Novruz Məmmədov: Ketrin Eşton və Ştefan Füle öz işləri ilə məşğul olsalar yaxşıdır
05.10.2013 [11:37]
“Onların 20 ildən artıq davam edən münaqişə barədə bir dənə də olsa, normal və ədalətli bəyanatları olmayıb”
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SİA-ya müsahibəsi:
- Novruz müəllim, Avropa Birliyinin beynəlxalq siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Ketrin Eşton və qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Fülenin Azərbaycana qarşı qərəzli bəyanatını nə ilə əlaqələndirmək olar?
- Çox təəssüflər olsun ki, ötən gün biz bununla da tanış olduq. Ketrin Eştonun və Ştefan Fülenin Azərbaycanla bağlı bəyanatları təəssüf və təəccüb doğurur. Ona görə ki, birincisi onlar Brüsseldə oturub, heç nədən xəbərləri olmadığı halda əsassız bəyanat verirlər. Digər tərəfdən, düşünürəm ki, həm xanım K.Eştonun, həm də komissar Ş.Fülenin fəaliyyət sahəsi başqadır. Yaxşı olardı ki, onlar öz işləri ilə məşğul olsunlar. Əgər onları Azərbaycan doğrudan da hərtərəfli maraqlandırırsa, xanım K.Eşton qoy Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqe bildirsin. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 20 ildən artıqdır ki, davam edir, amma xanım Ketrin Eştonun, eləcə də komissar Ş.Fülenin bununla bağlı bir dənə də olsa normal və ədalətli bəyanatları olmayıb. Lakin seçkilər ərəfəsində belə bir bəyanatın bildirilməsi şübhəsiz ki, Azərbaycana qarşı qərəzli və bizim qəbul etmədiyimiz qeyri-obyektiv bir fikrin nümayişidir. Düşünürəm ki, bu bəyanatı komissar Ş.Füle hazırlayıb və xanım K.Eştonu da özünə qoşub. Çünki cənab Ş.Füle artıq neçə illərdir ki, vaxtaşırı Azərbaycana qarşı qərəzli mövqe bildirir. Bu illər ərzində bir dəfə də olsun Ş.Füle Azərbaycana qarşı müsbət mövqe bildirməyib. Azərbaycanın 1 milyondan çox əhalisi öz yurd-yuvalarından didərgin düşüblər. Onların bütün fundamental hüquqları pozulub. Bununla bağlı heç nə deyilmədiyi halda, daima Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqedən çıxış ediblər. Ş.Füle həmişə Ermənistana müsbət münasibəti ilə gündəmə gəlib. Onun fəaliyyət dairəsi genişlənmə və qonşuluq siyasətidir. Baxmayaraq ki, bu siyasətdə də yaxşı nəticəni görmək mümkün deyil. Çünki Avropa ölkələrinin bir hissəsini və Şərqi Avropa dövlətlərinin siyasi motivlərini daha çox önə çəkir. Onun da nəticəsi olaraq bunların bir çoxu maliyyə və iqtisadi böhranla üzləşir. Bu gün dünyada, xüsusilə də, Avropada islamofobiya baş alıb gedir. Universal dəyərləri yüksək tutan Ş.Füle nə üçün buna nəzər salmır? Bu gün Dağlıq Qarabağa Suriyada yaşayan erməniləri köçürürlər, niyə görə buna qarşı heç bir söz söylənmir? Niyə Dağlıq Qarabağda tikilən aeroportla bağlı beynəlxalq çərçivədə heç bir mövqe bildirmir? Gəlin nəzər salaq, Avropanın qonşuluq siyasəti bu gün Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova, Ukrayna ilə bağlıdır. Bu ölkələrə nə verib? Hansı töhfəni verib və hansı uğuru gətirib? Təəssüflər olsun ki, bunların heç birini bu gün müşahidə etmək mümkün deyil. Buna baxmayaraq, bu gün K.Eşton və Ş.Füle bu kimi işləri kənara qoyub Azərbaycanda keçiriləcək seçkilərdəki vəziyyətlə bağlı öz narahatlığını bildirir. Yaxşı olardı ki, onlar bu kimi əsassız fikirləri səsləndirməzdən əvvəl, dünyanın mötəbər qurumlarının, təsisatlarının, beyin mərkəzlərinin, sorğu mərkəzlərinin mövqelərini və araşdırmalarını öyrənəydilər. Nə dedikləri ilə maraqlanaydılar. Azərbaycanda bütün istiqamətlərdə gedən inkişafa nəzər yetirəydilər. Qeyd edək ki, bu gün Azərbaycanda onlarla müşahidə missiyası var və onların mövqelərini öyrənmək olardı. Bunları nəzərə almadan bu cür bəyanatla çıxış etmək Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığa xidmət etmir. Bu üzdən bu cür bəyanatları qəbul etmirik, onu qeyri-səmimi və qərəzli hesab edirik.
- Beynəlxalq Böhran Qrupu bir neçə gün öncə “Azərbaycan və Ermənistan risklər mövsümü” adlı hesabat yayıb. Hesabatda iki dövlət arasında müharibənin qəfil başlayacağı barədə fikir bildirilib. Bu nə qədər əsaslıdır?
- Bu, bir tərəfdən bu gün Ermənistanda aparılan təbliğat kampaniyasının tərkib hissəsidir. Bu illər ərzində nə üçün münaqişənin həllində heç bir nailiyyətlər əldə olunmayıb? Çünki Ermənistanın arxasında havadarları dayanıb. Ermənistan özünün bütün alçaq vasitələrindən istifadə edərək Azərbaycanı təzyiq altında saxlamaq istəyir. Belə tədbirlər keçirilən zaman Qərbdə və Avropada müəyyən dairələr Ermənistanın tərəfini saxlayırlar və onu dəstəkləyirlər. Hələ oktyabrın 2-də Avropa Şurasının Parlament Assambleyasında Ermənistan prezidentinin geniş çıxışı oldu və müəyyən problemlərdən danışdı. Bunların içərisində Ermənistanın işğalçı siyasətini təsdiq etdi və bunu etiraf etdi. Bir suala cavab olaraq, hətta qeyd etdi ki, biz sizin daha 25-30 faiz ərazinizi işğal edə bilərik. Bunu Ermənistanın prezidenti deyir. Bu cür çıxışa və etirafa cənab Ş.Füle və xanım K.Eşton münasibət bildiribmi? Bildirməyiblər və bildirməyəcəklər. Ona görə ki, onlar Ermənistanı dəstəkləyirlər. Əgər ki, Azərbaycan belə bir çıxış etsəydi o zaman Azərbaycana qarşı təzyiq etməyə başlayacaqdılar. Lakin düşündürücü sual budur ki, Sarkisyanın bu cür işğalçı siyasətinə qarşı nə AŞ, nə də bir millət vəkili bir söz deməyib. Bu ikili standartın göstəricisidir. Bu cür təxribat xarakterli addımlar, məhz Azərbaycanı qıcıqlandırmaqdan ötrüdür. Yəni, Azərbaycanı müharibəyə sürükləsin və bütün dünyanın Azərbaycanın müharibə ritorikasından əl çəkməsi tələbi ilə özünə bayraq etsin.
- NATO-nun Baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin dondurulmasının ağır nəticələri regiondan kənarda hiss oluna bilər. Bu sözləri söyləyən NATO rəsmisi niyə işğalçı Ermənistana qarşı ciddi təzyiq və təsirlərin edilməsi üçün səy göstərmir?
- Əsas məsələ elə bundan ibarədir. Əlbəttə, münaqişənin dondurulması region üçün böyük fəsadlara gətirib çıxarır. İlk növbədə, Ermənistanın özü üçün. Ermənistan nə qədər ki, bu münaqişə həll edilməyib daim təcrid olunmuş vəziyyətdə, böhran, uçurum içərisində qalacaq. Ermənilərin Ermənistandan kütləvi şəkildə köçü davam edir və bu proses getdikcə sürətlənir. Bu, bizim regionun hüdudlarından kənarda da öz təsirini və ağır nəticələrini göstərir. Lakin nə üçün NATO bunlara konkret mövqe bildirib münaqişənin həllinə çalışmır? NATO, ATƏT, AB bunu edə bilər. Lakin etmirlər. AB-nin işi nədən ibarətdir? Avropada təhlükəsizlik. Bəs, nə üçün bu təhlükəsizliyi təmin etmirlər? Bu suala onlar cavab verməlidirlər.
- AŞPA-nın tribunasından çıxış edən Sarkisyan erməni parlamentarilər tərəfindən tənqid edildi. Ona qumar və içki düşkünü olması, eləcə də saxta yolla prezident seçilməsi kimi ittihamlar irəli sürüldü. Bu fikirlər fonunda AŞPA-nın Sarkisyanı prezident kimi tanıması təəccüb doğurmur ki?
- Ümumiyyətlə, S.Sarkisyanın prezident kimi tanınması həmişə şübhəli olub. S.Sarkisyan müəyyən dövrlərdə cinayət törətmiş insandır. Azərbaycanlılara qarşı Dağlıq Qarabağda çox böyük cinayətlər törədib. Vaxtı ilə bunu özü də etiraf edib. Lakin bunu Qərbdə nəzərə almırlar. Ona görə ki, Ermənistanı sanki Şərq, Qərb, Şimal, həm də Cənub övladlığa götürüb. Sarkisyan himayə olunduğu səbəbdən sərsəm bəyanatlar verir. AŞPA-da S.Sarkisyanı ittiham edən əsasən Azərbaycanın millət vəkilləri və erməni deputatları olub. Onu qumar oynamaqda və 70 milyon uduzmaqda ittiham ediblər. Özünü demokrat kimi nümayiş etdirən S.Sarkisyan onu AŞPA-da ittiham edən erməni deputatını görün, nə kökə salacaq.
- BMT Baş Assambleyasının 68-ci sessiyasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın atdığı addımları regional və beynəlxalq təhlükəsizliyə təhdid olduğunu bildirib. Erməni nazirin bu addımı atmasına, sizcə, hansı amillər səbəb ola bilər?
- Bu, düzdür, erməni özbaşınalığıdır. Lakin bu özbaşınalığın ermənilər üçün böyük bir faciə olacağı gün kimi aydındır. Bunu onların özləri də çox gözəl bilirlər. Həmişə erməni rəhbərləri belə “priyomlar”dan, belə təbliğat kampaniyalarından istifadə ediblər. Tarixən, eləcə də, hazırki dönəmdə Ermənistan rəhbərliyi bu cür vasitələrdən istifadə edirlər. İndiyə qədər onların qazandıqları ancaq bir məzlum xalq statusu olub. Bundan başqa heç bir şey qazana bilməyiblər. Buna görə də, AŞPA-nın sessiyasında, BMT-nin Baş Assambleyasında da eyni metodlardan istifadə edərək məzlum xalq olduqlarını nümayiş etdirməyə çalışırlar. Amma onlar bilməlidirlər ki, gec-tez Azərbaycan öz torpaqlarını qaytaracaq. Lakin bu prosesin tezliyi məhz Ermənilərin özü üçün yaxşıdır. Onlar əmin olsunlar ki, Azərbaycan öz torpaqlarını mütləq qaytaracaq və Azərbaycan torpaqlarının bir qarışını da erməni işğalı altında qoymayacaq.
- Serj Sarkisyan Soçidə keçirilən toplantıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətindən öz narazılığını bildirib. Səbəb isə KTMT-nin Azərbaycanın maraqlarını müdafiə etməsini göstərib. Buna münasibət bildirmənizi xahiş edirik.
- ATƏT-in Minsk qrupu illərdir fəaliyyət göstərir, lakin heç bir nailiyyət əldə edə bilməyib. Ermənilərin başlıca istəyi həm Amerikanın, həm Avropanın, həm İranın, həm Rusiyanın, həm də KTMT-nin dəstəyindən istifadə etməkdir. İndi KTMT ədalətli bir çıxış etdikdə, bu, təbii ki, Ermənistanı qane etmir. Bu cür hallar Ermənistanı narazı salırsa, qoy salsın. Ermənistan öyrəşməlidir ki, bu cür hallar hələ çox olacaq.
- Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv yanaşmadan uzaq olan Sarkisyan hakimiyyəti nə zamana qədər bu işğalçı siyasətini həyata keçirəcək və nəhayət Azərbaycan konkret addımlar atmaq üçün hərəkətə keçəcəkmi?
- Azərbaycanın rəhbərliyi münaqişənin həlli üçün bütün iradəsini ortaya qoyub. Sadəcə olaraq biz münaqişənin sülh və danışıqlar yolu ilə həll olunmasını istəyirik. Bu, ən düzgün yoldur. Buna da ümidimiz var. Düşünürük ki, burada iki faktor əsasdır. Birincisi, erməni xalqı gec-tez başa düşməlidir ki, onlar torpaq iddiası ilə yaşayıb böyük uğurlar qazana bilməzlər. Ermənilərin Dağlıq Qarabağ arzuları gec-tez onların ürəklərində qalacaq. Çünki bunun başqa bir yolu yoxdur. İkincisi isə, beynəlxalq təşkilatlar, Avropa, Amerika, Minsk qrupunun həmsədri olan dövlətlər artıq konkret mövqe nümayiş etdirməlidirlər. Bu mövqeyi nümayiş etdirsələr, münaqişə tezliklə həll olunacaq. Azərbaycan münaqişənin həllində bütün iradəsini ortaya qoymağa hər an hazırdır. Buna heç kəsin şübhəsi olmasın.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40

