“Yay məktəbləri” Yeni Azərbaycan Partiyasının gənclər üçün ən uğurlu layihələrindən biridir
10.07.2019 [10:00]
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov www.yap.org.az saytına müsahibə verib:
- Seymur müəllim, məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlərin yay məktəbləri” layihəsinə start verilib. Layihənin əhəmiyyəti nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev bildirib ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır. Bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Hər bir xalqın inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdən biridir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı məhz intellektual kadrların yetişdirilməsindən, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən asılıdır.
Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb edib.
YAP-ın gənclərlə bağlı ən uğurlu layihələrindən olan və 2007-ci ildən başlayan yay məktəblərini xüsusi qeyd etmək olar. Bu layihənin əsas məqsədi gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Artıq iyulun 8-dən layihə başlayıb və yay məktəbləri Oğuz və Lerik rayonlarında təşkil olunub. Layihədə Bakı şəhəri ilə yanaşı, bölgələrin də gəncləri iştirak edirlər. Layihədə iştirak edən gəncləri YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov qəbul edib, öz tövsiyələrini verib. Qeyd edim ki, layihə mərhələlərlə davam edəcək.
- Budəfəki “Yay məktəbləri” çərçivəsində hansı tədbirlərin keçirilməsi nəzərdə tutulur?
- Yeni Azərbaycan Partiyasının “Gənc liderlərin yay məktəbləri”, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olan bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da olduqca mühüm rol oynayır. Layihənin məqsədlərindən biri də gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasından ibarətdir. “Yay məktəbləri” gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Partiya gənc fəalların ictimai-siyasi aktivliyini artırmaq və gənclərin geniş fəaliyyətini təmin etmək üçün bütün imkanlardan istifadə edir, hər bir gəncin yaradıcı potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət ayırır.
YAP-ın üzvlərinin 40 faizini gənclərin təşkil etməsi onların bir daha siyasi və ictimai fəallığının göstəricisidir. “Yay məktəbləri” bunun ən əyani təzahürlərindən biri olmaqla YAP-çı gənclərin cəmiyyətdə nə qədər aktiv olduğunu göstərir. Bu tədbirlər çərçivəsində müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil edilir. Layihə çərçivəsində gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Keçirilən seminarlarda, təlimlərdə gündəmə çıxarılan mövzular ətrafında çıxışlar, müzakirələr gənclərə daha dolğun məlumatlar əldə etmələrinə şərait yaradır. Layihə həm də gənclərin keçirilən müzakirələr, diskussiyalar zamanı əsl liderliyi, idarəetməni, birliyi və yeniləşməni mənimsəməsi baxımından da mühüm əhəmiyyətə malikdir.
Nəzərdə tutulmuş proqrama uyğun olaraq layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar veriləcək, eləcə də region gəncləri ilə görüşləri təşkil olunacaq, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər keçiriləcək. Bir sözlə, yay məktəbləri gənclərin ictimai fəallığının yüksəlməsində daha bir mühüm addım hesab oluna bilər.
- Ümumiyyətlə, ölkəmizdə gənclərin ictimai-siyasi proseslərdə rolunun artırılması ilə bağlı həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Gənclər Azərbaycanın gələcəyidir, onlar inkişafın və modernləşmənin önündə gedirlər. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütunları deməkdir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.
Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşırlar. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Hər il olduğu kimi, ötən ildə də gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

