/ / Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır
Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır
04.04.2014 [08:55]
Mübariz Qurbanlı: Gələcəkdə Trans Xəzər layihəsinin yenidən aktuallaşması istisna deyil
Müsahibimiz Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlıdır:
- Mübariz müəllim, həyata keçirilən səmərəli xarici siyasət kursu nəticəsində, Azərbaycanın beynəlxalq nüfuzu davamlı olaraq artmaqdadır. Bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş ölkəmizin xarici siyasətinin hədəfləri də bəllidir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir. Dövlətimizin başçısı xarici siyasətimizin hədəflərini konkret şəkildə bəyan edib. Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Xarici siyasətimizin başlıca istiqamətlərindən biri də, Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha geniş miqyasda ifşasına, işğalçı dövlət kimi Ermənistan əleyhinə beynəlxalq təşkilatlarda daha çox sənədlərin qəbul edilməsinə nail olmaqdır. Bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir.
Bütün bunlar diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətlidir. Ölkəmizin xarici siyasətindəki bu çeviklik böyük dividendlər qazandırır. Bu gün Azərbaycan 150-yə yaxın ölkə ilə iqtisadi sahədə əməkdaşlıq edir. Azərbaycan bloklara qoşulmamaq hərəkatındadır, eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bütövlükdə beynəlxalq müstəvidə əlaqələrimiz daha geniş xarakter alır. Bu faktor isə xarici siyasətimizin məqsəd və vəzifələrinə uyğundur. Dövlətimizin başçısı Azərbaycanın tam müstəqil siyasət yeritdiyini birmənalı şəkildə bəyan edib. Ümumiyyətlə, Prezident İlham Əliyevin prinsipial mövqeyi xarici siyasətimizin perspektivləri baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan, həmçinin, Avropanın enerji təhlükəsizliyinə də böyük töhfələr verməkdədir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası çərçivəsində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm transmilli layihələr bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu strategiyanın davamı olaraq, Transanadolu və Transadriatik Qaz kəmərləri üzrə razılaşmaların əldə edilməsi, XXI əsrin kontraktı adlandırılan “Şahdəniz-2” layihəsi üzrə investisiya sazişinin imzalanması, Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək, bununla da, hələ uzun illər xalqımızın rifahına öz əhəmiyyətli töhfəsini verəcəkdir. Sözsüz ki, bu dinamik inkişafa Azərbaycan Prezidentinin Ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olmaq mümkün olub.
- Bu günlərdə Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov ölkəmizdə səfərdə oldu. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək perspektivləri haqqında nə deyə bilərsiniz?
- Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin tarixi kökləri var. Biz türkdilli dövlətlərik və əlaqələrimizin inkişafında bu amilin də özünəməxsus yeri var. Son illər isə bu münasibətlərimiz bütün müstəvilərdə yenidən inkişaf etdirilməyə başlayıb. 2008-ci ilin mayında Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri buna misal ola bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin ilin noyabrında Türkmənistana rəsmi səfəri dostluq və əməkdaşlıq əlaqələrinin daha da istiləşməsinə yol açdı. Ümumilikdə, dövlət başçılarımızın keçirdiyi görüşlərdə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunur.
İkitərəfli əlaqələrin inkişafı bölgədə qlobalmiqyaslı layihələrin həyata keçirilməsinə də təkan verə bilər. Bu mənada bu günlərdə Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun ölkəmizə səfəri, onun Prezident İlham Əliyevlə keçirdiyi görüş, aparılan müzakirələr əlaqələrimizin gələcək perspektivlərinin əhəmiyyətindən xəbər verir. Bildiyiniz kimi, Türkmənistan rəsmisi görüş zamanı Prezident Qurbanqulu Berdiməhəmmədovun bu ölkəyə dəvət məktubunu dövlət başçımıza təqdim edib. Görüşdə, həmçinin, ölkə başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolu xüsusi qeyd edilib. Eyni zamanda, Prezidentimiz İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu vurğulayıb.
Bilirsiniz ki, Azərbaycanla Türkmənistan müxtəlif sahələrdə fəal əməkdaşlıq edirlər. Turkmənistan Dağlıq Qarabağ məsələsinin həllində də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Hesab edirəm ki, Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin inkişafına və daha da möhkəmləndirilməsinə müsbət təsir göstərəcək.
- Azərbaycan və Türkmənistan böyük karbohidrogen ehtiyatlarına malikdir. Bu sahədə əməkdaşlıq imkanlarını necə dəyərləndirirsiniz?
- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan uğurlu neft strategiyası həyata keçirir və neft-qaz resurslarımız dünya bazarına çıxarılır. Bu məqsədlə reallaşdırılan neft və qaz kəmərlərinin böyük əhəmiyyəti var. TAP və TANAP layihələrinin imzalanması da ölkəmizin nüfuzunun göstəricisidir. Bu layihələrin reallaşması mövqelərimizi daha da gücləndirəcək.
Ölkələrimizin bu sahədə əməkdaşlığına gəlincə, əlbəttə ki, geniş imkanlar mövcuddur. Uzun illərdir ki, Trans Xəzər qaz kəməri müzakirə mövzusudur. Doğrudur, bu haqda yekun qərar verilməyib, amma müzakirə predmetidir. Nəzərə alsaq ki, Avropa İttifaqı da Türkmənistan qazının Avropa qitəsinə ixrac olunmasında maraqlıdır, onda bu yöndə gələcəkdə də ciddi işlərin görülməsi perspektivləri var. Azərbaycanın Avropaya çıxan qaz kəmərlərinə Türkmənistanın Trans Xəzər qaz kəməri vasitəsi ilə qoşulması mümkündür. Amma bu tək Azərbaycandan asılı olan məsələ deyil, bütün tərəflər bu məsələdə prinsipial mövqe nümayiş etdirməlidirlər. Qeyd edim ki, ABŞ prezidentinin Türkmənistan prezidenti ilə danışıqları, Azərbaycan və Türkmənistan prezidentlərinin telefon danışığı, Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycana səfəri Trans Xəzər layihəsini yenidən aktuallaşdıra bilər. Hər halda bu məsələnin necə yekunlaşacağını gələcək göstərəcək.
- Mübariz müəllim, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar həmsədrlər tərəflərlə son vaxtlar tez-tez görüşlər keçirir. Bu görüşlərin real nəticələr verəcəyini gözləmək olarmı?
- Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən, ATƏT çərçivəsində Ermənistanın təcavüzkar siysəti ilə bağlı mövqeyini bildirir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur. Həmsədrlər bir müddət öncə regiona səfər etdilər, eləcə də, Haaqa şəhərində həmsədrlərin tərəflərlə görüşü keçirildi.
ABŞ-ı təmsil edən həmsədr tez-tez münaqişənin həlli ilə bağlı sosial şəbəkələrdə fikirlərini paylaşır. Amma ATƏT-in Minsk qrupu sülh prosesinin sürətlənməsinə və konkret nəticələrin əldə olunmasına təsir göstərməlidir. Bunun üçün Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. Buna görə də, həmsədrlər keçirdikləri görüşlərdə münaqişənin ədalətli həlli üçün ciddi səy göstərməli və konkret mövqe nümayiş etdirməlidirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

