Azərbaycan dünyada sivilizasiyaların dialoqu məkanı kimi tanınır
13.11.2014 [18:34]
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev
- Cavanşir müəllim, bildiyimiz kimi Azərbaycan beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirir. İkitərəfli və çoxtərəfli münasibətlər inkişaf edir və ölkəmiz beynəlxalq təşkilatlarda uğurlara imza atır. Məhz bu reallıqlar və perspektivlərlə bağlı nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Azərbaycan müstəqilliyə qədəm qoyduğu ilk illərdən bu günə qədər çox uğurlu yol keçib. Əgər ilk illərdə baş verən xaosu nəzərə almasaq, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanan müstəqillik yolu, öz məntiqi ardıcıllığı ilə gedir və ölkəmiz dinamik inkişaf edir. Bu inkişafı nədə görürük? Birincisi, yeni müstəqillik əldə etmiş dövlətin tanınması, müstəqil ölkə kimi hamı tərəfindən qəbul olunması özünü əməkdaşlıqda göstərir. Dövlətlərin rəsmi şəkildə tanınması, BMT-yə üzv qəbul olunması, sadəcə, prosedurdur. Amma həqiqi müstəqillik tamam başqa məsələdir və bu sonrakı mərhələdə özünü göstərir. Yəni hər bir ölkə özünü siyasəti, mövqeyi dünya dövlətləri ilə əlaqələri kontekstində beynəlxalq müstəvidə daha yaxşı tanıda bilir. Bu mənada, dünyada Azərbaycana qarşı böyük maraq var. Ona görə də, Azərbaycan müstəqillik əldə etdikdən sonra qısa bir zamanda özünü beynəlxalq aləmdə təsdiq edib. Bu prosesdə təkanverici hadisələr olduğu üçün Azərbaycanın müstəqilliyinin tanınması başqa ölkələrlə müqayisədə daha tez baş verib.
Bu amillərdən birincisi Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası idi. Çünki Heydər Əliyev dünyaya çox əhəmiyyətli neft-qaz strategiyası təqdim etdi və bu da transmilli şirkətlər üçün cəlbedici oldu. Bilirsiniz ki, Azərbaycan müharibə şəraitində idi və bu şəraitdə olan dövlət dünya üçün maraqlı ola bilməzdi. Məhz belə şəraitdə ən düzgün yolu Ulu öndər Heydər Əliyev təqdim etdi və biz dünyanı Azərbaycana cəlb etmiş olduq. «Əsrin müqaviləsi» əsasında dünya ölkələri Azərbaycana gəldi və iqtisadiyyatımıza sərmayələr qoydular. Bu hadisədən sonra ölkəmizin nüfuzu beynəlxalq müstəvidə artmağa başladı. Dövlət müstəqilliymizin bərpa olunmasının 20-ci ilində isə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bu prosesin ən yüksək zirvəsi oldu. Çünki Azərbaycanın inkişafı, beynəlxalq müstəvidə nüfuzunun artması sitiqamətində həyata keçirilən siyasət öz bəhrəsini verdi. Bildiyiniz kimi BMT-yə üzv dövlətlərdən 155-i Azərbaycanın bu mötəbər quruma üzv seçilməsinə səs vermişdi və bunun nəticəsində də ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərdi. Bu fakt onu da təsdiqlədi ki, dünya dövlətlərinin mütləq əksəriyyəti Azərbaycana rəğbətlə yanaşır. Düşünürəm ki, başqa dövlətlərin tarixində belə qısa müddət ərzində etibarlı tərəfdaş imici qazanmaq presedenti olmayıb. Bu şəkildə müqayisə etsək, Azərbaycanın dövlətçilik modeli ən uğurlu modeldir.
- Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz günü gündən inkişaf edir, xarici ölkələrin Azərbaycana marağı daha da artır...
- Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişafın yeni mərhələsindədir. Ulu öndər Heydər Əliyevin zamanında Azərbaycanı dünyaya tanıda bildik. Təbii ki, sosial-iqtisadi, mənəvi durum yaxşılaşdıqca, Azərbaycanın dünyaya təqdim edə biləcəyi daha çox şeylər ortaya çıxır. Bu, hər şeydən əvvəl iqtisadiyyatdır, həmçinin, ölkədə ictimai-siyasi sabitlik hökm sürür. Əgər sabitlik təmin edilibsə, cəmiyyətdə konsessus varsa, xaricdən gəlib ölkəmizdə işləməyə, sərmayə yatırmağa çəkinmirlər. Bilirsiniz ki, ölkəmizə qoyulan sərmayələr ildən ilə artmqdadır. Təkcə bu ilə ərzində Azərbaycana dövlət büdcəsinə bərabər səviyyədə sərmayə yatırılıb. İndi artıq ölkəmiz nəinki neftini, iqisadiyyatını, eyni zamanda, mədəniyyətini dünyaya təqdim edə bilir. Zaman keçdikcə Azərbaycan daha geniş spektrdə dünya siyasətinə nüfuz edə bilir və öznün maddi və mənəvi sərvətlərini təqdim edir.
Qeyd edim ki, 1993-cü ildə biz öz mədəniyyətimizi dünyaya təqdim edə bilmirdik. Çünki min illərdən ötüb gələn mədəniyyətimizi təqdim etmək imkanımız yox idi. Amma bu imkan yarandıqca, dövlətimiz gücləndikcə bu iş davam etdirilir. Hazırda daha çox mədəni, elmi, ictimai nailiyyətlərimizi dünyaya tanıdırıq. 1990-cı illərdən fərqli olaraq 2000-ci illərdə dünyaya öz milli mənəvi dəyərlərimizi, mədəniyyətimizi təqdim edirik. Xüsusilə Avropa ölkələrində, Parisdə, Londonda və sair yerlərdə saysız-hesabsız mədəniyyət tədbirləri keçirilir. Yəni indiki mərhələdə Azərbaycanın beynəlxalq müstəvidə tanınma amilləri genişləndirilir. Hazırda daha çox mədəni sərvətlərimizlə tanınırıq. Bütün bunlar paralel baş verdiyi üçün inkişafımız özünəməxsus tərzdə baş verir. Hamı qəbul edir ki, Azərbaycan dünyada ən tolerant ölkədir. Dünyada yeganə ölkədir ki, Azərbaycanda hər hansı konfessiyaya aid olan dini bayramın qeyd olunması zamanı bütün konfessiyaların rəhbərləri birgə təbrik edir və mərasimlərdə iştirak edirlər. Bu vəziyyəti, ABŞ-da, qərbi Avropa ölkələrində görə bilməzsiniz. Amma bu, Azərbaycanda mövcuddur.
Yəni bütün bunlar çox unikal bir hadisədir. Azərbaycan bu gün sivilizasiyalar arası dialoq məkanı kimi tanınır və bu istiqamətdə keçirilən tədbirlərə dünyanın hər yerindən nüfuzlu qonaqlar gəlir. Bu baxımdan ölkəmiz özünəməxsus imic qazanıb və bu imic daimidir. Çünki mədəniyyət yüzillərin məcmusudur və özümüzün ən böyük sərvəti kimi dünyaya təqdim edirik. Bu da Azərbaycanı başqa dövlətlərdən fərqləndirən xüsusiyyətlərdən biridir.
- Cavanşir müəllim, Azərbaycanın əsas problemi torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsidir. Bu problem hələ də öz həllini tapmayıb. Münaqişənin həlli perspektivlərini necə görürsünüz?
- İndiki dövrdə torpaq işğal etməklə hansısa böyük uğurlardan danışmaq mümkün deyil. Yəni 21-ci əsrin öz özəllikləri var və bu, artıq qloballaşmanın sürətli mərhələyə qədəm qoyduğu əsrdir. 1990-cı illərdə baş verən hadisələr qloballaşmanın xarakterinə ziddir və ona görə də, başa çatdırıla bilmir. Bu səbəbdəndir ki, separatçı rejimlər müstəqil ola bilmirlər. Ziddiyət də bundan ibarətdir ki, imperiyapərəst qüvvələr qüvvələr hələ də 19-cu əsrdəki kimi düşənərək özlərinin ətrafında o mühti yaratmaq istəyirlər. Amma qloballaşmanın tələbləri və gedişi tamamilə bunun əksinədir. Ona görə də, imperiyapərəst qüvvələr üçün də asan deyil. Onlar təkcə bizim müstəqilliyimizə qarş yox, həm də qlobalaşmaya qarşı mübarizə aparırlar. Amma proseslər onların öz məqsədlərinə nail ola bilməyəcəyini göstərir.
Artıq BMT dünyanı idarə edə bilmir. Ona görə də, qloballaşma yeni idarəetmə tələb edir. Bu baxımdan, Aİ gözəl modeldir. Dünyanı digər regionlarında da belə birliklər yaranacaqsa, dünya həmin birliklərin təmsilçiliyi ilə idarə oluna bilər.
İşğalçı Ermənistan bu kimi dəyişikliklərə hazır olmalı və bunu qəbul etməlidlir. Bu baxımdan, Azərbaycanın ehtiyat etdiyi məsələ yoxdur. Çünki ölkəmiz iqtisadiyyatını gücləndirir, xalqın intellekti yüksəlir, mədəniyyətini tanıdır, ordusunu gücləndirir və dünyada tanınmaq üçün lazım olan bütün addımları atır. Bu işi sistemli şəkildə qura-qura gedirik. 10- 20 il sonra Azərbaycanan daha başqa imici olacaq.
Ermənistan isə başqa dövlətin aləti olmaqdan imtina edərək öz gələcək taleyini önə çəkməlidir. Bunun da yolu səmimiyyətdir, düzgünlükdür. Bunlar olmasa, erməni xalqı məhrumiyyətlərə düçar olacaq. Bunu o ölkədə bəziləri başa düşür ki, son 20 ildə Ermənistan deqredasiyaya uğrayır. Ona görə də, erməilərin bu regionda gələcəyi sual doğurur. Qloballaşma Ermənistanın müstəqil dövlət olmasını sual altında qoyur. İşğal olunmuş torpaqlarımızı, o cümlədən Qarabağı geri qaytarmağımıza gəlincə, buna şübhə etmirəm.
- Milli Məclisin beynəlxalq əlaqələri haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın diplomatiya sahəsində də uğurları çoxdur. Bu gün dünyanın 100-ə yaxın ölkəsində diplomatik missiyamız fəaliyyət göstərir. Bu da Azərbaycanın artan siyasi nüfuzunun, imkanlarının nəticəsidir. Digər dövlət strukturları ilə yanaşı Milli Məclis də beynəlxalq əlaqələrinin genişlənməsinə böyük önəm verir.
Hesab edirəm ki, parlamentlərarası əlaqələr bütövlükdə dövlətlər arasında olan münasibətlərin inkişafına müsbət təsir göstərir. Bu cəhətdən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi aktiv fəaliyyət göstərir. Nəzərinizə çatdırım ki, bizim komitəmiz parlamentdə ən çox üzvü olan komitədir. Ümumilikdə isə, Milli Məclis beyənlxalq əlaqələrini genişləndirmək istiqamətində daim uğurlu fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

