/ / Ölkəmizin inkişafı iqtidarın uğurlarını möhkəmləndirir, xalqın hakimiyyətə olan sonsuz inamını gücləndirir
Ölkəmizin inkişafı iqtidarın uğurlarını möhkəmləndirir, xalqın hakimiyyətə olan sonsuz inamını gücləndirir
10.10.2015 [12:30]
Əsabil Qasımov: Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və xalqın partiyasına çevrilməyi bacarıb
Müsahibimiz Yeni Azərbaycan Partiyasının (YAP) 79 saylı İmişli Seçki Dairəsi üzrə namizədi, Milli Məclisin üzvü Əsabil Qasımovdur.
- Əsabil müəllim, əvvəlcə, istərdik, ötən 5 ildə Azərbaycanın inkişafı ilə bağlı reallıqlar və əldə olunmuş nailiyyətlər barədə danışaq...
- Birmənalı şəkildə qeyd etmək lazımdır ki, hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır.
Məlumdur ki, hər bir ölkənin ümumi inkişafını şərtləndirən amillər sırasında iqtisadiyyatın güclənməsi, o cümlədən də ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ümumi daxili məhsul istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 12 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb. 2014-cü ildə ÜDM istehsalında 3 faiz artıma nail olunub ki, bu da dünya miqyasında rekord göstəricidir. Cari ilin ilk yarısında da yüksək inkişaf tendensiyasını qoruyub saxlamaq mümkün olub. Belə ki, qeyd olunan dövrdə respublika iqtisadiyyatında 5,7 faiz artıma nail olunub.
Konkret istiqamətlər üzrə göstəricilər isə daha yüksəkdir. Son illərdə Azərbaycan iqtisadiyyatının güclənməsindən söhbət açarkən qeyri-neft sektorundakı yüksək inkişaf dinamikasını xüsusi vurğulamaq lazımdır. Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti dünyada yaşanan qlobal risklər şəraitində belə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını şərtləndirir. Ölkəmizdə qeyri-neft sektorunun mühüm istiqamətini təşkil edən özəl bölmə də sürətlə inkişaf edir. Təkcə son 12 ildə respublikamızda sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib. Cari ilin birinci yarısında ölkəmizdə qeyri-neft sektorunun inkişafı 9,2 faiz olmaqla ölkə üzrə ÜDM istehsalının artımını üstələyib. Son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Bu illərdə Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlib.
Ölkəmiz üçün prioritet məsələlərdən biri regionların inkişafıdır. Bunun üçün 3 Dövlət Proqramı qəbul edilib ki, onların sayəsində yalnız Bakı sakinləri üçün deyil, regionlarda yaşayan əhali üçün yeni imkanlar yaradılıb.
Əslində, son illərdə ölkəmizdə qazanılan uğurlarla bağlı daha çox danışmaq da olar. Çünki bu illər ərzində ölkəmizin qazandığı nailiyyətlər bütün sahələri əhatə etməklə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer almasını şərtləndirib. Beləliklə, ölkəmizin inkişafı iqtidarın uğurlarını möhkəmləndirir, xalqın hakimiyyətə olan sonsuz inamını gücləndirir.
- Təbii ki, qazanılan uğurlar qarşıdakı illərdə də ölkəmizin davamlı inkişafı üçün möhkəm əsas yaradır. Bu mənada ölkəmizin gələcək inkişaf paradiqmaları və istiqamətləri nədən ibarət olacaq?
- Əlbəttə, qazanılan bu qədər nailiyyətlərlə yanaşı, hələ də həllini gözləyən müəyyən məsələlər var və bunu möhtərəm Prezidentimiz də dəfələrlə bəyan edib. Bu da təbiidir. Çünki inkişaf davamlı prosesdir. Zaman dəyişir, insanlar dəyişir, cəmiyyət dəyişir. Dəyişikliklər isə hər dəfə yeni şərtlər meydana gətirir, yeni şərait ortaya çıxarır. Əsas odur ki, bu problemlərin həlli istiqamətində lazımi tədbirlər görülür. Bir ölkədə, bir cəmiyyətdə inkişafı şərtləndirən əsas amillər siyasi iradə, davamlı islahatlar və xalqın həyata keçirilən siyasətə dəstəyidir. Azərbaycanda bu şərtlərin hamısı mövcuddur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımlar, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının ən yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Bu həm də o deməkdir ki, qeyd etdiyimiz kimi, lazımi siyasi iradə dövlətimizin başçısı tərəfindən ortaya qoyulub. Bununla yanaşı, bildiyimiz kimi, Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret Dövlət proqramları həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən Dövlət proqramlarının bu gün ortaya çıxardığı uğurlu nəticələr bir daha sübut edir ki, məqsədyönlü şəkildə effektiv islahatlar bütün sahələrin paralel inkişafını təmin edib. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Bu dəstək Azərbaycanda möhkəm əsaslara söykənən sabitliyin, dolayısı ilə də inkişafın təminatçısıdır. Çünki sabitlik, vətəndaş həmrəyliyi, xalqla iqtidar arasında birlik olmasa, heç nəyə nail olmaq mümkün deyil. Bunu son dövrlərdə bizə yaxın və uzaq coğrafiyada baş verən hadisələr, vətəndaş müharibələri, siyasi qarşıdurmalar bir daha göstərir. Azərbaycan isə bu hadisələrdən məhz xalqın özünün seçdiyi hakimiyyətə güclü dəstəyi və dövlətimizin başçısı tərəfindən həyata keçirilən düşünülmüş, ardıcıl siyasət nəticəsində yan keçib, sığortalanıb. İnanıram və əminəm ki, qarşıdakı dövrlərdə də Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətlə yoluna davam edəcək və daha böyük nailiyyətlərə imza atacaqdır.
- Əsabil müəllim, bildiyimiz kimi, noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə Yeni Azərbaycan Partiyası 117 dairə üzrə öz namizədini irəli sürüb. Hazırkı məqamda ekspertlərin dəyərləndirmələri, o cümlədən ümumi ictimai rəy bu yöndədir ki, YAP bu seçkilərin də ən real favoritidir. Sizcə, bu rəyi formalaşdıran əsaslar nədən ibarətdir?
- Əldə olunan uğurlardan danışarkən xüsusilə qeyd etmək yerinə düşər ki, bu uğurların qazanılmasında ölkənin hakim partiyası olaraq Yeni Azərbaycan Partiyasının da rolu inkarolunmazdır. Yeni Azərbaycan Partiyası yaradıldığı gündən yalnız bir məqsədə - Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına, xalqımızın rifahına xidmət edib. Bu məqsəd partiyamızın fəaliyyətinin özülünü təşkil edir. Ötən 23 ildə Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə xalqımızın ona göstərdiyi etimadı doğruldub və xalqın partiyasına çevrilməyi bacarıb. Bu, bir siyasi partiya üçün ən böyük nailiyyətdir.
Qarşıda yeni hədəflər, yeni çağırışlar var. Bu gün partiyamızın məhz “Yeni hədəflərə doğru” şüarı ilə seçkiyə qatılmasının özündə də bu niyyət dayanır. Bu hədəflər nədən ibarətdir? Əlbəttə ki, ilk növbədə, Azərbaycanın daha da inkişafına nail olmaq, əhalinin daha yaxşı yaşamını təmin etmək məqsədi qarşıya qoyulub. Möhtərəm Prezidentimiz bəyan edib ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini almalıdır. “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da ölkəmizin qarşıdakı illərdə hədəfləri çox aydın şəkildə əksini tapıb. Azərbaycan elm və texnologiyanın inkişaf etdiyi, cəmiyyətin intellektual potensialının kifayət qədər yüksək olduğu, qeyri-neft sektorunun, xüsusilə, sahibkarlıq və özəl sektorun iqtisadiyyatın lokomotivinə çevrildiyi, siyasi cəhətdən sabit, qüdrətli, güclü bir ölkə kimi dünyadakı yerini daha da möhkəmləndirməlidir. Bu hədəflərə doğru irəliləməkdə isə, təbii ki, hər birimizin üzərinə müxtəlif vəzifələr düşür.
Sirr deyil ki, Yeni Azərbaycan Partiyası 640 mindən artıq üzvü, ətrafında birləşdirdiyi ciddi intellektual potensialı və uğurlu fəaliyyəti ilə nəinki ölkəmizin, Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır. Bu güc isə, əlbəttə ki, hər bir seçkinin nəticəsində özünü aydın şəkildə göstərir. Bunun da səbəbləri barədə danışdıq. Cəmiyyətin maraqlarını yüksək səviyyədə ifadə və müdafiə etməsi, fəaliyyətini yalnız milli maraqlarımızın qorunması yönündə qurması, Azərbaycan dövlətçiliyinin inkişafına çox əhəmiyyətli töhfələri Yeni Azərbaycan Partiyasının xalqımızın ciddi dəstəyini qazanmasını şərtləndirib.
- Sizin 2010-cu ildə keçirilən Milli Məclisə seçkilərdə də Yeni Azərbaycan Partiyası tərəfindən 79 saylı İmişli Seçki Dairəsi üzrə namizədliyiniz irəli sürülmüş və seçicilərin etimadını qazanaraq millət vəkili seçilmişdiniz. Hazırda da həmin dairə üzrə partiyamızın namizədisiniz. Seçkilər prosesi necə gedir?
- Əlbəttə ki, seçkilər hər bir dövlətin demokratik inkişaf tarixində çox mühüm mərhələlərdən birini təşkil edir. Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərin də bu mənada əhəmiyyəti böyükdür. Ümumiyyətlə, Azərbaycanda azad, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait və imkan yaradılıb. Seçkilərin nəticələri xalqın iradəsini əks etdirir. Bu mənada noyabrın 1-də keçiriləcək seçkilər də digərlərindən fərqlənməyəcək.
Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası digər seçkilərdə olduğu kimi, bu parlament seçkilərinə də yüksək hazırlıq nümayiş etdirir. Partiyanın İcra Katibliyi tərəfindən irəli sürülmüş plan və proqrama uyğun olaraq yerli təşkilatlar bütün vəzifələri uğurla yerinə yetirib. Hazırda isə artıq təbliğat və təşviqat kampaniyasına start vermişik. Qarşıdakı günlərdə seçicilərlə birbaşa görüşlərə başlayacağıq. Düşünürəm ki, uğurlu bir təşviqat kampaniyası aparacaq və nəticədə partiyamızın növbəti qələbəsinin şahidi olacağıq. Çünki bu kampaniyada möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədləri olaraq, bizim seçicilərə deyəcəyimiz kifayət qədər sözümüz var.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

