İqtisadi potensialın artırılması üçün geniş imkanlar mövcuddur
04.04.2014 [08:53]
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisad elmləri doktoru Ayaz Orucov www.yap.org.az saytına müsahibə verib:
- Ayaz müəllim, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir bayram tədbiri hesabat xarakteri daşıyır, yəni ötən illərin təhlili fonunda qarşıda duran vəzifələr müəyyənləşdirilir. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində proqram xarakterli çıxışında iqtisadi uğurların ölkəmizin hərtərəfli inkişafında əsas stimul olduğu bir daha diqqətə çatdırıldı. Bu uğurları şərtləndirən amillər hansılardır?
- Möhtərəm Prezidentimiz İlham Əliyev həmin çıxışında bu reallığı xüsusi olaraq bildirdi ki, son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Təbii ki, bu fikrin böyük qətiyyətlə səsləndirilməsinə əsas verən amillər var. İstər Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, istər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda, istərsə də Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatında səsləndirilən rəqəmlərdən iqtisadi inkişafın bugünkü səviyyəsi daha aydın görünür. Bu uğurların fonunda inkişafın Azərbaycan modelinin mövcudluğu beynəlxalq səviyyədə də qeyd olunur və öyrənilməsinin vacibliyi bildirilir. Dünyanı iqtisadi və maliyyə böhranı bürüdüyü illərdə Azərbaycanın heç bir problem yaşamaması, əksinə iqtisadi artımın sürətinə görə liderliyini qoruması da bu reallığı ortaya qoydu. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması uğurların davamlılığına geniş imkanlar açır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə də, iqtisadiyyatın şaxələndirilməsi siyasəti yüksək dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıdakı on il üçün əsas hədəflər sırasında Azərbaycanın yüksək gəlirli ölkəyə çevrilməsi, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılması xüsusi qeyd edilir. İki regional inkişaf proqramının uğurlu icrası son on ildə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas vermişdir. Artıq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident Sərəncamı imzalanıb. Sənəddə də iki proqramın icra olunduğu 10 ildə əldə olunan sosial-iqtisadi göstəricilər əksini tapıb. Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bu əminliyi ifadə etmişdir ki, qəbul ediləcək növbəti- üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcək.
Əvvəldə də qeyd etdiyimiz kimi, regionların malik olduğu potensialdan istifadə etmək məqsədilə imzalanan Dövlət proqramları və onların uğurlu icrası qeyri-neft sektorunun inkişafını sürətləndirir. İqtisadiyyatın enerji amilindən asılılığı azalır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan Dövlət Neft Fondu ölkənin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini maliyyələşdirir. Maliyyə şəffaflığının yüksək səviyyədə təmin edilməsi hər bir layihənin icrasının nəzərdə tutulan vaxtda başa çatdırılmasını şərtləndirir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, möhkəm siyasi sabitlik üzərində qurulmuş iqtisadi sabitlik, infrastruktur layihələri, sosial proqramlar və digər istiqamətlər üzrə uğurlu fəaliyyət çox mühüm nəticələrə gətirib çıxarır. Ölkə Prezidentinin Sərəncamı əsasında 2014-cü ilin “Sənaye ili” elan olunması, eyni zamanda, bununla bağlı Tədbirlər Planının təsdiqlənməsi sənaye potensialının gücləndirilməsinə, işsizlik probleminin həllinə öz müsbət təsirini göstərəcək.
- Hər ilin konkret sahənin adı ilə bağlanması təbii ki, belə bir həqiqəti ortaya qoyur ki, hərtərəfli inkişaf dövlətin siyasətində prioritetdir. “Sənaye ili” hansı uğurları vəd edir?
- Ölkə Prezidentinin 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında Sərəncamında da qeyd edilir ki, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. Müasirləşmək, yeniləşmək dövrün əsas tələbinə çevrilib. Yeni yaradılan və yaradılması nəzərdə tutulan müəssisələr bu baxımdan diqqətçəkəndir. Bir vacib məqamı da qeyd edək ki, strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmlərindən bəhs edərkən, peşəkar kadr məsələsi də vacib amil kimi qeyd edilir. Dövlət başçısı İlham Əliyev kadr hazırlığını iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırmağı qarşıya mühüm vəzifə kimi qoyub. Qeyd edək ki, son on ildə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da mühüm uğurlar əldə olunub. Belə ki, bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələri yaradılıb, sənaye məhsulu istehsalının həcmi 2,7 dəfə artıb. Cənab İlham Əliyev ölkənin hərtərəfli inkişafında Bakı və Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafını prioritet məsələ kimi öndə saxlayır. Məhz Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planına uyğun olaraq görülən işlərin nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, paytaxtla bölgələr arasında fərq müəyyən dərəcədə aradan qaldırılıb. Artıq Bakı və Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası başa çatıb, yeni sənədin qəbulu nəzərdə tutulur. Dövlət başçısı İlham Əliyevin hər bir bölgəyə, qəsəbəyə səfəri yeni müəssisələrin istifadəyə verilməsi və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.
- Ayaz müəllim, beynəlxalq maliyyə qurumlarının Azərbaycanla bağlı rəyləri gələcək barədə hansı təsəvvürləri yaradır?
- Bir faktı qeyd etmək kifayətdir ki, uğurlu sosial-iqtisadi islahatların nəticəsidir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtiasadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb. Eyni zamanda, bir müddət öncə ABŞ-ın “Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq indeksi-2014” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3 xal toplamaqla dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub. Hesabatda ölkəmizdə yaradılan əlverişli biznes mühiti təqdir olunur, şəffaflıq prinsipinin qorunmasına xidmət edən addımlar önə çəkilir. Son on ildə ümumi daxili məhsulun 3,4 dəfədən çox artması, ölkə iqtisadiyyatına 150 milyard dollardan artıq investisiyanın yatırılması uğurlu hadisə kimi vurğulanır. Bu inam ifadə edilir ki, uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanı qarşıdakı illərdə daha önəmli uğurlar gözləyir. Mütəmadi olaraq Cənubi Qafqaz ölkələrində əhalinin prezidentlərinə etimadını, ölkədəki ictimai-siyasi, iqtisadi durumu öyrənmək məqsədilə sorğu keçirən ABŞ-ın nüfuzlu “Gallup” təşkilatının hesabatlarında əksini tapan statistik rəqəmlərdən də məlum olur ki, dünya dövlətlərini narahat edən qlobal maliyyə böhranına baxmayaraq, iqtisadiyyatı sürətli, dinamik və davamlı inkişaf yolu ilə irəliləyən Azərbaycan aparılan məqsədyönlü islahatlar nəticəsində qazandığı liderlik adını qoruyub saxlayır. Azərbaycan, eyni zamanda, beynəlxalq aləmdə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Məlum olduğu kimi, ötən il İstanbulda keçirilən Xəzər Forumunun sonunda müxtəlif nominasiyalar üzrə Xəzər mükafatları təqdim olunmuşdur. Dövlət başçısı İlham Əliyev regionda həyata keçirilən transmilli layihələrdə liderliyinə görə “İlin Xəzər dövlət adamı” mükafatına layiq görüldü.
Məhz bu uğurlarımızın fonunda möhtərəm Prezidentimiz İlham Əliyev böyük qətiyyətlə və inamla söyləyir: “Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır.”
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapan müddəalar və onların icra mexanizmləri uğurlu gələcəyimizin təsdiqidir.
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54

