/ / Güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir
Güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir
25.12.2014 [09:27]
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisad elmləri doktoru Ayaz Orucov www.yap.org.az saytına müsahibə verib:
- Ayaz müəllim, zaman keçilən yolu düzgün dəyərləndirmək baxımından ən böyük yaddaşdır. Bugünkü Azərbaycanı on il bundan öncəki Azərbaycanla müqayisə etdikdə hansı ümumiləşdirməni aparırsınız?
- Bir faktı xüsusi qeyd etmək lazımdır ki, möhkəm təmələ əsaslanan siyasət nəticəsində ölkə inkişaf, tərəqqi edir. Məhz müstəqil Azərbaycan dövlətinin qurucusu, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət Azərbaycana bir-birindən əhəmiyyətli uğurlar qazandırır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan harda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qürur mənbəyidir. Cənab İlham Əliyevin son 10 ildə atdığı bir-birindən əhəmiyyətli addımlar nəticəsində Azərbaycanın hər bir sahədə digər ölkələrə örnək olmasına əsas yaradan uğurları xalq-iqtidar birliyini daha da möhkəmləndirdi, sarsılmaz etdi. Məhz bu dəstək, inam cənab İlham Əliyevin 2008 və 2013-cü il prezident seçkilərində yenidən qələbəsini şərtləndirdi. Hər bir vədinin konkret əməli işdə öz təsdiqini tapması yeni-yeni hədəflərin gündəmə gətirilməsi üçün möhkəm bazanı formalaşdırmaqla Azərbaycanın hərtərəfli inkişafını sürətləndirdi. Azərbaycanın elmi əsaslara söykənən inkişaf modelinin mövcudluğu beynəlxalq səviyyədə də təqdir olunur. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz reallıqlardan biri, məhz Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsidir. Ölkəmizə gələn qonaqlar Azərbaycanın iqtisadi inkişafının möcüzə olduğunu bildirir, belə bir ölkənin vətəndaşı olmaqdan yalnız və yalnız qürur hissi keçirməyin mümkünlüyünü vurğulayırlar. Təbii ki, bu dəyərləndirmə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin dəstəklənməsinin bariz nümunəsidir.
- Uğurlara yol açan əsas amillərdən biri də neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunmasıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev hər bir çıxışında bu məsələyə diqqət yönəldərək, bir vacib məqamı da diqqətə çatdırır ki, büdcənin artması, eyni zamanda, məsuliyyəti artırır...
- Neft gəlirlərindən səmərəli istifadə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atılmasına stimul verir. Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşdirilən mühüm sosial-iqtisadi layihələr ölkənin hərtərəfli inkişafını sürətləndirir. Bu fikir hər zaman önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma o ehtiyatlar heç də həmin ölkələrə uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını müəyyənləşdirərkən, digər ölkələrin təcrübəsinə istinad etməsi bu problemi yaşamamasına yol açdı. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasına zəmin yaratdı. 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb ki, bunun 900 mindən çoxu daimidir. İşsizlik 5 faiz, yoxsulluğun səviyyəsi 5,3 faizdir. Ölkə iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması Azərbaycanın 2008-ci ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxmasında özünü qabarıq şəkildə büruzə verdi. Hətta həmin illərdə Azərbaycan iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvələri olan sahibkarlığın inkişafına dövlət dəstəyi davamlı xarakter alaraq, bu istiqamətdə mühüm uğurların əldə olunmasını şərtləndirdi. Ölkəmiz qısa müddətdə keçid dövrünü başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoydu. Son illərin sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə, həyata keçirilən iqtisadi islahatların zamanın tələbinə yüksək səviyyədə uyğunlaşdırıldığının şahidi olarıq. Məhz bu uğurların fonunda Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında öz liderliyini qoruyur. Məlum olduğu kimi, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 38-ci yerdədir. Həyata keçirilən iqtisadi islahatların əsasında Azərbaycan vətəndaşının dayandığını nəzərə alsaq, sosial müdafiənin gücləndirilməsi istiqamətində görülən işlərin davamlılığı da diqqətçəkəndir. Son 10 ildə uğurlu islahatların nəticəsində Azərbaycan orta gəlirli ölkələr sırasına daxil olub. Regionda inkişaf parametrlərinə görə liderliyi ələ alan Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 85 faizdən çoxuna sahibdir. Dövlət büdcəmiz son on ildə 20 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə bu rəqəm 1,2 milyard dollar idi. Dövlət başçısı İlham Əliyev maliyyə intizamının hər sahədə qorunmasını bildirir. Təbii ki, möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, büdcənin artması məsuliyyəti də artırır. İqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsindən bu və ya digər sahələrə ayrılan vəsaitlərdə də artım hər il müşahidə olunmaqdadır. Bütün bu addımlar ölkənin hərtərəfli inkişafına xidmət edir. Valyuta ehtiyatımız 53 milyard dollar səviyyəsindədir. İqtisadiyyata qoyulan investisiyalar 160 milyard dollara çatıb. Təkcə cari ilin ötən dövründə iqtisadiyyata qoyulan investisiyaların həcmi 19 milyard dollardır. Bunun 11 milyard dolları daxili sərmayədir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu uğurları şərtləndirən əsas amil sabitlik və çox müsbət sərmayə iqliminin mövcudluğudur. Sabitlik və iqtisadi tərəqqi uğurlara yol açan əsas amillərdən biri kimi önə çəkilir ki, Azərbaycanın bu sahədə qazandığı uğurlar göz qabağındadır.
- İqtisadi potensialın gücləndirilməsinə yönəldilmiş addımlar, eyni zamanda, Azərbaycanın müstəqilliyini möhkəmləndirən amillərdir. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Təbii ki, Azərbaycanın bir-birindən əhəmiyyətli uğurları dövlət müstəqilliyinin əbədiliyini, sarsılmazlığını təmin edir. Əbəs yerə iqtisadi müstəqillik siyasi müstəqilliyin əsası kimi dəyərləndirilmir. İqtisadi qüdrətini günbəgün artıran Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu geniş şərh etməyə ehtiyac yoxdur. Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi onun beynəlxalq aləmdə nüfuzuna, ədalətli mövqeyinə işıq saldı. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də bunun təsdiqidir. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanmaqla öz iqtisadi imkanlarını dünyaya təqdim edir. Bu gün isə artıq Azərbaycan dövlət müstəqilliyinin 23 ilini arxada qoyub. 23 ildə ölkəmiz 100 ildə keçilən yola bərabər uğurlar qazanıb və dünyanın xoşbəxt ölkələri sırasında qərarlaşıb. İqtisadi uğurları, demokratiya təcrübəsi ilə digər ölkələrə nümunə olan Azərbaycan beynəlxalq birliyin fəal üzvü kimi dünyada cərəyan edən proseslərə təsir imkanlarını günbəgün artırır. Təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanan ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İqtisadi və maliyyə imkanlarının genişlənməsi fonunda hərbi qüdrətini artıran, diplomatik mübarizədə səylərinin davamlılığını təmin edən Azərbaycan dövlətinin uğurlu siyasəti bu problemimizin də öz ədalətli həllinə böyük inam və əminlik yaradır. Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və digər təşkilatların qərar və qətnamələrində Azərbaycanın ədalətli mövqeyi dəstəklənir, münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bəyan edilir.
- Ayaz müəllim, son on ilin reallıqları gələcək barədə hansı təsəvvürləri yaradır?
- Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə işlənib hazırlanan və təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uğurların davamlılığının təmin edilməsində yol xəritəsi kimi dəyərləndirilir. Sözsüz ki, qarşıdakı illərin prioritetləri müəyyənləşdirilərkən ötən illərdə əldə olunan uğurların təhlilinə ehtiyac yaranır. Azərbaycan təşəbbüsləri gerçəkləşdirməklə iqtisadi imkanlarını genişləndirir, yeni-yeni layihələrin gündəmə gətirilməsinə, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması üçün yeni marşrutların müəyyənləşdirilməsinə maraq göstərir. Bu il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyində “Cənub” qaz dəhlizinin təməlinin qoyulması mərasimində Prezidentmiz İlham Əliyev enerji sektorunda qazanılan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq bildirdi ki, bugünkü tədbir görülən işlərin zirvəsidir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bütün prioritetləri özündə ehtiva edir. Ən başlıca hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bunun üçün bütün imkanlar mövcuddur.
Qeyd olunanların fonunda bu ümumiləşdirməni apara bilərik. Azərbaycan iqtisadiyyatının dünyada ən yüksək dinamikaya malik iqtisadiyyat olduğunun sübut olunması, iqtisadi göstəricilərin beynəlxalq aləmin diqqətində olması, iqtisadi artımın sürətinə görə ölkəmizin dünyada birinciliyi ələ alması, büdcəmizin 20 dəfədən artıq yüksəlməsi və digər iqtisadi yüksəliş möcüzələrinin nümayiş etdirilməsi məhz yaşadığımız son 10 ilin reallıqlarıdır. Ötən bu dövr Azərbaycanın dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik siyasətinin həyata keçirilməsində çox önəmli addımların atılması ilə yadda qalıb. Bunun da ən ümumiləşdirilmiş nəticələri onda özünü göstərir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş konsepsiyanın istinad etdiyi üç əsas amil formalaşıb. Bunlar güclü dövlət, müasir iqtisadiyyat və azad cəmiyyətdir. Ötən 10 il Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəni və mənəvi inkişafının əlamətdar bir mərhələsi olaraq tariximizə daxil olub. Tam əminliklə deyə bilərik ki, ötən bu dövrdə yaradılan etibarlı baza növbəti illərdə Azərbaycanın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf konsepsiyasının cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi üçün çox etibarlı əsas rolunu oynayacaq. Azərbaycan dövlətinin qüdrəti bundan sonra daha da artacaq, iqtisadi imkanları yüksələcək, ölkə vətəndaşları özünü daha rahat hiss edəcək. Yeni-yeni hədəflər gələcəyə böyük inamdan irəli gəlir. İnkişafın Azərbaycan modeli mövcuddur və bu konsepsiya ölkəmizə daha möhtəşəm uğurlar qazandıracaq.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31

