Siyavuş Novruzov: Bələdiyyə üzvlərinin sayının azaldılmasına ehtiyac var
17.04.2014 [09:08]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun Gün.Az-a müsahibəsi:
- Siyavuş müəllim, qarşıdan növbəti bələdiyyə seçkiləri gəlir. YAP seçkilərə necə hazırlaşır və nə qədər namizəd irəli sürməyi nəzərdə tutur?
- Əvvəla, biz hakim partiya olaraq, builki bələdiyyə seçkilərində əsas üstünlüyü gənclərə, qadınlara verəcəyik. Yəni, Yeni Azərbaycan Partiyasının seçki kampaniyasında iştirak etmiş və fəal olmuş üzvlərinə üstünlük verəcəyik. Həmçinin, biz bələdiyyələrlə bağlı təhlillər aparırıq ki, onların işi, fəaliyyəti necə olub, bu 5 il müddətində nələr baş verib, onlar vətəndaşlar tərəfindən qəbul olunur, ya olunmur. Eyni zamanda, hansı bələdiyyələr ki, aktivdir, vətəndaşlar tərəfindən qəbul olunur, həmin bələdiyyə üzvlərinin təkrar namizədliyinin irəli sürülməsi məsələsi nəzərdən keçirilir. Bununla yanaşı, müəyyən yerlərdə yeniliklərin olunması da bizim seçki proqramımıza daxildir.
Onu da xatırladım ki, Azərbaycanda keçirilən ilk bələdiyyə seçkilərində seçilən bələdiyyə üzvlərinin təxminən 3,5 faizi gənclər idi, elə o qədər də qadınlar. Lakin bizim təşəbbüsümüzlə keçən bələdiyyə seçkilərində gənclərə və qadın namizədlərə üstünlük verildi, onların təmsilçiliyi təxminən 30 faizi keçdi.
İndi də üstünlüyü əsasən bu istiqamətdə verəcəyik. Bizim çox fəal gənclərimiz var. İstəyirik ki, bu gənclər bələdiyyələrdə püxtələşsin, yetişsin və növbəti digər seçkilərdə də özlərini sınaqdan keçirsinlər. Bu baxımdan, biz bütün bələdiyyələrdə olan yerlərə namizəd irəli sürəcəyik. Yəni, bələdiyyələrdə nə qədər ki, yer var, hər birinə bir namizəd irəli sürəcəyik. Seçkilər zamanı hansısa problemlər yaranmasın deyə də biz indidən xəbərdarlıq edirik ki, əgər Yeni Azərbaycan Partiyası ora namizəd irəli sürübsə, digər üzvümüzün öz təşəbbüsü ilə namizədliyini irəli sürməsi əvəzinə, onun həmin insanlara dəstək verməsi daha məqsədəuyğun, daha uğurlu olar. Çünki 600 mindən artıq partiya üzvümüz var və onların hər biri də o bələdiyyə üzvlüyünə namizəd olmağa layiqdir. Bununla belə, təbii ki, onların içərisində seçim aparıb, namizədləri müəyyənləşdirmək lazımdır və belə də olacaq.
- Yeri gəlmişkən, bələdiyyə seçkiləri ilə bağlı seçki qanunvericiliyinə dəyişikliklər məsələsi gündəmə gələ bilərmi? Xatırlatmaq yerinə düşər ki, bir müddət öncə siz özünüz parlamentdə belə bir təşəbbüslə çıxış etmişdiniz, xüsusilə, qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da bələdiyyə sədrlərinin seçki yolu ilə müəyyənləşdirilməsinin vacibliyini söyləmişdiniz...
- Qeyd edim ki, bununla bağlı artıq parlamentin müvafiq komitəsinə təkliflərimizi bildirmişik. Hesab edirəm ki, burada söhbət tək ondan getmir, həm də bələdiyyələrin üzvlərinin sayının azaldılması məsələsi ortaya çıxıb. Çünki dünya təcrübəsində var ki, bələdiyyələrin və ya bələdiyyə üzvlərinin sayı həddindən artıq çox olmur. Bizdə də təbii ki, sayın azaldılmasına ehtiyac var. Məsələn, hansısa bir kənddir, orta hesabla bura 3 nəfər kifayət etdiyi halda 8-9, bəzən görürsən 11 nəfər bələdiyyə üzvü seçilir və burada da idarəçilikdə bir çətinlik yaranır.
O cümlədən, bələdiyyə sədrlərinin də seçilməsi onların məsuliyyətini bir daha artırmış olar ki, işlərindən, öhdələrinə düşən vəzifələrin həllindən möhkəm yapışsınlar. Düzdür, bizdə bələdiyyə sədrləri bələdiyyə üzvləri tərəfindən seçilirlər, amma onların da birbaşa namizədliklərinin irəli sürülüb, ümumi seçicilər tərəfindən seçilməsi həmin insanların məsuliyyətini daha da artırar onların işinin keyfiyyəti daha da yaxşılaşar. Çünki növbəti seçkidə o seçicilər qarşısına çıxanda artıq özünün gördüyü işlər barəsində hesabat verməlidir. Yəni, nəinki bələdiyyə üzvləri qarşısında, bütün seçicilər qarşısında. Hesab edirəm ki, bununla bağlı Türkiyənin təcrübəsindən bəhrələnmək olar.
- Tez-tez Azərbaycanda böyükşəhər bələdiyyələrinin, xüsusilə, Bakı Böyükşəhər Bələdiyyəsinin yaradılması məsələsi gündəmə gətirilir. Avropa Şurasının müvafiq qurumu da bu məsələdə israrlıdır. Ona görə bu məsələ də nə vaxtsa reallaşa bilərmi?
- Bilirsiniz, bu rayonların, xüsusilə, Bakının tərkibindəki rayonların ərazisi biri-birinə bağlı olan ərazidir. Məsələn, ümumi kommunikasiyalardır, digər məsələlərdir, hamısı birgədir. Eyni zamanda, bələdiyyənin heç biri bir-birindən asılı deyil. Yəni, bələdiyyələr müstəqil qurumdur. Onların yuxarısında hər hansı bir qurum yoxdur. Bununla belə, həm Avropa Şurası, həm də, digər beynəlxalq təşkilatlar tərəfindən təkliflər irəli sürülür ki, böyükşəhər bələdiyyələri yaradılsın, amma bunu götür-qoy edib baxmaq lazımdır ki, böyükşəhər bələdiyyələrinin yaradılması, yəni, formalaşdırılmasına ciddi ehtiyac var, yoxsa, yoxdur... Bu da hesab edirəm ki, ictimai müzakirəyə ehtiyacı olan bir məsələdir.
- Təxminən il yarımdan sonra isə Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. YAP son seçkilərdə deputat mandatı əldə etmiş üzvlərinin hamısının namizədliyini irəli sürəcək, yoxsa, burada ciddi dəyişikliklər edəcək? Mətbuatda da artıq belə məlumatlar getməkdədir ki, YAP öz deputatların heç də hamısının namizədliyini irəli sürməyəcək...
- Öncə deyim ki, hakim partiya parlamentdə təmsil olunan komandasının, üzvlərinin fəaliyyətindən razıdır. Bu gün çox yaxşı bir heyət Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edir. Lakin biz bu gün əsas gücümüzü, yenə deyirəm, bələdiyyə seçkilərinə yönəltmişik, daha çox bələdiyyə seçkilərinə hazırlıq işləri ilə məşğul oluruq. Dekabr ayında bələdiyyə seçkilərini başa çatdırdıqdan sonra növbəti il üçün parlament seçkilərinə hazırlıq planı başlayacaq.
Bununla yanaşı, keçən parlament seçkiləri ərəfəsində olduğu kimi, qarşıdan gələn seçkilərlə də bağlı yerlərdə sorğular aparılır ki, onların Milli Məclisə seçilmiş üzvlərimizdən razılığı, narazılığı nə yerdədir, həmçinin, parlamentdə təmsilçilikləri hansı qaydadadır, onlar hansı qanunvericilik təşəbbüsləri ilə çıxış ediblər və sairə.
Ümumi ictimai rəy və digər bu kimi hallar müzakirə olunduqdan sonra da qərar veriləcək ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyəti kimləri bu dəfə də namizəd irəli sürəcək, kimləri namizəd irəli sürməyəcək. Burada həmçinin, nəzərə almaq lazımdır ki, alternativlər kimdən ibarət olacaq. Məsələn, elə dairə var ki, orada ancaq lazım olacaq ki, yerdəyişmə olsun, elə dairə olacaq ki, elə həminki millət vəkili yenidən oradan partiyanı təmsil etsin. Bütün hallarda bunlar götür-qoy olunur və olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15

