Ölkə başçısı İlham Əliyev ümumxalq dəstəyi nəticəsində seçki marafonunun mütləq qalibi olacaq
24.09.2013 [09:29]
Milli Məclisin deputatı, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “www.yap.org.az” saytına müsahibə verib:
- İsmayıl müəllim, bir dövləti dünyada tanıdan onun siyasəti ilə yanaşı, elmi potensialıdır. Elmin məbədgahı olan Milli Elmlər Akademiyasının bu gününü dünəni ilə müqayisə etdikdə hansı qənaət yaranır?
- Hər bir ölkənin həyatında elmin özünəməxsus yeri və rolu var. Çünki ölkənin inkişafı xeyli dərəcədə elmdən asılıdır. Hansı ölkə ki dünyanın inkişaf etmiş ölkəsi sayılır, bu elmin hesabına o səviyyəyə çatıb. Elmə, elmi nailiyyətlərə arxalanmayan dövlət lazımi səviyyədə inkişaf edə bilməz. Elm həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində vacib açar rolunu oynayır. Yəni ölkə elmi prinsiplər əsasında idarə olunmalı, elmi əsaslara söykənməlidir.
1945-ci ildə yaranan Azərbaycan Milli Elmlər Akademiyası təqribən 70 ilə yaxın şərəfli bir yol keçmişdir. Bu müddətdə Azərbaycan elmi dünya elminə inteqrasiya olunmuş və ölkə iqtisadiyyatının inkişafına əsaslı təsir göstərmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə elmin inkişafına, elmi tədqiqat müəssisələri üçün yeni inzibati binaların tikintisinə, maddi - texniki bazasının möhkəmləndirilməsinə, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə, kadr potensialının artırılmasına xüsusi diqqət yetirilmişdir.
Hər dövrün özünün tələbi olduğundan Azərbaycan Milli Elmlər Akademiyası müstəqillik dövründə bir qədər fərqli fəaliyyət göstərməli və elmi istiqamətlərin prioritetləri müəyyənləşdirilməlidir. Azərbaycan demokratik dövlət kimi inkişafını elm və təhsildən kənarda görmür. Dövlətimizin elmin problemlərinə xüsusi diqqətlə yanaşması respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması ilə bağlıdır. Ölkənin dinamik inkişafı isə idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi ilə şərtlənir.
Azərbaycan sürətli inkişafa malik və islahatçı dövlət kimi tanınır. Elm sürətli inkişafa kömək etdiyi kimi, öz fəaliyyətində islahatların həyata keçirilməsinə də xüsusi diqqət yetirməlidir. Təsadüfi deyil ki, dövlət başçısının 2009-cu il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirmişdir. Milli Strategiyanın əsas məqsədi Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsindən, respublikanın iqtisadi inkişafında elmin rolunun artırılmasından, yüksək ixtisaslı kadrların hazırlanmasından, elmi istiqamətlərin, prioritetlərin təyinindən ibarətdir. Strategiyanın vəzifələri daha genişdir, həyatın bir çox vacib sahələrini əhatə edir.
Akademiyanın bu gününü dünəni ilə müqayisə etdikdə bir sıra maraqlı məqamlar üzə çıxır. İlk növbədə cəmiyyətin inkişafı elmin inkişafını şərtləndirir. Elm də öz növbəsində cəmiyyətin sürətli inkişafı ilə ayaqlaşmalı, elmi-texniki potensialını artırmalıdır. Qeyd etməliyik ki, ölkə rəhbərinin bu sahəyə xüsusi diqqət yetirməsi Akademiyanın fəaliyyətini xeyli canlandırmış, onun iş əmsalını artırmışdır. Elmə ayrılan vəsait ilbəil artırılır, maddi-texniki bazanın möhkəmləndirilməsinə əlavə vəsait ayrılır, Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası sürətləndirilir, gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün əlavə vəsait ayrılır, elmi elitanın inkişafı ölkə üçün prioritet məsələ hesab edilir, elmi işçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür və s. Akademiya sistemində struktur dəyişiklikləri aparılır, islahatlar həyata keçirilir, ölkənin ideoloji siyasətində Akademiyanın fəallığı artır. Bir sözlə, dünənki dayaqlara söykənən Azərbaycan Milli Elmlər Akademiyasının bugünkü uğurları göz qabağındadır.
- AMEA Naxçıvan Bölməsi hansı zərurətdən yarandı? 2002-ci ildən ötən dövr Bölmənin həyatında hansı uğurlarla yadda qalıb?
- AMEA Naxçıvan Bölməsi yaranana qədər Naxçıvanda Naxçıvan Regional Elmi Mərkəzi, Naxçıvan Elmi-Tədqiqat Bazası, Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyaları fəaliyyət göstərirdi. İmkanları məhdud, maddi-texniki bazaları zəif olan, kadr potensialında elmi dərəcəlilərin az olması və elmi qüvvələrin parçalanması Naxçıvanda elmi-tədqiqat işlərinin səmərəliliyini azaldırdı. Ona görə də Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, biomüxtəlifliyi, mədəni mühiti və təbii sərvətlərinin öyrənilməsinə daha əlverişli şəraitin yaradılması və elmi mütəxəssislərin işə cəlb edilməsini stimullaşdırmaq üçün Ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə AMEA Naxçıvan Bölməsi təsis edildi. Bölmənin tərkibində 6 elmi-tədqiqat müəssisəsi - Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası yaradıldı. Naxçıvan Bölməsinin yaradılması ilə əlaqədar Ümummillli lider Heydər Əliyevin Sədrliyi ilə 2002-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində geniş müşavirə keçirildi. Müşavirədəki giriş nitqində Ulu öndər demişdir: “Siz bilirsiniz ki, avqust ayının 7-də mən Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında Sərəncam imzalamışam... Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən, dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyırdım. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var...”
Akademiyanın Naxçıvan Bölməsi müəyyən hazırlıq işlərindən sonra 2003-cü il yanvar ayının 16-dan fəaliyyətə başladı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun hər cür diqqət və qayğısı nəticəsində qısa müddətdə Bölmə üçün binalar ayrıldı, onlar yenidən qurularaq təmir edildi və avadanlıqlarla təchiz olundu. İlk növbədə, elmi istiqamətlər müəyyənləşdirildi, kadr potensialının artırılmasına xüsusi diqqət yetirildi.
Naxçıvan Bölməsi on illik fəaliyyəti dövründə bir sıra uğurlar əldə edib. 2004-cü il may ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA Naxçıvan Bölməsinin yeni korpusunun açılışında iştirak etdi və dərin məzmunlu nitq söylədi. Bioresurslar və Təbii Ehtiyatlar İnstitutunda yeni laboratoriyalar yaradıldı və onlar ən müasir cihaz və avadanlıqlarla təchiz edildi. Bölmənin “Tusi” nəşriyyatı, elmi kitabxanası, doktorantura şöbəsi, Dissertasiya Şurası, “Xəbərlər” jurnalı fəaliyyət göstərir. Bölmədə 2006-cı ildən fəlsəfə doktoru dissertasiyası müdafiə etmək üçün Dissertasiya Şurası mövcuddur. 2013-cü ildən Şuraya doktorluq dissertasiyası müdafiə etmək səlahiyyəti verilmişdir. İndiyədək Dissertasiya Şurasında 62 nəfər müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Akademiyanın Naxçıvan Bölməsinə fəlsəfə doktoru və elmlər doktoru hazırlamaq səlahiyyəti verilmişdir. Naxçıvan Bölməsi bir elmlər doktoru və 13 nəfər fəlsəfə doktoru ilə fəaliyyətə başlamışdır. Hazırda Bölmədə 1 akademik, 4 müxbir üzv, 6 elmlər doktoru, 53 fəlsəfə doktoru, doktorant və dissertantlar və elmi işçilər çalışır.
İndiyə qədər Naxçıvan Bölməsi əməkdaşlarının 4867 elmi əsəri çap olunmuşdur ki, bunların da 219-u kitab və monoqrafiyadır. Elmi işçilərin 844 əsəri xarici ölkələrdə nəşr edilmişdir. Bölmə əməkdaşları bir sıra ensiklopediyalar, xəritələr, ümumiləşdirici əsərlərin hazırlanmasında fəal iştirak etmişlər. İki cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri” ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan tarixi” atlası”, “Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı” (İki cilddə), “Naxçıvanın folklor antologiyası” (Üç cilddə), “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri: hazırki vəziyyəti və perspektivləri”, “Naxçıvan teatrının salnaməsi” (1883-2008)”, “Naxçıvanın görkəmli adamları” seriyasından 6 cildlik əsərləri (Taleyi və sənəti) və s. göstərə bilərik.
Bölmənin 27 əməkdaşı 1 beynəlxalq, 7 respublika səviyyəli qrant layihələrində qalib gəlmiş, 10 əməkdaş 18 patent almışdır. Hər il bölmə əməkdaşlarından 30-35 nəfəri 30-a yaxın beynəlxalq konfrans və simpoziumlarda iştirak edirlər. Naxçıvan ərazisində bizə məlum olan 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınmış və pasportlaşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 avqust 2012-ci il tarixli sərəncamı ilə hazırlanan “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildi üzərində işlər yekunlaşmaq üzrədir. Bu günlərdə Naxçıvan Bölməsinin Elmi kitabxanası əsasında Elektron kitabxana yaradılmışdır ki, bu da elmi işçilərin elmi fəaliyyətinə çox ciddi təsir göstərəcəkdir. Bütün elmi işçilər kompüter texnologiyası ilə təmin edilmişdir.
- Tarixçi-alim kimi bu gün tariximizin öyrənilməsi, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri, aparılan araşdırmaları necə dəyərləndirirsiniz?
- Azərbaycan dövlət müstəqilliyini bərpa edənə qədər elmin bir sıra sahələrində, xüsusilə ictimai və humanitar elm sahələrində məhdudiyyətlər və qadağalar var idi. Elə problemlər var idi ki, bu sahədə tədqiqatçılar araşdırmalar apara bilməzdi, aparsalar da əsərlərini çap edə bilməzdilər. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra bu qadağalar aradan götürüldü, istənilən tədqiqatçı istənilən problem və mövzu ilə bağlı əsər yaza bilər, söz deyər və s. Bütün bu dediklərimiz xüsusilə tarix elminə daha çox aiddir. Son 20 ildə tariximizin elə bir sahəsi yoxdur ki, o istiqamətdə tədqiqat işləri aparılmasın. Vaxtilə qadağan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, dövlətçilik tarixi, bir sıra görkəmli tarixi şəxsiyyətlərin və hərbçilərin həyat və fəaliyyətinin öyrənilməsi, azərbaycanlılara qarşı törədilmiş soyqırımlar, deportasiyalar və repressiyalar, Azərbaycanın siyasi tarixinin obyektiv araşdırılması, ərazi bütövlüyü və itirilmiş torpaqlar, azərbaycanlılara qarşı törədilmiş faciələrdə erməni amili və başqa onlarla mövzularda tədqiqat işləri aparmaq təbii ki, mümkün deyildi. Bu istiqamətdə söz demək istəyənlər isə millətçi, pantürkist və başqa adlarla ləkələnir və cəzalandırılırdı. Şükürlər ki, indi belə hallar yoxdur və bu müstəqilliyin bizə bəxş etdiyi ən böyük imkanlardır. Bu imkanlardan lazımınca istifadə olunur. Xüsusilə son illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda aparılan tədqiqatlarda və ayrı-ayrı tarixçilərin tədqiqatlarında üzə çıxarılası, dünya ictimaiyyətinə çatdırılası əsərlər yazılır. Lakin tarixçi alimlərimiz daha çox özümüz üçün yazırlar. Bu da lazımdır. İlk növbədə, biz özümüz, yəni azərbaycanlılar tariximizi yaxşı bilməliyik. Lakin iş bununla bitməməlidir. Daha çox xarici ölkələrdə, həmin dövlətlərin dillərində əsərlər yazılmalıdır. Bu sahədə işlərimiz lazımi səviyyədə deyil. Tək-tək belə əsərlərlə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə necə çatdıra bilərik? Ona görə xarici dilləri bilən, yüksək ixtisaslı tarixçi kadrlar hazırlanmalıdır. Dövlət səviyyəsində bu işə fikir verilsə də, doktorantlar xarici ölkələrə göndərilsə də, hələlik nəticə yoxdur. Tariximizi dünya xalqlarına təqdim etməliyik. Bu işlərlə məşğul olan, heç olmazsa layiqli əsərləri xarici dillərə tərcümə edib yayan mərkəzlər yaradılmalıdır. Bir sözlə, Azərbaycan reallıqları dünya ictimaiyyətinə çox zəif çatdırılır. Əsaslı işlər və dəyişikliklər görülməlidir.
- Təhsil xəzinədir, elm onun açarı. Milli Məclisin üzvü kimi qeyd olunan istiqamətlərdə atılan addımları necə şərh edərdiniz?
- Təhsilsiz və elmsiz müasir cəmiyyət ola bilməz. Ona görə də hər bir ölkə bu sahələrə diqqət yetirir. Təbii ki, imkanları səviyyəsində. Uzun illər təhsil sistemində işləmişəm - orta və ali məktəbdə. Təhsilin problemləri ilə yaxından tanışam. Elmi işlər üzrə prorektor, indi isə Naxçıvan Bölməsinin sədri kimi elmi fəaliyyətlə, onun problemləri ilə gündəlik məşğul oluram. Hər iki sahədə uğurlarımız daha çoxdur, lakin çatışmazlıqlar da vardır. Çalışmalıyıq ki, işimizə mane olan amilləri aradan qaldıraq.
Həqiqətən də təhsil xəzinədir, ucu-bucağı görünməyən bir ümmandır. İnsan ömrü boyu öyrənir, təhsil alır, biliyini artırır, son nəticədə elmi biliklərə yiyələnir. Təhsillə elm bir canlının qoşa qanadlarıdır, bunlar vəhdətdədir. Ölkə rəhbərliyi təhsil və elmlə bağlı nə qədər qərar və sərəncamlar verib, onların həyata keçirilməsi üçün nə lazımsa edib və bunlar indi də edilir.
- Demokratik seçkilər hər bir ölkənin mütərəqqi inkişafının əsasıdır. Bir Azərbaycan vətəndaşı, alim, xalqının parlamentdə təmsilçisi kimi 9 oktyabr prezident seçkiləri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Hər bir ölkədə demokratik seçkilər o ölkənin mühüm göstəricilərindən biridir ki, bəzən seçkilərə görə həmin ölkəyə münasibət sərgilənir. Təəssüf ki, burada da ikili standartlar mövcuddur. Azərbaycan azad seçkiyə, demokratik dəyərlərə yüksək qiymət verən ölkələrdəndir. Biz həm prezident seçkilərində, həm parlament, həm də bələdiyyə seçkilərində bunun dəfələrlə şahidi olmuşuq. Həm seçici, həm də seçilən kimi iştirak etmişik. Azərbaycan xalqı demokratik, azad, şəffaf seçkilərə gedib və layiqli namizədə səs verib. Hakimiyyətin mənbəyi xalq olduğundan xalq da düzgün seçim edib. Xalqımız Ulu öndər, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevi ölkə Prezidenti seçib. Azərbaycanı dünyaya tanıdan, ölkənin sürətli və dinamik inkişafını təmin edən, daxili və xarici siyasətdə çox böyük uğurlar qazandıran İlham Əliyevə səs verib. Sosioloji sorğuların nəticələrinə görə, 9 oktyabr seçkilərində əhalinin 80 faizindən çoxu İlham Əliyevi dəstəkləyəcək. Ona görə ki, İlham Əliyevin hakimiyyəti dövründəki Azərbaycan hərtərəfli inkişafa, daxili sabitliyə, kosmik sənayeyə, insanlar üçün firavan həyata, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına nail olmuşdur. Ümumiyyətlə, son 10 ildə Azərbaycan çox möhtəşəm və aşkar inkişafa nail olmuşdur. Bu uğurlara Azərbaycan Prezidentinin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində nail olunmuşdur. Ona görə də Azərbaycan xalqı İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyir, ölkənin seçdiyi yolun dəyişməyəcəyinə inamlarını bildirirlər. Respublika əhalisi hakimiyyətdən, onun həyata keçirdiyi siyasətdən razıdırsa, hakimiyyət nə üçün dəyişilməlidir? Azərbaycanın son 10 ildəki hərtərəfli inkişafı və bu sahədə ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti və məqsədyönlü fəaliyyəti Onu Prezident kürsüsünə gətirib çıxaracaqdır. Tam qətiyyətlə bildiririk ki, ölkə başçısı İlham Əliyev yenə də ümumxalq dəstəyi nəticəsində seçki marafonunun qalibi olacaq.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20

