Azərbaycanda həyata keçirilən islahatlar uğurlu nəticələr verməkdədir
02.04.2019 [09:28]
Milli Məclisin deputatı Azər Badamov www.yap.org.az saytına müsahibə verib:
- Azər müəllim, 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə geniş islahatlar həyata keçirilir və vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Ümumiyyətlə, aparılan işlər, atılan addımlarla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Bu inkişaf modelinin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial inkişafı özündə ehtiva edən islahatlardır. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. 2019-cu ilin əvvəlindən başlayaraq isə respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əməkhaqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə xidmət göstərir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. Və bu islahatlar uğurlu nəticələr verməkdədir.
- Yeni islahatlar ölkə iqtisadiyyatının daha yüksək səviyyədə inkişaf etməsinə hansı töhfələri verəcək?
- Azərbaycanda illərdir sistemli şəkildə görülən işlər və aparılan siyasət milli iqtisadiyyatımızın yüksəlişini təmin edib. Xatırlayırıq ki, hələ qlobal maliyyə böhranı dövründə Azərbaycan iqtisadiyyatı öz sabitliyi ilə seçildi və həmin prosesdən demək olar ki, zərər çəkməyən azsaylı dövlətlərdən olduq. Bunun arxasında isə illərdir düzgün istiqamətlənən dövlət siyasəti dayanırdı. Bu gün respublikamız rəqabət qabiliyyəti kifayət qədər yüksək olan iqtisadiyyata malikdir və heç bir kənar maliyyə mənbəyindən asılı deyil. Azərbaycan hətta ölkə xaricində də nəhəng investisiya layihələri həyata keçirir. Bütövlükdə, son 15 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox genişlənib. O cümlədən cari ilin ilk iki ayında ölkə üzrə ümumi daxili məhsul 3 faiz artıb. Qeyd edək ki, bu, son illərin ən yüksək göstəricisidir. Daha böyük artım isə 15,5 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb ki, bu, dünya rekordudur. Sevindirici haldır ki, artıq ildən-ilə ölkəmizin gəlirlərindən qeyri-neft sektorunun payı artmaqdadır.
Təbii ki, burada regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının rolunu xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu il yanvarın 29-da imzaladığı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərmanda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə endirilib.
2019-cu ilin əvvəlindən intensiv şəkildə reallaşdırılan geniş sosial paket çərçivəsində problemli kreditlərlə bağlı mühüm qərar verilməsi də xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin 2019-cu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Dövlət başçısının imzaladığı Fərmana əsasən, devalvasiya nəticəsində insanlara dəyən ziyan dövlət tərəfindən ödənilir. Bu, bir daha dövlətin öz vətəndaşına göstərdiyi qayğının göstəricisidir.
- Azər müəllim, son günlərdə əsas müzakirə mövzularından biri “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş insanlara dövlətimizin qayğısı, Azərbaycan Prezidentinin həmin insanlara dövlət yardımının göstərilməsi ilə bağlı müvafiq tapşırığıdır. Bu barədə nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin göstərişi ilə “Diqlas” ticarət mərkəzində baş verən yanğından zərər çəkən vətəndaşlara dövlət yardımının göstərilməsi ilə bağlı tapşırığın verilməsini, bununla əlaqədar xüsusi müşavirənin keçirilməsini və müvafiq Sərəncamın imzalanmasını çox yüksək dəyərləndirirəm. Cənab Prezident İlham Əliyev bir daha ümidsiz insanlara ümid verdi. Ölkə başçısı keçirdiyi müşavirədə tezliklə yanğının səbəblərinin araşdırılmasına, sahibkarlara dəymiş ziyanın müəyyənləşdirilməsinə və müəyyən olunacaq maliyyənin ödənilməsinə dövlət büdcəsindən vəsait ayrılmasına tapşırıq verib. Bu, bir daha cənab Prezidentin siyasətinin təməlində vətəndaşın dayandığını göstərir. Azərbaycan vətəndaşı əmindir ki, ən ağır durumunda belə dövləti, Prezidenti onun arxasındadır. Təbii ki, bu da ölkəmizdə yaradılan dövlət-xalq birliyinin təcəssümüdür. Cənab Prezidentimiz hər zaman vurğulayır ki, Azərbaycan sosial dövlətdir. Bunun anlamı isə ilk növbədə vətəndaşlarımızın sosial problemlərinin təmin edilməsini özündə ehtiva edir. Bu gün aparılan islahatlar, atılan addımlar, qəbul edilən Dövlət proqramları da bu dediklərimizin əyani sübutudur.
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

