Həyata keçirilən islahatlar Azərbaycanın gələcək inkişafını şərtləndirir
11.01.2017 [10:07]
Elçin Quliyev: Yerli biznes mühitinin inkişaf etdirilməsi üçün dövlət stimulverici tədbirlər həyata keçirir
Müsahibimiz Milli Məclisin deputatı Elçin Quliyevdir:
- Elçin müəllim, öncə qlobal təsirlər nəticəsində ölkəmizdə yaranan yeni iqtisadi şərait haqqında fikirlərinizi bilmək istərdik. Yaranmış vəziyyətdə ölkəmizdə iqtisadi aktivliyi artırmaq və bununla da respublikanın inkişafının ardıcıllığını təmin etmək məqsədilə nə kimi tədbirlər həyata keçirilir? Bu baxımdan başa vurduğumuz 2016-cı ilin nəticələrini necə xarakterizə edərdiniz?
- Təbii ki, dünyada baş verən iqtisadi böhran ölkəmizdən də yan keçə bilməzdi. Amma böhranın ölkə iqtisadiyyatına böyük təsir etməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir və bu gün Azərbaycanda bu tədbirlər həyata keçirilir. Tarixə nəzər salaq. Təxminən 2008-ci ildə dünyada iqtisadi böhran baş verməyə başladı. Amma biz bunu az da olsa indi hiss etməyə başlamışıq. Çünki Azərbaycanın uzaqgörən, müdrik Prezidentinin siyasəti nəticəsində ötən illər ərzində ölkə iqtisadiyyatı xeyli güclənib. Prezident İlham Əliyevin imzaladığı müxtəlif Fərman və sərəncamlar sayəsində ölkəmizin iqtisadi aktivliyini qoruyub saxlamaq mümkün olub.
Dövlətimizin başçısının apardığı çevik siyasət nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm sistemli tədbirlər həyata keçirilməkdədir. Bu zaman ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, bank sektorunun sağlamlaşdırılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması məqsədi ilə sənayenin, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məsələlərdəndir.
2017-ci ildə büdcə-vergi siyasətinin reallaşdırılmasında qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin tədricən azaldılması, dövlət büdcəsinə hesablanmış vergilərin və sair daxilolmaların yığım faizinin artırılması, vergi ödəyicilərinin optimal gəlirliliyini və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünü optimallaşdırmaqla qeyri-neft sektorundan vergi daxilolmalarının artımına nail olunması, sadələşdirilmiş verginin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi, vergi bazasının genişləndirilməsi və vergi uçotunun təkmilləşdirilməsi istiqamətində səmərəli vergi nəzarəti mexanizminin qurulması, o cümlədən elektron qaimə-faktura sisteminin tətbiqi, nağdsız əməliyyatların stimullaşdırılması kimi tədbirlərin nəzərdə tutulması yuxarıda qeyd olunan məqsədlərə nail olunmasına güclü təkan verəcəkdir.
İqtisadiyyatın aparıcı sektorlarından biri olan qeyri-neft sənayesinin inkişaf etdirilməsi və onun iqtisadi artıma müsbət töhfə verəcəyi danılmaz faktdır. Bu istiqamətdə hökumət tərəfindən, xüsusilə İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər təqdirəlayiqdir.
- Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə milli iqtisadiyyatımızın inkişafına dair strateji yol xəritələri təsdiq olunub. Bütövlükdə strateji yol xəritələrinin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Möhtərəm Prezidentimizin imzaladığı Fərmandan göründüyü kimi, Strateji Yol Xəritəsi Azərbaycan iqtisadiyyatını iterasiya metodu ilə hərtərəfli şəkildə - həm makro (milli iqtisadiyyat), həm də mikro (sektorlar) səviyyədə əhatə edəcək.
Son illərdə dünyada enerji amili ilə bağlı müşahidə edilən qeyri-müəyyənliklər, o cümlədən də birjalarda neftin kəskin dəyər itirməsi fonunda milli dövlətlər üçün yeni çağırışlar meydana çıxıb. Yaranmış vəziyyətdə iqtisadiyyatı enerji amili ilə bu və ya digər dərəcədə bağlı olan ölkələr özlərinin iqtisadi potensialından daha səmərəli istifadə etmək qayğısına qalmalı və neft gəlirlərinin azalmasını kompensasiya etmək üçün yeni inkişaf istiqamətləri müəyyənləşdirməlidirlər. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasında strateji yol xəritələrinin təsdiqlənməsi milli iqtisadiyyatımızın perspektiv üçün inkişafının əsaslarından birini təşkil edir. Bu sənədə uyğun olaraq ölkədə sənaye zonaları, aqromərkəzlər, logistika qovşaqları və s. mərkəzlərin yaradılması həyata keçiriləcək.
Göründüyü kimi, iqtisadiyatımızın inkişafı üçün mühüm tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu Fərmandan irəli gələn vəzifələr uğurla yerinə yetiriləcək və dünyada baş verən iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirə biləcəyik. Bir sözlə, cənab Prezidentin bu Fərmanı da məhz ölkəmizin daha güclü və davamlı iqtisadiyyata malik olmasına xidmt edən bir sənəddir. Bütövlükdə, həyata keçirilən islahatlar Azərbaycanın gələcək inkişafını şərtləndirir.
- Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması üçün lazımi tədbirlər həyata keçirilmişdir və bu tədbirlər davamlı olaraq həyata keçirilir. Belə ki, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı gömrük rüsumu və ƏDV-dən, torpaq və əmlak vergisindən azad olunub. Eləcə də hüquqi şəxslərin mənfəət vergisini və fiziki şəxslərin gəlir vergisini 50 faiz güzəştlə ödənməsinin, habelə ixrac subsidiyaları, brendləşmə, regionlarda yaradılan sənaye parkları və sənaye məhəllələrinin iqtisadiyyata təsirinin orta müddət dövründə şahidi olacağıq. Bununla yanaşı, iqtisadiyyatla məşğul olanların təqribən 40 faizi aqrar sektorda çalışır və bu sahənin inkişafı vacib məsələlərdəndir. Belə ki, son dövrlər ölkənin regionlarında aqroparklar, müasir tipli istixanalar, intensiv bağçılıq və tərəvəzçilik, baramaçılıq, pambıqçılıq inkişaf etdirilmişdir. Beləliklə də, yerli biznes mühitinin inkişaf etdirilməsi üçün dövlət stimulverici tədbirlər həyata keçirir.
- Son zamanlar ölkəmizdə sənaye quruculuğuna xüsusi diqqət yetirilir. Respublikanın bölgələrində də sənaye zonalarının, məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bütün bunların əhəmiyyəti haqqında da fikirlərinizi bilmək maraqlı olardı...
- Respublikamızın zonalarında yeni sənaye və digər istehsal sahələri yaradılır. Bu tədbirlər Azərbaycan iqtisadiyyatına daha da təkan verəcək. Misal üçün, mən təmsil olunduğum rayondan danışmaq istəyirəm. Rayonda mövcud potensialı nəzərə alaraq, aidiyyəti təşkilatlardan Sabirabadda aqropark və sənaye məhəlləsinin yaradılması məsələsinə baxılmasını xahiş etmişəm. Əgər rayonda aqropark və sənaye məhəlləsi yaradılarsa, bu ölkə iqtisadiyyatına çox böyük töhfə vermiş olar. Təbii ki, respublikamızın digər şəhər və rayonlarında bu işlər həyata keçirilib. Sabirabad rayonunda da bu sahədə işlər həyata keçirilir. Rayonumuz pambıqçılıq rayonudur. Pambıq emal etmək üçün rayonun müxtəlif zonalarında yeni pambıq məntəqələri və iki zavodun istifadəyə verilməsi bu il üçün nəzərdə tutulub.
- Elçin müəllim, təmsil etdiyiniz Sabirabad rayonu kənd təsərrüfatı rayonudur. Bu rayonun iqtisadi potensialı, pambıqçılığın inkişafı haqqında nə deyə bilərsiniz?
- Ötən il rayonumuzda 6 min ha torpaq sahəsində pambıq əkilib və 8 min ton pambıq yığılıb. Hal-hazırda Sabirabad rayonunda 15 min ha torpaq sahəsində pambıq əkini bu il üçün hazırlanır. Artıq torpaqlarda şum işi başlanıb. Rayona yeni kənd təsərrüfatı texnikası verilib. Bu gün Sabirabad rayonunda nəinki pambıqçılığın, demək olar, kənd təsərrüfatının digər sahələrinin də inkişaf etdirilməsi üçün münbit şərait yaradılıb. Rayonumuzda iki pambıq emalı məntəqəsi fəaliyyət göstərir. Bu il üçün iki yeni pambıq zavodunun istifadəyə verilməsi gözlənilir. Bu da o deməkdir ki, sovetlər dövründə 100 min ton pambıq verən Sabirabad bu gün keçmiş şöhrətini geri qaytarmağa çalışır. Dövlətimiz pambıqçılığın inkişafı üçün lazımi güzəştlər və şərait yaratmışdır.
Rayonumuz üçün 2016-cı ildə ən yadda qalan hadisə isə 17 sentyabr 2016-cı ildə Sabirabad rayonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən pambıqçılığın inkişaf məsələlərinə dair ümumrespublika müşavirəsi olmuşdur. Məhz bu müşavirədən sonra toplanan pambığın hər kq-ı üçün 0,10 AZN əlavə edilib. Demək, pambıqçı əkdiyi pambığın hər tonuna görə dövlətdən 100 manat əlavə alacaq. Bu da pambıqçılığın inkişafına daha böyük stimul yaradacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13

