Beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini gücləndirməlidir
16.05.2009 [14:19]
Milli Məclisin yaz sessiyası ərzində bir sıra mühüm qanun layihələri qəbul edilib. Eyni zamanda, qarşıdakı dövrdə də yeni layihələrə baxılacaq. Diqqət çəkən məqamlardan biri də odur ki, referendum yolu ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra bir çox qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulur. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla söhbətimiz bu haqdadır:
- Referendum yolu ilə ölkə Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, qəbul olunacaq qanunlar Konstitusiyanın prinsiplərinə əsaslanmalıdır. Bu baxımdan mart ayında edilmiş dəyişikliklərdən sonra da müvafiq qanunlar yeni müddəalara uyğunlaşdırılmalıdır. Bu proses tədricən həyata keçiriləcək və xeyli qanunları əhatə edəcək.
- Ziyafət müəllim, siz, eyni zamanda, parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədrisiniz. Yaz sessiyası ərzində hərbi qanunvericiliyə hər hansı dəyişikliklərin edilməsi gözlənilirmi?
- Milli Məclis mütəmadi olaraq qanunların təkmilləşdirilməsi prosesini həyata keçirir. Zərurət yarandıqca müvafiq qanunlara əlavə və dəyişikliklər edilir. Bu baxımdan hərbi yönümlü qanunların da təkmilləşdirilməsi istisna deyil. ümumiyyətlə, ölkəmizin mükəmməl hərbi qanunvericiliyi mövcuddur. Eyni zamanda, bu hüquqi baza əsasında silahlı qüvvələrimiz güclənib və daha da güclənməkdədir. Bizim güclü ordumuz var. Hesab edirəm ki, ordumuz istənilən vaxt torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
- Yeri gəlmişkən, son zamanlar Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlar intensivləşib. Bu danışıqların perspektivini necə görürsünüz?
- ümumiyyətlə, danışıqlar prosesinə nikbinliklə yanaşıram. Qeyd etdiyiniz kimi, proses intensivləşib və həmsədrlərin tez-tez bölgəyə səfər etməsi, prezidentlərin görüşü münaqişənin həlli istiqamətində təşəbbüslərin artmasını göstərir. Təəssüf ki, işğalçı Ermənistanın qeyri-konstruktivliyi nəticəsində danışıqlardan nəticə əldə etmək mümkün olmur. Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanın mövqeyini birmənalı ifadə edərək vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyü təmin olunmalı, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır. Bu mövqe milli maraqlarımızın ifadəsidir və Azərbaycan bu mövqeyindən heç vaxt geri çəkilməyəcək. Hesab edirəm ki, münaqişənin həlli üçün beynəlxalq birlik də səylərini gücləndirməlidir. Xüsusilə, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri fəallığını artırmalı, münaqişənin həllində beynəlxalq hüquq prinsiplərinin tətbiqinə çalışmalıdırlar. Onlar təcavüzkarla təcavüzə məruz qalmış dövlət arasında fərq qoymalıdırlar. ümumiyyətlə, bütün beynəlxalq normalar Azərbaycanın tərəfindədir. Bu yaxınlarda BMT-nin baş katibi də məsələ ilə bağlı hesabat təqdim etdi ki, bu da bir daha münaqişənin ədalətli yolla həllini özündə ehtiva edir. Bundan əlavə, NATO-nun sammitində də Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi bəyan olundu. Yəni, başqa dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bütün bunlar bilavasitə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsinin göstəricisidir. Fikrimcə, gec-tez işğalçı Ermənistan reallığı dərk edərək işğal etdiyi torpaqlarımızı geri qaytaracaq. Əks halda, Azərbaycan öz torpaqlarını istənilən yolla azad etməyə hazırdır.
- NATO-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti haqqında nə deyə bilərsiniz?
- Azərbaycanla NATO arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Yeri gəlmişkən, mayın 4-də tərəflər arasında əməkdaşlığın əsasının qoyulmasının 15 ili tamam oldu. Bu münasibətlə Bakı şəhərində NATO rəsmilərinin iştirakı ilə böyük tədbirlər keçirildi. Onu qeyd etmək istəyirəm ki, əlaqələrimiz yüksək səviyyədədir və ölkəmiz qurumun bütün tədbirlərində fəal iştirak edir. Antiterror koalisiyasının üzvü olan Azərbaycanın əməkdaşlığı da NATO tərəfindən yüksək qiymətləndirilir. Hesab edirəm ki, bu münasibətlər gələcəkdə daha da genişlənəcək.
- Yeri gəlmişkən, bir neçə gün sonra NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Azərbaycan nümayəndə heyəti bu mötəbər tədbirə necə hazırlaşır?
- Mayın 22-26-da Norveçin paytaxtı Oslo şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Sessiyada Parlament Assambleyasının komitələrində müxtəlif müzakirələr aparılacaq. “Mərkəzi Asiyada regional çağırışlar və əməkdaşlıq”, “Moldova: daxili çağırışlar, inteqrasiya üçün perspektivlər”, “Əfqanıstan dönüş nöqtəsi”, “Raketdən müdafiə: NATO XXI əsr təhdidləri ilə üzləşir”, “NATO-nun transformasiyası”, “Ərzaq təhlükəsizliyi üçün nəticələr”, “Qlobal maliyyə və kommersiya böhranı”, “Avroatlantik təhlükəsizlik çağırışlarında Rusiyanın baxışları və Rusiyanın NATO ilə münasibətləri”, “Kütləvi qırğın silahlarına qarşı mübarizə” və digər məsələlərlə bağlı məruzələr olacaq. Azərbaycan nümayəndə heyəti öz mövqeyini bütün məsələlərə bildirəcək.
- Son zamanlar NATO-nun hərbi qurumdan siyasi təşkilata çevriləcəyi barədə fikirlər səslənməkdədir. Sizcə, qurumun siyasi təşkilata çevrilməsi nə kimi əhəmiyyətə malik ola bilər?
- Hələ NATO yarananda hərbi-siyasi təşkilat kimi yaranmışdı. Hazırda isə NATO siyasi fəaliyyətini önə çəkib. Qurumun rəhbərliyi də vurğulayır ki, biz dünyada olan münaqişələrin hərbi yolla yox, daha çox siyasi yolla həllinə önəm veririk. Hamı çalışır ki, müharibələr sülh yolu ilə həll edilsin. O cümlədən, NATO-da prioritet istiqamət ondan ibarətdir ki, münaqişələr sülh yolu ilə həll edilsin. Bu mövqe yalnız alqışlanmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

