“Ermənistanın yeganə qurtuluşu işğal etdiyi torpaqlardan çıxmaqdır”
03.07.2019 [09:37]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, YAP-ın İcra Katibliyində artıq bir neçə müddətdir ki, partiyanın rayon təşkilatlarının, ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirələr keçirilir. Bu müşavirələrin məqsəd və məramı haqqında məlumat verməyinizi istərdik.
- Ümumiyyətlə, YAP-ın 8 min ərazi ilk partiya təşkilatları sədrləri və 84 rayon, şəhər təşkilatı var. Həmin təşkilatlarda 740 min partiya üzvü birləşib. Təbii ki, 740 min partiya üzvünü bir yerə toplamaq bir qədər çətindir. Ona görə də biz partiya üzvləri ilə işləyən ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsini keçiririk. Biz YAP-a ərazi ilk partiya təşkilatlarının sədrlərini dəvət edirik və lazımi tapşırıqları veririk. Hətta elə rayon var ki, orada 100-160 ərazi ilk partiya təşkilatı var və s. O baxımdan da biz bütün respublika üzrə ardıcıl şəkildə 8 min insanla görüşlər keçiririk. Onların vasitəsilə də öz mesajlarımızı, fikirlərimizi, rəylərimizi, partiya Sədrinin siyasətini, təkliflərini, sözlərini yerli təşkilatların hər bir üzvünə çatdırırıq.
- Son dövrlər Azərbaycan dövləti mütəmadi olaraq müxtəlif səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu günlərdə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası da bu qəbildəndir. Bəs, siz bu kimi tədbirlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, qeyd etmək istərdim ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər silsilə xarakteri alıb. İstənilən mötəbər qurum tədbir keçirmək qərarına gəlirsə, bunu yalnız Azərbaycanda reallaşdırmaq istəyir. Gəlin görək bu, nədən irəli gəlir? Bu gün respublikamızın iqtisadi inkişafı, ölkəmizdə olan iqtisadi-siyasi sabitlik, xalq-iqtidar birliyi və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanı güclü dövlətə çevirib. Bildiyiniz kimi, 24-26 iyun 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirdi. Həmin Forumda BMT-nin 200 üzvündən 193-ü iştirak edirdi. Demək olar ki, Ermənistan istisna olmaqla BMT-yə üzv olan bütün ölkələrin nümayəndələri Bakıda idilər. Bu, böyük bir göstəricidir. Bir sözlə, Azərbaycanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük bir Forum keçirildi. Bu gün Azərbaycan istənilən sosial layihələrə - iqtisadi layihələrə rəhbərlik edir. Ölkəmizdə milli, dini, etnik ayrı-seçkilik yoxdur və hamıya bərabər şəkildə yanaşılır. Təbii ki, bütün bunları da dünya görür. Məhz bu baxımdan da dünyanın aparıcı təşkilatları və dövlətləri mötəbər tədbirlərini (BMT, AŞ, ATƏT, aparıcı dövlət başçıları, NATO və Rusiyaın hərbi rəhbərləri və s.) Azərbaycanda keçirir. Azərbaycan artıq sabit bir ölkəyə çevrilib. Təbii ki, bütün bunların da əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyev, Onun apardığı siyasət və hər bir dövlətə, vətəndaşa yanaşma prinsipi dayanır.
- Bu gün iqtisadi vəziyyəti ağır olan Ermənistanda Paşinyan hakimiyyəti çıxış yolu kimi ilk növbədə Rusiyadakı erməni vəsaitlərini ölkəyə cəlb etməkdə görür. Bu barədə siz nə düşünürsünüz?
- Ermənistanın baş naziri Nikol Paşinyan heç cür ölkəsini dirçəldə bilməyəcək. Bu gün işğalçı ölkənin heç bir çıxış yolu yoxdur. Ermənistanın yeganə yolu Türkiyə və Azərbaycanla münasibətlərinin bərpa olunmasından keçir. Əgər onlar erməni xalqının, Ermənistanda yaşayan əhalinin güzəranının yaxşılaşmasını istəyirlərsə, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidirlər. Xalqların sülhə hazırlanması prosesi olduqca ağır prosesdir. Bu gün Azərbaycanda kifayət qədər insan öz ailə üzvlərini, yurd-yuvasını, mülkünü itirib və ata-babasının məzarları darmadağın olub. Azərbaycanın xeyli sayda mədəni abidələri, məscidləri darmadağın edilib və muzeylərimiz talan olunub. Bu mənada həmin proses çox ağırdır. Amma əvvəl-axır sülh prosesi təmin olunmalıdır. Əgər Azərbaycanın ərazi bütövlüyü təmin olunarsa, biz buna gedəcəyik.
- Artıq bir neçə gündür ki, AXCP sədri Əli Kərimli və partiyanın funksionerləri və fəalları ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürür, kampaniya təşkil edirlər. Azərbaycanda sabitlik olduğu halda, bu kimi çağırışlar nədən xəbər verir?
- AXCP sədri Əli Kərimlinin və onun ətrafının “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar etməsi sırf onlara verilən tapşırıq əsasında həyata keçirilirdi. Xaricdə oturan erməni lobbisi Azərbaycanda keçirilən mötəbər tədbirlərin nüfuzuna xələl gətirməkdən, kölgə salmaqdan ötrü guya “xeyriyyə marafonu” adı altında bu cür kampaniya təşkil edirdilər. Burada bir növ təxribat var idi. Onların təbirincə, guya Azərbaycanda vəziyyət elədir ki, artıq burada “xeyriyyə marafonu”na ehtiyac var. Bu gün Azərbaycanda kasıbçılığın, işsizliyin həddi minimuma çatıb, əməkhaqları artırılıb. Təsəvvür edin ki, bu insanlar ölkəmizdə əməkhaqları, pensiyalar artırılan zaman “xeyriyyə marafonu” adlı kampaniya təşkil edirlər. Aydın məsələdir ki, onlar verilən tapşırığı yerinə yetirməlidirlər və nəticə etibarilə də bu addımı atırlar. O baxımdan da bunlar həmişə müəyyən dairələrin tapşırıqlarını yerinə yetirməyə çalışan insanlardır. Məsələn, görürsən ki, cəbhə bölgəsində hansısa hadisə baş verən kimi onlar yenə ayaqüstədirlər və hər bir olaya reaksiya verirlər. O baxımdan da bunların “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar etməsi sırf təxribat idi və hüquq-mühafizə orqanları da bu təxribatın qarşısını aldı.
- Siyavuş müəllim, milli maraqlarımıza əks addımlar atan Sevinc Osmanqızı zaman-zaman Azərbaycan dövləti tərəfindən mənzillə mükafatlandırılan jurnalistləri çirkin niyyətinin hədəfinə çevirir. Sizcə, onun şər-böhtan kampaniyasının arxasında nə dayanır?
- Bu gün Sevinc Osmanqızı Amerikada müəyyən dairələrin, xüsusilə də erməni dairələrinin təsiri altındadır. Bu insan bir şeyi dərk etmir ki, onun valideynləri də erməni təxribatından ziyan çəkiblər. Beləcə, o dairənin marağını həyata keçirən insan birinci növbədə öz valideynlərinə xəyanət edir. Digər tərəfdən isə, jurnalistlərə mənzillərin verilməsinin nəyi pisdir axı? Bu gün dövlətimiz tərəfindən evsiz jurnalistlərə mənzillər verilir, onların ailəsi sevindirilir və övladlarına şərait yaradılır. Onun fikrincə, guya jurnalistlər bununla ələ alınırlar. Burada heç bir jurnalistə qarşı ayrı-seçkilik belə yoxdur. Həmin mənzil alan jurnalistlər arasında “Azadlıq” qəzetinin, “Yeni Müsavat” qəzetinin əməkdaşları da olub. Mənzillər bərabər və ədalətli şəkildə jurnalistlərə təqdim olunub. Artıq jurnalistlər üçün tikilmiş üçüncü binada son tamamlanma işləri gedir. Digər mənzillər kimi, burada da ədalətli şəkildə bölgülər olacaqdır. Bunun nəyi pisdir? İnsanların bir növ rahat şəkildə yazıb və yaratmaları üçün şərait yaradılır. Bu şəraitin əleyhinə çıxmaq isə ən böyük düşmənçilikdir. Hesab edirəm ki, jurnalistlər də kəskin şəkildə buna öz münasibətlərini bildirməlidirlər. Bu gün elə jurnalistlər var ki, 30-40 ildir ki, bu peşə ilə məşğuldurlar. Onların arasında evsizləri, ağır şəraitdə yaşayanları var və s. Bu mənada hesab edirəm ki, Sevinc Osmanqızının hadisələrə başqa don geyindirməyi onun çirkin xislətindən xəbər verir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

