin etmişdir. Qiymətli kağızlar bazarı formalaşmış yeni iqtisadi münasibətlər sisteminin ən mühüm elementlərindən biridir. Məhz bu səbəbdən Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra formalaşan ilk qanunvericilik aktlarının sırasında 1992-ci ildə qəbul edilmiş “Qiymətli kağızlar və fond birjaları haqqında” Azərbaycan Respublikasının Qanunu da var idi. Bununla belə, həmin dövrdə qiymətli kağızlar bazarının formalaşdırılması üçün fundamental hüquqi, institusional və siyası amillərin mövcud olmaması səbəbindən bazarın formalaşması məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra reallaşdı.
1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə hakimiyyətə qayıdışından sonra bu zəruri faktorların formalaşması təmin edildi: qısa bir müddətdə hərbi, siyasi sabitlik bərqərar olundu və bu əsasda da köklü iqtisadi islahatlara başlanıldı. İqtisadi artımın və istehsal potensialının bərpası iqtisadiyyatın müxtəlif sektorlarında kapitallaşma səviyyəsinin artırılmasını, eyni zamanda, onların müasir istehsal bacarıqları və vərdişləri əsasında yenidən təşkilini zəruri edirdi. Bu tələbatın təmin edilməsi üçün ölkədə özəl sahibkarlığın inkişafı və əlverişli investisiya mühitinin formalaşdırılması üçün həyata keçirilən təşəbbüslər genişləndirildi. Belə bir şəraitdə, Azərbaycan qiymətli kağızlar bazarı da iqtisadi transformasiya proseslərinin əsas iştirakçılarından biri kimi çıxış edirdi. 1995-ci ildə Ulu öndər Heydər Əliyevin qərarı ilə özəlləşdirmənin birinci mərhələsinə start verildi və səhmlərin buraxılışı və tədavülünə dair ilkin hüquqi münasibətlər, habelə Auksion Mərkəzi, “Mülk” Milli Depozit Mərkəzi kimi özəlləşdirmə prosesləri üçün zəruri infrastrukturu təmin edən institutlar formalaşdı. Fundamental iqtisadi islahatlar prosesində yenicə yaranmış bu təsisatlar, təbii ki, ilk dövrlər klassik fond bazarı institutları funksiyasını daşımırdı.
- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradılmasını və ona yüksək statusun verilməsini dövlətin bütövlüklə bu sahəyə verdiyi yüksək əhəmiyyət və qayğının təzahürü hesab etmək olar?
- Özəlləşdirmənin birinci mərhələsinin tamamlanması və özəl sahibkarlıq infrastrukturunun formalaşmasının başa çatması ilə 1998-ci ildən etibarən qiymətli kağızlar bazarının mütəşəkkil fond bazarlarına transformasiyası proseslərinə start verildi. Bu sahədə vahid dövlət siyasətinin hazırlanması və həyata keçirilməsini təmin etmək məqsədilə 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yaradıldı. İlk gündən Komitəyə yüksək statusun verilməsi də sizin qeyd etdiyiniz kimi bütövlüklə bu sahəyə yüksək dövlət əhəmiyyəti və qayğısının təzahürü idi. Tənzimləyici orqanın yaradılması ilə qiymətli kağızlar bazarının digər baza institutları, ticarət və post-ticarət institutları və maliyyə vasitəçilərinin formalaşdırılması və institusionallaşdırılması proseslərini sürətləndirildi. Milli Depozit Mərkəzi restrukturizasiya edilərək qiymətli kağızların saxlanc və depozitar xidmətlərini göstərməyə başladı. 2000-ci ildə Bakı Fond Birjası və ilk broker şirkəti fəaliyyətə başladı və bununla da qiymətli kağızlar bazarının mütəşəkkil ticarət platformasının formalaşması başa çatdı. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində mütəşəkkil fond bazarının zəruri infrastrukturu təsisatlarının formalaşması bazarda tələb və təklifin formalaşdırılması, maliyyə alətlərinin bazara çıxarılması və ticarətinin təşkil edilməsi üçün əlverişli zəmin hazırladı.
- 2003-cü ili Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinin başlanğıcı hesab edirlər. Bunu qiymətli kağızlar bazarına da aid etmək olar?
- 2003-cü ildən Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi qiymətli kağızlar bazarı da keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. 2003-2013-cü illər ərzində həyata keçirilən çoxsahəli islahat prosesləri nəticəsində qiymətli kağızlar bazarının özəlləşmə proseslərini dəstəkləyən infrastruktur təsisatından qeyri-neft sektoru müəssisələrinə sərmayə imkanları açan sektora transformasiyası prosesləri tamamlandı. Bu dövrdə qiymətli kağızlar bazarının əməliyyat infrastrukturunun tam avtomatlaşdırılması, qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, alətlər çeşidinin genişləndirilməsi və qiymətli kağızlar bazarında tənzimləyici potensialın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirildi. Qiymətli kağızlar bazarında baş vermiş bu proseslərin nəticəsi olaraq 2003-2012-ci illər ərzində qiymətli kağızlar bazarının əməliyyatlarının həcminin 93 dəfə artaraq 2013-cü ilin əvvəlinə 9,4 milyon manat, əməliyyatlarının həcminin qeyri-neft ÜDM-nə nisbətinin isə 2003-cü ilin göstəricisi olan 2 faizdən 2013-cü ilin əvvəlinə 33 faizdək artması ilə nəticələndi. Bu dövr ərzində qiymətli kağızlar bazarında müşahidə olunan müsbət kəmiyyət və keyfiyyət dəyişiklikləri məhz düzgün düşünülmüş siyasətin nəticəsidir.
- Bu dövr ərzində qiymətli kağızlar bazarının yeni formatda fəaliyyətini təmin etmək məqsədilə hansı hüquqi islahatlar həyata keçirilib?
- 2004-cü ildə Mülki Məcəlləyə müvafiq əlavə və dəyişikliklər edilməklə ölkədə qiymətli kağızlar bazarının fəaliyyəti və tənzimlənməsinə dair hüquqi normativ baza əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir. Bununla yanaşı, bütövlükdə tənzimləyici mühit əsaslı yeniləşərək 70-dən çox qanunaltı normativ sənədlər qəbul edilmişdir. Yeni qanunvericilik mühiti növbəti dövrlərdə də iqtisadiyyatın və sektorun tələblərinə uyğun davamlı olaraq təkmilləşdirilmişdir və artıq bu gün qiymətli kağızlar bazarının üçüncü nəsil qanunvericiliyi dövlət başçısının tapşırığı ilə hazırlanaraq hökumətə təqdim edilmişdir.
Qanunvericilik mühitinin dinamik təkmilləşdirilməsi ilə bərabər qiymətli kağızlar bazarının əməliyyat infrastrukturu da yenilənərək əhəmiyyətli dərəcədə sadələşdirilmişdir. Qiymətli kağızların ticarət və ticarət sonrası sistemləri inteqrasiya edilərək avtomatlaşdırılmış, klirinq və uçot əməliyyatlarının real rejimində icrası imkanları yaradılmışdır. Əgər 2003-cü ildə qiymətli kağızlarla ticarət əqdləri bir həftə ərzində tamamlanırdısa, artıq 2010-cu ildən etibarən ticarət əməliyyatlarının real vaxt rejimində həyata keçirilməsi təmin edilmişdir. Eyni zamanda, qiymətli kağızlar bazarı iştirakçılarına məsafədən çıxış imkanları yaradılmaqla maliyyə vasitəçiliyinin regional əhatəsi genişləndirilmişdir. Hazırda ölkənin fond bazarında fundamental bazar institutları ilə yanaşı maliyyə vasitəçiliyi funksiyasını həyata keçirən broker-diler, aktivlərin idarə olunması üzrə 14 şirkət fəaliyyət göstərməkdədir.
Qanunvericilik mühiti və əməliyyat infrastrukturunda həyata keçirilmiş keyfiyyət islahatları bazarda tələb və təklifin canlanmasını, mövcud maliyyə alətlərinin ticarətinin dərinliyinin artmasını, müddəti və gəlirliliyinə görə yeni maliyyə alətləri bazara çıxarılmasını təmin etmişdir. Dövr ərzində özəl sektor şirkətlərinin bazardan maliyyələşməsi tendensiyalarında əhəmiyyətli artım müşahidə olunmuş və korporativ qiymətli kağızlar bazarının bütövlükdə qiymətli kağızlar bazarında payı 3 dəfə artmışdır. Eyni zamanda, artıq 2009-cu ildən başlayaraq bazarın korporativ qiymətli kağızlar seqmenti bütövlükdə bazar və iqtisadiyyatın artım templərini bir neçə dəfə üstələyən tendensiya nümayiş etdirməyə başlamışdır. 2009-cu ildə Azərbaycan İpoteka Fondunun uzunmüddətli istiqrazlarının ticarətinə start verilməsi ilə tikinti sektorunun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşdirilməsi imkanları yaradılmışdır. 2010-cu ildə korporativ qiymətli kağızlarla repo və əks-repo əməliyyatlarının həyata keçirilməsi üçün platforma istifadəyə verilmişdir. Dövr ərzində, həmçinin, dövlət qiymətli kağızlarının çeşidi artmış və onların ticarəti genişləndirilmişdir. Əvvəlki dövrlərdə Maliyyə Nazirliyi tərəfindən buraxılan 35 günlük dövlət qısamüddətli istiqrazlarının müddəti 5 ilədək uzadılmış və dövlət borcunun effektiv idarəedilməsi üçün zəmin formalaşdırılmışdır.
- 2003-2013-cü illər ərzində kapital bazarlarından maliyyələşmə imkanlarının genişləndirilməsi məqsədilə nə kimi təşəbbüslər həyata keçirilib?
- 2009-cu ildən başlayaraq Bakı Fond Birjasının listinq mexanizmlərinin təkmilləşdirilməsi, sadələşdirilməsi və iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması nəticəsində şirkətlərin kapital bazarından maliyyələşmə meyillərində artım meyilləri müşahidə olunmağa başlanmışdır. Bunun nəticəsi olaraq 2009-cu ildə Bakı Fond Birjasının listinqinə ilk şirkətlər daxil edilmişdir. 2012-ci ildə artıq ənənəvi olaraq dövlət büdcəsi hesabına maliyyələşdirilən enerji sektorunun kapital bazarları alətləri vasitəsilə maliyyələşdirilməsi təşəbbüsü baş tutmuşdur. Bu layihədə Azərbaycan Respublikasının Dövlət Neft Fondu da investor qismində çıxış etmişdir. Bütün bunlar korporativ sektorun həm səhm, həm də istiqraz buraxılışı vasitəsilə kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsi ilə nəticələnməkdə, bazara yeni emitentlərin daxil olmasını təmin etməkdədir. Əgər qiymətli kağızlar bazarının ilkin formalaşma dövründə fond bazarında əsasən maliyyə sektorunun iştirakçıları aktiv istifadə edirdisə, bu gün enerji və real sektorun da bazardan vəsait cəlb etməsi müşahidə edilməkdədir.
- Rüfət müəllim, qarşıda duran hədəfləriniz barədə nə demək olar?
- Müstəqilliyinin 3-cü dekadasına qədəm qoymuş gənc Azərbaycan dövləti əvvəlki on illiklər ərzində nail olunmuş yüksək iqtisadi inkişaf və rifahın dayanıqlılığını və daha yüksək səviyyəyə çatdırılmasını təmin edəcək 2020 strategiyasının realizasiyasına başlamışdır. Qarşıda duran ambisiyalı hədəf iqtisadiyyatın növbəti dekada ərzində ikiqat artımını təmin edərək həyat səviyyəsinə görə inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Dinamik iqtisadi inkişaf və müvafiq olaraq artan investisiya tələbatı sərmayə mənbələrinin şaxələndirilməsini, daha ucuz və uzunmüddətli maliyyə resurslarına çıxış imkanları təmin edən qiymətli kağızlar bazarının əhəmiyyətli inkişafını tələb edir. Məhz bu məqsədləri realizə etmək üçün 16 may 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət Proqramı orta müddətli perspektivdə qabaqcıl standartlara uyğun, səmərəli fəaliyyət göstərən və tənzimlənən, özəl sektora geniş maliyyələşmə imkanları təqdim edən kapital bazarlarının kəmiyyət və keyfiyyətcə yeni səviyyədə formalaşmasını hədəfləməkdədir.
Qeyd olunan strategiya sənədlərində əks olunan hədəflərə nail olmaq məqsədilə qiymətli kağızlar bazarının institusional inkişafı, maliyyə vasitəçiliyi fəaliyyətinin və kollektiv investisiya sxemlərinin təşkili və təşviqi, qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi, maliyyə şəffaflığı prinsiplərinin, korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi, qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətləri üzrə kompleks tədbirlər həyata keçiriləcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58

