Siyavuş Novruzov: Münaqişənin həlli üçün həmsədr ölkələr dəyişilməlidir
06.11.2013 [09:52]
“Ölkəmizin BMT TŞ-da tutduğu ədalətli mövqe və apardığı iş bir daha onu göstərir ki, Azərbaycanın tutduğu yol haqq yoludur”
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, ölkəmizdə keçirilən III Bakı Beynəlxalq Humanitar Forumu başa çatdı. Ümumilikdə Forumun əhəmiyyəti və mahiyyəti haqqında nələri demək olar?
- Hesab edirəm ki, bu Forumun keçirilməsi ölkəmiz üçün çox mühüm bir hadisə idi. Forumun özülü də məhz Azərbaycan tərəfindən qoyulub. Bu Forum da, digər forumlar kimi yüksək səviyyədə keçirildi. Forumun əhəmiyyəti dinlərarası, mədəniyyətlərarası və dövlətlərarası qarşılıqlı dostluq münasibətlərinə, eləcə də, fikir mübadiləsinin aparılması prinsiplərinə dayanırdı. Burada bir çox ölkələrin keçmiş dövlət başçılarının, tanınmış ictimai-siyasi xadimlərin, o cümlədən, elm xadimlərinin, ayrı-ayrı dini qurumların təmsilçilərinin iştirakı da Forumun yüksək səviyyədə təşkil olunmasından xəbər verirdi. Burada müzakirə olunan məsələlər, aparılan söhbətlər və ikitərəfli münasibətlər həm dövlətimiz, həm də xalqımız üçün vacib olan elementlərdən biridir. Eləcə də, həmin Forumda cənab Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanla bağlı həqiqətlər bütün dünya ölkələrinin diqqətinə bir daha çatdırıldı və bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər qəbul olundu. Hesab edirəm ki, bu proses çox əhəmiyyətli bir işdir. İnanırıq ki, bu gələcəkdə də yüksək səviyyədə davam etdiriləcək.
- Prezident İlham Əliyev Forum çərçivəsində etdiyi çıxışında dünya dövlətləri arasında etimad mühitinin olmadığını və bununla bağlı ciddi böhranın yarandığını da diqqətə çatdırdı...
- Hesab edirəm ki, dövlətlərarası etimadın olmaması XXI əsrin ən böyük problemlərindən biridir. Təbii ki, bu da ümumilikdə qarşılıqlı münasibətlərin pozulmasına və xalqlar, dinlər, mədəniyyətlər arasında soyuqlaşmaya gətirib çıxarır. Bu baxımdan düşünürəm ki, hər bir dövlətin digər dövlətə qarşı etimadı olmalıdır ki, məhz bu etimadın nəticəsində həm qarşılıqlı iqtisadi-siyasi, həm də elmi əlaqələrin və s. fonunda inkişaf yaransın. Bunun olmadığı təqdirdə isə iqtisadi münasibətlər pozulur və iş adamları həmin ölkəyə investisiya qoymaq fikrindən yayınır. Hesab edirəm ki, bu, dünyanın ən vacib problemlərindən biridir. Məlumdur ki, dünyada bəzi dövlətlər özlərini hegemon kimi aparırlar. Həmin dövlətlər digərlərinə etinasız yanaşmağa başlayırlar. Amma onlar düşünmürlər ki, hər bir dövlət dünya birliyində bərabərhüquqlu statusa malikdir. Yəni, BMT-nin üzvü olan dövlətlərin hamısı böyük və kiçikliyindən asılı olmayaraq, eyni hüquqa malikdirlər. Təbii ki, hər kəsin də bir səsvermə hüququ var. Təəssüflər olsun ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı BMT tərəfindən qəbul olunan 4 qətnamə bu günə kimi yerinə yetirilməyib. Lakin başqa-başqa ölkələr haqqında verilən qərar dərhal həyata keçirilir. Hətta ayrı-ayrı Avropa strukturları və qurumlarında erməni lobbisinin təsiri və təzyiqi ilə ədalətsiz qərarlar (Azərbaycana və digər dövlətlərə qarşı) qəbul olunur. Məsələn, Türkiyə Cümhuriyyəti Avropa İttifaqına üzv olmaqdan ötrü neçə illərdir ki, mübarizə aparır, lakin bu günə kimi də onu İttifaqa üzvlüyü qəbul olunmayıb. Türkiyə dövləti Avropa Şurasının yaranmasında ilk imza atan ölkələrdən biridir. Amma bu günədək onun üzərindən monitorinq götürülməyib. Bu da təbii ki, sonda qarşılıqlı etimadın olmamasına gətirib çıxarır.
- Azərbaycan Gömrük İttifaqına daxil olarsa, bu ölkəmizə nələri verə bilər?
- Birincisi, bu, çox çətin məsələdir. Çətinliyi isə odur ki, bu gün Ermənistan tərəfi Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayır. Dövlətimizin işğalçı ölkə ilə eyni səviyyədə Gömrük İttifaqına daxil olması o deməkdir ki, idxal olunan bütün yüklər sərbəst şəkildə Azərbaycanın ərazisindən Ermənistana daşınacaq. Halbuki bizim qarşı tərəflə heç bir iqtisadi əlaqələrimiz mövcud deyil. Hətta bununla bağlı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Belarus Prezidenti Aleksandr Lukaşenko qeyd ediblər ki, mövcud durumda Azərbaycanla Ermənistanın Gömrük İttifaqına daxil olması mümkün deyil. Bu, o halda baş verə bilər ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini boşaltsın və ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Təbii ki, bundan sonra Azərbaycan bu kimi beynəlxalq qurumlarda iştirak edə bilər.
- ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri ilə bağlı gözləntiləriniz nədir? Sizcə, bu səfərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hansısa irəliləyişə nail olmaq mümkündürmü?
- ATƏT-in Minsk qrupunun həmsədrləri 20 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir iş görməyib. Bu açıq şəkildə bəllidir ki, həmsədrlər burada heç bir addım atmayacaq. Biz təhlil edərkən belə görürük ki, ən böyük erməni diasporu Fransada fəaliyyətdə olan erməni diasporudur. Məlumdur ki, Fransa parlamentində də ermənilərin xeyli nümayəndəsi var. O cümlədən, Fransa dövlətinə ermənilərin təsiri daha çoxdur. Hətta Fransanın keçmiş prezidenti işğalçı ölkəni özlərinin bacısı adlandırıb. Bilirsiniz ki, Amerikada böyük Ermənistan diasporu fəaliyyətdədir. Onlar Konqresə mütəmadi olaraq təsir göstərir. Təbii ki, belə olan təqdirdə onlar həmsədrlərə də müəyyən mənada təsir göstərəcəklər. Üçüncü həmsədr ölkə Rusiyadır ki, bildiyiniz kimi Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Hətta bu yaxınlarda həmin hərbi bazanın komandiri öz səlahiyyətlərinə aid olmayan bəyanat verdi. Məhz bununla əlaqədar olaraq da Azərbaycan Müdafiə Nazirliyi həmsədrlərə məsələ ilə bağlı izahat verilməsini tələb etdi. Ermənistan Rusiyanın for-postudur. Ümumilikdə götürdükdə, həmsədrlik məsələsi gərək 3 ildən bir rotasiya olunsun. Hesab edirəm ki, artıq onları əvəzləyəcək başqa dövlətlər bu işlə məşğul olmalıdır. Bunların regiona səfəri sadəcə olaraq turistik səfərinə oxşayır.
- Gürcüstanda yeni hakimiyyət dəyişiklikləri baş tutdu. Yeni seçilmiş prezident Georgi Marqvelaşvilinin rəhbərlik etdiyi hakimiyyətlə Azərbaycan arasındakı gələcək münasibətləri necə xarakterizə etmək olar?
- Düşünmürəm ki, burada hər hansı ciddi bir dəyişikliklər olsun. Gürcüstanla Azərbaycan arasında çox güclü iqtisadi münasibətlər mövcuddur. Gürcüstana bütün həlledici məqamlarda Azərbaycan dövləti, hakimiyyəti, xalqı hər zaman dəstək olub. Təbii ki, bunu bütün gürcü xalqı və cəmiyyəti də bilir. Bu mənada hesab edirəm ki, gürcü cəmiyyətinin iradəsindən kənar orada hər hansı bir addım atıla bilməz. Beləcə, bu münasibətlər bundan sonra da olduğu kimi davam edəcək.
- Son olaraq, Azərbaycanın BMT TŞ-da qeyri-daimi üzvlük müddəti başa çatıb. Ölkəmizin Şuraya üzv olduğu müddətdə hansı uğurlu nailiyyətlər əldə olunub?
- Birincisi, Azərbaycanın 155 dövlətin səsi ilə BMT TŞ-ya üzv seçilməsi ölkəmiz üçün ən böyük uğurlardan biri idi. Bildiyiniz kimi, BMT-yə 200-ə yaxın dövlət daxildir. Bu onu göstərir ki, Azərbaycanın xarici siyasəti çox uğurlu şəkildə aparılıb. Dünya ölkələrində artıq Azərbaycan ciddi dövlət kimi tanınır. Ölkəmizin istər iqtisadi inkişafı, istər dövlətimizdə aparılan demokratik islahatlar, istərsə də digər məsələlər onu göstərir ki, Azərbaycan nüfuzlu bir dövlətdir. Ölkəmizin burada tutduğu ədalətli mövqe və apardığı iş bir daha onu göstərir ki, Azərbaycanın tutduğu yol haqq yoludur.
Xəbər lenti
Hamısına baxAnalitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18

