Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Övladlarımız, gələcəyimiz naminə biz cənab İlham Əliyevi dəstəkləməliyik

Övladlarımız, gələcəyimiz naminə biz cənab İlham Əliyevi dəstəkləməliyik

26.09.2013 [09:43]

Nizami Süleymanov: Düşünürəm ki, seçki prosesinin ağırlığı Cəmil müəllimin vəziyyətini daha da pisləşdirəcək və onda fəsadlar yaranacaq
Müsahibimiz akademik Nizami Süleymanovdur:
- Nizami müəllim, prezident seçkilərinə 20 gündən də az bir vaxt qalır. Artıq Azərbaycan xalqının bu seçkilərlə bağlı yetkin mövqeyi formalaşıb. İstər rəy sorğularının nəticələri, istərsə də cəmiyyətin ümumi qənaəti bundan ibarətdir ki, bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev böyük üstünlüklə qalib gələcək. Bu nəticəni şərtləndirən amillər nədən ibarətdir?
- Azərbaycan seçicilərinin 90 faizinin qəti mövqeyi bundan ibarətdir ki, Azərbaycanda cənab İlham Əliyevin alternativi yoxdur. Ona görə də, bütün xalqımız İlham Əliyevə səs verəcək. Çünki İlham Əliyev müstəqil dövlətin başçısı necə olmalıdır, onu Öz fəaliyyəti ilə göstərir. İlham Əliyev idarə edəndir, idarəolunan deyil. O, bir lider kimi çox müstəqildir. Eyni zamanda, kifayət qədər savadlı, zəngin dünyagörüşünə malik, idarəçilikdə təcrübəli, peşəkar diplomatlıq qabiliyyətinə malik güclü bir liderdir. Bu gün Azərbaycanda bütün sahələrdə böyük inkişaf gedir. Bilirsiniz ki, Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. Ölkəmizin iqtisadi gücü imkan verir ki, bütün sahələrdə əsaslı islahatlar aparılsın və cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə də böyük işlər görülüb. İndi bəzi siyasətbazlar yerindən durub korrupsiyadan danışırlar. Dünyanın hansı ölkəsində korrupsiya faktı yoxdur? Bircə ölkə adı çəkmək olmaz ki, orada belə neqativ hallar baş verməsin. Azərbaycanda isə bu hallara qarşı yüksək səviyyədə mübarizə aparılır və bu mübarizəyə birbaşa İlham Əliyev Özü rəhbərlik edir. Azərbaycanda “ASAN xidmət” yaradılıb. Bu, dünyada ilk təcrübədir və bunun ideya müəllifi də cənab İlham Əliyevdir. Dövlət başçısının rəhbərliyi ilə dəfələrlə qərarlar qəbul olunub, bu işlər uğurla aparılır. Bu gün Azərbaycanda olan sabitlik dünyada çox az dövlətdə mövcuddur. Azərbaycan şəhərlərinin, rayonlarının inkişafı, son illərdə keçdiyi yol hamıda heyranlıq yaradır. Bu gün paytaxt Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bir dostum var, xaricdə yaşayır. O, Bakını görəndən sonra dedi ki, Bakı Parisdən də gözəldir. Budur, İlham Əliyevin həyata keçirdiyi siyasətin yaratdığı reallıqlar. Azərbaycanın paytaxtı dünyanın ən gözəl şəhərləri ilə müqayisə edilir. Azərbaycanın şəhər və rayonlarında 4000 km asfalt çəkilib, 170 körpü salınıb. Gəlin, baxaq görək, dünyanın hansı ölkəsində bu qədər işlər görülür? Bəs, bu işlər kimin rəhbərliyi, kimin təşəbbüsü ilə görülür? Əlbəttə ki, İlham Əliyevin. Onda biz niyə Onu dəstəkləməməliyik?
Əlbəttə ki, müəyyən çatışmazlıqlar var və bu çatışmazlıqları aradan qaldıra biləcək lider yenə də İlham Əliyevdir. Ona görə də, bu seçkilərdə İlham Əliyevin qələbə qazanması bütün xalqımızın arzusudur. Mən də həm bir alim, həm bir siyasətçi, həm də xalqını, dövlətini sevən bir vətəndaş kimi, üzümü seçicilərə tutub deyirəm ki, cənab İlham Əliyevə səs versinlər. Bu ölkədə bizdən sonra yaşayacaq övladlarımızın, gələcəyimizin naminə biz bu seçimi dəstəkləməliyik.
- Əlbəttə ki, bu seçkilərdə YAP-ın namizədi ilə yanaşı, müxtəlif təmayüllü siyasi qüvvələri təmsil edən digər namizədlər də var. Onlardan biri də radikal, dağıdıcı müxalifət partiyalarını özündə birləşdirən “Milli şura”nın namizədidir. Siz, bu antimilli qurumun bu günə qədər müşahidə olunan seçki hazırlığını necə qiymətləndirirsiniz?
- Dünya praktikasında bütün koalisiya hökumətləri uğursuzluğa düçar olublar. Elə çox uzağa getməyək, ətrafımızda baş verən hadisələri təhlil etsək, bir daha bu reallığın şahidi olarıq. Koalisiya şəklində hakimiyyətə gələn qüvvələr qısa zaman içərisində həm özləri dərin böhran yaşayıblar, həm də dövləti çox ciddi fəsadlarla üz-üzə qoyublar. Məsələn, Ukraynada, Gürcüstanda, bir qədər irəli gedib Türkiyədə koalisiya hökumətlərinin fəaliyyətinə və onların dövlətə verdiklərinə baxaq. Azərbaycanda da 1992-93-cü illərdə guya koalisiya yaratmışdılar axırda da dövləti parçalanmaq təhlükəsi ilə üz-üzə qoyub qaçdılar. İndi görünür, yenə belə bir ideyaya düşüblər. Radikalların “Milli şura”sında bir-birilərinə qarşı düşmənçilik mövqeyində dayanan siyasətçilər bir araya gəliblər, ya da zorla bir yerə yığılıblar. Gah Rəsul Quliyev İsa Qəmbəri tənqid, hətta təhqir edir, gah Lalə Şövkət digərlərini tənqid edir, gah biri o birinə daha sərt təhqirlərlə cavab verir. AXCP ilə “Müsavat”ın münasibətlərindən isə qətiyyən danışmağa belə, dəyməz. Qısacası, hər ağızdan bir səs çıxır. Yaxşı bu gün bir-birini həzm edə bilməyən, yola gedə bilməyən insanlar sabah hakimiyyətə gəlsələr, nə edəcəklər? Bunlar bir aya dövləti tamamilə parçalayar, 1993-cü ildə yarımçıq qoyduqları işlərini tamamlayarlar. Ona görə də, xalq artıq bunların əməllərini bilir, bunları yaxşı tanıyır və istəmir. Zorla deyil ki, xalq bunları qəbul etmir, istəmir ki, onlar yenə də Azərbaycanı bəlalara sürükləsinlər. Bunlar özlərinə demokratik qüvvələr desələr də, bunların demokratiya ilə heç bir əlaqəsi yoxdur. Adi bir faktı xatırladım. 1992-ci ildə mən də prezidentliyə namizədliyi vermişdim və seçicilərin 80 faizindən çoxunun səsini qazanaraq qalib gəlmişdim. Amma bunlar ən çirkin, ən cinayətkar, ən ləyaqətsiz, Azərbaycan xalqının demokratiya mübarizəsinə böyük zərbə vuran seçkilər keçirdilər. Bütün prosesi saxtalaşdıraraq Əbülfəz Elçibəyi hakimiyyətə gətirdilər. Ona görə də, bu gün demokratiyadan, demokratik seçkidən danışmağa onların heç bir haqqı yoxdur.
- Nizami müəllim, televiziya debatlarının birində prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov Cəmil Həsənovun vaxtından əvvəl pensiyaya çıxması ilə bağlı faktı təqdim etdi. Bütün israrlara rəğmən C.Həsənov hələ də bu məsələyə aydınlıq gətirməyib. Siz bu barədə nə deyə bilərsiniz?
- Əgər Cəmil Həsənova verilən sənədə inansaq, onun nəinki prezidentlik, heç kafedra müdiri işləməsinə də həkimlər icazə vermir. Ona verilən tibbi arayışda yazılıb ki, Cəmil Həsənova hər iki gözün diabetik antipotiyası diaqnozu qoyulub. Yəni sol gözün artifikasiyası - inkişaf etmiş qlarukoma yüksək gözdaxili təzyiqlə sağ gözün görmək 8/10 korreksiya ilə 1 vahid, sol gözü görməklə 2/100 korreksiya olunmur. Yəni lap kordur. Sağ gözün gözdaxili təzyiqi 17,8 mm, sol gözün gözdaxili təzyiqi 25,7 civə sütunudur. Bu həddən artıq yüksəkdir. Əgər bu sənəd həqiqidirsə, Cəmil Həsənovun bu gün təkcə bir gözü ilə görmək imkanı var. Əlbəttə ki, biz insanın fiziki qüsurunu ona irad tutmuruq. Hamının başına hər şey gələ bilər və məni düzgün başa düşmək lazımdır. Mən də gözümdən üç dəfə əməliyyat olmuşam. Amma söhbət ölkə başçısı olmaq iddiasında olan insanın fiziki durumundan gedir. Dünyanın bir çox ölkələrində prezidentliyə namizədlərdən sağlamlıq haqqında sənəd alırlar. Bəlkə birinin psixi durumunda müəyyən meyillər başlayıb və sabah bu, dəlilik halına gələ bilər və bu hal da ölkəni idarə etməyinə mane ola bilər. Ona görə də, düşünürəm ki, bizdə bu məsələlərə diqqətlə yanaşmaq lazımdır. Cəmil Həsənovun probleminə gəldikdə isə yenə həmin sənəddə göstərilir ki, bu ömürlük diaqnozdur. Yəni onun sağalmasına ümid yoxdur. 22 iyul 2011-ci il tarixli 450 nömrəli akt ilə sosial ekspertiza mərkəzi tərəfindən ona III dərəcə müddətsiz əlillik qərarı verilib. Yəni bu adamın gözü heç vaxt bərpa oluna bilməz. İndi məni bir şey maraqlandırır. Görəsən, Cəmil Həsənov “Milli şura”da bu sənədi göstərib deyibmi ki, o, taygözdür və onda kəskin həddə şəkərli diabet var? Yenə deyirəm mənim məqsədim kimisə təhqir etmək deyil, sadəcə hər şeyi öz adı ilə çağırmaq lazımdır. İstənilən an şəkərli diabet onun ikinci gözünü də tuta bilər. Eyni zamanda, ona verilən sənəddə yazılıb ki, Cəmil Həsənovun əmək fəaliyyəti məhdudlaşdırılır. Yəni həkim məsləhəti ilə yüngül işlərlə məşğul ola bilər. Əgər Cəmil Həsənov xəstəliyi barədə “Milli şura”dakılara məlumat verməyibsə, deməli onları aldadıb. Yox əgər bu sənədi onlara göstəribsə, bəs, onda onlar hansı vicdanla belə bir insanı belə bir ağır yükün altına sürükləyiblər? Cəmil Həsənliyə kömək etmək lazım idi, müalicə alsın, sağalsın, bir alim kimi gedib tədqiqatla məşğul olaydı. Əgər, sənəd saxtadırsa, onda bu, artıq bizim işimiz deyil, hüquq-mühafizə orqanlarının işidir. Çünki teledebatda özünü elə aparırdı ki, heç kor adama oxşamırdı. Varsa belə bir xəstəliyi təkrar bir də müayinədən keçirilsin, lazımdırsa, ona tibbi yardım göstərilsin, müalicə edilsin. Humanizm qaydalarını tətbiq edərək təcili olaraq bu adamın namizədliyi ləğv olunmalıdır. Axı bu, Əlillər Cəmiyyətinin sədri seçkisi deyil. Bu, Azərbaycan Respublikasının Prezidenti seçkiləridir, Prezident həm də Ali Baş Komandan olacaq. Amma normal hallarda belə - bir gözü tutulmuş adamları əsgərliyə aparmırlar. Amma Ali Baş Komandan olmağa iddialı olan bir adamın gözünün biri kordur, o biri isə hər an kor ola bilər. Ona görə də, bu adamın nəinki prezident, məmur, hətta kafedra müdiri işləməsi belə, düzgün deyil. Mən iki dəfə seçki prosesində iştirak etmişəm və bilirəm ki, bu, çox ağır bir prosesdir. Düşünürəm ki, bu ağırlıq Cəmil müəllimin vəziyyətini daha da pisləşdirəcək və onda fəsadlar yaranacaq.

Paylaş:
Baxılıb: 995 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30